İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə41/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   37   38   39   40   41   42   43   44   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Sort və hibridləri. 
Nanənin sortları azdır. 
Bunların bir qismi xalq tərəfindən yaradılıb 
becərilir, bəziləri isə seleksiya nəticəsində 
yaradılıb. Tərkibində mentolu yüksək olan nanə 
sortlarına Spirmint, Vorojeya, Maxito, Prilüks-5 və 
sairə daxildir. 
Şəkil 1.24. Nanə bitkisinin yarpaqları
Şəkil 1.25. Nanə bitkisinin çiçək qrupu 
Şəkil 1.26. Nanənin kökümsov gövdəsi 
Tərxun - 
Artemisia dracunculus
 L. 
Tərxun çoxillik ətirli tərəvəz bitkisidir. Onun cavan zoğ və yarpaqları bir çox qiymətli 
qida və müalicəvi maddələr ilə zəngindir. Yeyinti məqsədi ilə yerüstü hissələrindən istifadə 
edilir. Tərxunun xoş tamı vardır. Tərkibində efir yağları olduğundan ondan təzə və 
qurudulmuş şəkildə məişətdə geniş istifadə edilir. Təzə tərxunda 0,1-0,5 %, qurudulmuşunda 
isə 0,2-0,8 % efir yağı vardır. 
Yabanı halda tərxun Sibirdə, Qazaxıstanda və Zaqafqaziyada, mədəni bitki kimi isə İran, 
Ərəbistan, Kiçik Asiya və Azərbaycanda formalaşmışdır. 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
41 
Botaniki təsviri və sort seçmə meyarları. 
Yerüstü 
hissəsi 
kolşəkillidir, 
düz 
qalxan 
gövdəsinin hündürlüyü 0,8 metrdən 1,5 metrə 
qədər olur, zoğları yaşıl və qırmızımtıl-yaşıldır. 
Kök sistemi kökümsov gövdədən və saçaqlı 
köklərdən ibarət olmaqla, torpağın 30-40 sm 
dərinliyində 
yerləşir. 
Kök-boğazında 
boy 
tumurcuqları olur. 
Yarpaqları 
ensiz, 
xətvarı-lansetvarı, 
damarlıdır (Şəkil 1.27). Çiçəkləri xırda, sarımtıl 
rəngli olub, budaqların uclarındakı səbətcikdə 
yerləşirlər (Şəkil 1.28). Toxumları çox xırda və 
qara rənglidir. Tərxunun becərilən növ və 
sortlarının çoxu toxum yetişdirə bilmir. Toxum 
yetişdirənlər isə çox xırda, cücərmə enerjisi və 
cücərmə qabiliyyəti zəif olan toxum verirlər. Ona 
görə 
tərxunu 
əsasən 
vegetativ 
hissələri 
(kökümsov gövdələr, bölünmüş kol hissələri və 
çiliklərlə) ilə çoxaldırlar. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin