İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
40
Yarpaqları saplaqlı, ayası yumurtavarı-lanset
formalı olmaq-la uzunluğu 4-9 sm, eni isə 1,5-4
sm-dir (Şəkil 1.24). Yarpaq aya-sının rəngi tünd
yaşıl, yaşıl, damarlarının rəngi isə qırmızımtıldır.
Gövdə və budaqcıqların uclarında sünbülvarı çiçək
qrupu əmələ gətirir. Çiçəkləri çəhrayı və yasəməni
rəngli olur (Şəkil 1.25). Toxumları xırda və
qəhvəyirənglidir, cücərmə qabiliyyətini 3 ilə kimi
saxlayır. Nanə bir evli, çiçəkləri iki cinsli, öz-özünü
tozlandırandır.
Kökümsov gövdələrindən yerüstü gövdələr
əmələ gətirir rənglidir (Şəkil 1.26). Toxumla
artırıldıqda sorta məxsus bitkilər vermir. Odur ki,
vegetativ yolla-kökümsov gövdələrlə artırılması
məsləhətdir.
Bioloji xüsusiyyətləri.
Nanə soyuğa davamlı
bitkidir. Onun kökümsov gövdələri qar örtüyü az
olan sahələrdə mənfi 20
0
C, qar örtüyü çox (18-20
sm) olan sahədə isə mənfi 25-30
0
C-yə dözə bilir.
Vegetasiyanı 5-10
0
C istilik şəraitində davam
etdirir, 15-20
0
C temperatur şəraitində daha yaxşı
zərif gövdə və yarpaqlar əmələ gətirir. 20
0
C-dən
yuxarı temperaturda bitkiləri kobudlaşır, acılıq
artır və çiçəkləməyə meyl edir. İşıq intensivliyinə
orta
dərəcədə,
torpaq
rütubətliyinə
və
münbitliyinə tələbkar bitkidir.
Dostları ilə paylaş: