Razyana - Foeniculum vulgare Mill Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunan tərəvəz
bitkisidir. Onun toxumlarının tərkibində 4-6 % efir yağı vardır. Ona görə də razyana efir yağı
almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir.
Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat-kosmetika və əczaçılıq sənayesində
işlədilir. Meyvəsinin tərkibində efir yağından başqa 16-18 % piyli yağ və 27 % zülal maddəsi
vardır. Razyana C vitamini, karotin, rutin və şəkər mənbəyidir. C vitamini 40-70 mq%, A
provitamini 2,4-10,5 mq% təşkil edir. Yarpağı yeyilən formalarda C vitamini 93-155 mq%-ə
çatır. Bir tərəvəz bitkisi kimi razyananın körpə yarpaqları, zoğları, yarpaq saplaqları salatlara
və digər xörəklərə qatılır.
Razyana çox qədim və ən qiymətli dərman bitkilərindəndir. O, bir çox xəstəliklərə qarşı
tətbiq olunur. Ən çox razyana toxumu oyadıcı və mədəni möhkəmləndirici vasitə kimi, həm
də böyrəkdə, öd yollarında daş əmələ gəldikdə, soyuqdəymələr zamanı bəlğəmgətirici vasitə
kimi istifadə edilir.
Razyana yabanı halda ən çox Aralıq dənizi sahilində yayılmışdır. Razyananın vətəni
qərbi Asiya, Şimali Afrika və cənubi Avropa hesab edilir. Rusiyada onu XX əsrin 30 illərindən
becərməyə başlamışlar. Azərbaycanda da bu bitkiyə yabanı halda çox rast gəlmək olur.
Botaniki təsviri və sort seçmə meyarları. Adi razyana (
Foeniculum vulqare Mill.)
kərəviz (
Apiaceae ) fəsiləsinə daxil olan birillik, iki illik və çoxillik ot tipli bitkidir. Çoxillik
forması becərilir. Bu formanın kökü ətli mil köküdür. Gövdəsi dairəvi, zəif qabırğalı, içi boş,
güclü budaqlanan 1,5-2,5 metr hündürlükdədir. Yarpaqları növbəli düzülüşlü, iri, qınlı, çılpaq,
çoxlu lələklərə bölünmüş, sapşəkilli hissələrdən ibarətdir (Şəkil 1.30). Gövdəsinin aşağı
hissəsindəki yarpaqları iri və uzun saplaqlı, yuxarı hissəsindəkilər isə saplaqsızdır. Qiymətli
olduğu üçün ikillik bitki kimi becərilir.
Çiçək qrupu orta və iri, çox şüalı, yastı çətirlidir, çətirin diametri 5-20 sm arasında olur,
əsasən 8-10 sm, çətirin şüalarının yoğunluğu 1-2,5 mm, uzunluğu 3-15 sm-dir, dəyanətlidir,
boruşəkillidir, çox ətirlidir. Xırda, sarı rəngli çiçəkləri gövdəsinin təpəsində çətir formasında
yerləşir. Ləçəkləri və erkəkciyi 5 ədəddir. Dişiciyi qabırğalıdır. İki yuvalı, aşağı yumurtalığı