İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə42/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   38   39   40   41   42   43   44   45   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Bioloji xüsusiyyətləri.
Tərxun bitkisi 
soyuğa davamlıdır, qışı yaxşı keçirir, 10-13 °C 
temperaturda belə normal inkişaf edir. 18-20 °C-
dən yuxarı temperaturda zoğ və yarpaqları 
qismən kobudlaşır. Torpaq və havanın nisbi 
rütubətliyi 50-60 % olduqda yüksək keyfiyyətli 
məhsul verir. Əkildiyi yerdə 8-10 il və daha çox 
inkişaf edərək məhsul verir. Lakin tərəvəz bitkisi 
kimi tərxunu 4-5 ildən artıq eyni sahədə saxlamaq 
məsləhət 
görülmür. 
Çünki 
bundan 
artıq 
saxlandıqda məhsuldarlığı aşağı düşür, zəif inkişaf 
edir. 
Sort və hibridləri.
Tərxun bitkisinin bir 
neçə yabanı növü vardır. Tərxunun əsasən xalq 
seleksiyası 
sortları 
becərilir. 
Azərbaycan, 
Gürcüstan, Rus tərxunu qismən geniş yayılıb 
artırılır. Qribovski 31 sortu rayonlaşdırılmışdır 
(Şəkil 1.29). Fransız sortu da becərilməkdədir. 
Şəkil 1.27. Tərxun bitkisinin yarpağı 
Şəkil 1.28. Tərxunun çiçək qrupu 
Şəkil 1.29. Tərxunun Qribovski 31 sortu


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
42 
Gəncə tərxunu.
Azərbaycanda məşhurdur. Bu sortu Gəncə ərazisində xalq yaratmışdır. 
Sort üzərində (1955-1970) M.H.Əlizadə yaxşılaşdırma işi apararaq onu Gəncə və Gəncə 
ətrafındakı həvəskar dirrik-çilər arasında yaymışdır. Gəncə tərxununun təzə halda yeyilən 
cavan zoğları olduqca zərif, şirəli, ətirli, xoşagələn tamlı (dadlı), yarpaqları və zoğları 
bozumtul-tünd-yaşıl rənglidir. Tərkibində quru maddə 18-20 %-ə, efir yağı 0,7-0,8 %-ə və 
ümumi şəkəri 0,8 %-ə çatır. Yığcam kolu olub, hündürlüyü 100-120 sm-ə çatır, çiçəkləyir, 
seyrək hallarda toxum yetişdirə bilir. Əkildiyi ildən sonra ikinci ildən altıncı ilədək yüksək və 
keyfiyyətli məhsul verir. Eyni sahədə 10-15 ilədək yaşayır. Hər vegtasiya dövründə 6-8 dəfə 
məhsulu toplanır və orta hesabla hektardan məhsuldarlığı 180-250 sentnerə çatır. Gəncə-
Qazax bölgəsində açıq sahələrdə martın əvvəlindən iyun ayınadək keyfiyyətli məhsul 
yetişdirir. İyun ayından sonra zoğları nazikləşir, qabalaşır, yarpaqları xırdalaşır. Sentyabr
oktyabr aylarında kök boğazından yeməli pöhrə verir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin