İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə45/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   41   42   43   44   45   46   47   48   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
44 
Adi cəfəri - 
Petroselinum sativum
 Hoffm 
Cəfəri Azərbaycan mətbəxində geniş istifadə olunan və 
xalq arasında petruşka (rus dili) kimi də tanınan göyərtidir. 
Cəfəri kökü və yarpağı yeyilən növlərə ayrılır (Şəkil 
1.31). Köküyeyilən sortlar daha çoxdur. Ona görə də 
kökümeyvəlilər qrupuna daxil edilir. Yarpaq cəfəri kök əmələ 
gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında 
istifadə olunur. Kök cəfərinin tərkibində 15 % quru maddə, o 
cümlədən 10,7 % karbohidrat, 1,5 % zülal, 0,8 % mineral 
maddə, 35 mq% C vitamini vardır. Cəfərinin yarpağında quru 
maddənin miqdarı kökündə olduğu kimidir. Lakin zülal və 
sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. 
Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, 
həmçinin B1 və B2 vitaminləri vardır. Cəfəri toxumunda 2,7 
%, kökündə 0,05 %, yarpağında isə 0,3 % efir yağı vardır. 
Şəkil 1.31. Сəfəri bitkisinin yarpağı və kökü yeyilən forması
Botaniki təsviri və sort seçmə meyarları. Mil 
kök sisteminə malik olmaqla, ətli kökümeyvə 
əmələ gətirən forması da var. Kökümeyvənin 
forması konusşəkilli və uzun konusşəkilli olmaqla, 
rəngi sarı-ağ, boz-ağ və açıq qəhvəyidir. Çətirin 
uzunluğu 20 (qısa) sm-dən 70 (uzun) sm-ə qədər, 
kökümeyvənin uzunluğu isə 10 (qısa) sm-dən 20 
(uzun) sm-ə qədərdir. 
Kökmeyvənin çəkisi 30 (az) qramdam 100 
(çox) qrama qədər dəyişir.
Çiçəkləri mürəkkəb çətir qrupuna malik 
olmaqla, xırda və sarı, açıq sarı rənglidir (Şəkil 
1.32). 
Şəkil 1.32. Cəfərinin çiçək qrupu
Bioloji xüsusiyyətləri.
Cəfəri soyuğadavamlı və uzun gün bitkisidir. Mənfi 7-9 
0
C-yə 
dözür. Amma digər kökümeyvəlilərə nisbətən istiyə tələbkardır. 
Vegetasiya müddəti birinci vegetasiya ilində zonadan asılı olaraq 90-100 gündən 140-



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin