İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
46
Kökün sətһi ağ-sarımtıl və qonura yaxın kölgəli olub, baş һissədə saplaqların izi qalır. Lət
һissəsi ağ, sıx, bəzən içində boşluq olur.
Özəyi (gövdəsi) ömrünün ikinci ilində əmələ
gəlir, çılpaq, şırımlı şaxələnən olub, hündürlüyü
30-100 sm-ə çatır. Hündürlük 30 sm olduqda qısa,
30-50 sm uzun, 50 sm-dən çox olduqda isə çox
uzun hesab edilir.
Yarpaq saplağı uzun, daxili tərəfdən novçalı,
içi boş və bəzən enli, içi doludur. Yarpaq qrupu
düzünə böyüyən, yarı dağınıq və dağınıq olur.
Yarpaq ayası üç pəncəli, üst üzü parlaq, rəngi açıq-
yaşıldan tünd-yaşıla qədər dəyişir (Şəkil 1.33).
Yarpağın miqdarı 25-ə qədər olduqda az, 25-
50 ədəd olduqda orta, 50-100 ədəd olduqda çox,
100-dən çox olduqda isə lap çox kimi
qiymətləndirilir.
Çiçək qrupu xırda çətirdir. Çətirlər
mürəkkəb, 6-20 şüalı, çılpaqdır (örtüksüzdür).
Çiçəklər xırda, ağ, 5 ləçəkli, qısa saplaqlı,
ləçəkləri ağ, sarımtıldır (Şəkil 1.34).
Meyvələri çılpaq, açılan meyvədir, demək
olar ki, yumru, xırda, 1,5-2 mm-dir. Boz-qonur
rəngdədir.
Kökümeyvəli tərəvəzlərin kök meyvələrinin
çəkisi az 200 qrama qədər, orta 200-300 qram, iri
300-400 qram, çox iri isə 400 qramdan çox olur.
Dostları ilə paylaş: