İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə44/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   40   41   42   43   44   45   46   47   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
43 
vardır. Meyvəsi uzunsov silindir formalı, iki toxumludur. 14 mm-ə qədər uzunluqda olur. 
Yetişmə zamanı toxumlar tökülür. 
Şəkil 1.30. Razyana bitkisinin yarpaq qrupu
Bioloji xüsusiyyətləri.
Razyana istiliksevən bitkidir. Onun toxumları 6-80C-də 
cücərməyə başlayır. Toxumların cücərməsi üçün optimal temperatur 20 0C-dir. Cənub və 
qərb rayonlarında qışı yaxşı keçirir. Vegetasiya müddətində temperatur cəmi 2500 0C- dən 
artıq olmalıdır. Çiçəkləmə və yetişmə dövründə istiliyə xüsusilə tələbkarlıq göstərir. 
Razyana işıq və nəmlik sevən bitkidir. Kölgəli və tutqun havada vegetasiya müddəti
xüsusən də çiçəklənməsi və toxumun yetişməsi ləngiyir. Torpağın nəmliyinə ən çox tələbat 
toxumun cücərməsi dövründə və gövdələnmənin əvvəlindən tam çiçəkləməyə qədər olan 
dövrdə göstərir. Çiçəkləmə zamanı quraqlıq arzu olunmayandır. 
Sort və hibridləri.
Razyananın seleksiya sortu yoxdur. Səpinlərdə Çernovski sortunun 
populyasiyasından istifadə edilir. “Ağcabədi” sortu ADAU-nun bağçılıq kafedrasında 
(professor Ş.A.Əliyev, dosent M.M.Məmmədova tərəfindən) yerli yabanı formanın (Ağcabədi 
rayonundan götürülən) çoxqat seçilməsi yolu ilə alınmış və Azərbaycan Respublikasında 
rayonlaşmışdır. 
Yarpaq qrupu 32-36 sm diametrinə və 30-70 sm hündürlüyə malikdir, yarpaqları 6-10 
ədəd, orta irilikdə, ayası santimetrlə 16-20 x 18-20, ümumi görünüşü ürəkvari, tünd-yaşıldır, 
son seqmentləri sapvaridir. 
Ağcabədi.
Sortun gövdəsi hündür, 176-218 sm, rəngi çal-yaşıl, kolun ümumi forması 
konusvaridir. Adi razyanadır. Cücərmədən yarpaqların texniki yetişməsinə qədər 30-54 gün 
tələb edir. Səbzə məhsuldarlığı 51,6-67 ton/ha, əmtəə məhsulu 46,8-63 ton/ha-dır. 
Tərkibində quru maddə 12-13 %, ümumi şəkər 1,3-2,0 %, C vitamini 86-93 mq%-dir. Toxum 
məhsuldarlığı 2-2,3 ton/ha-dır. 1000 toxumun kütləsi 8-12 qramdır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin