İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 1.18. Qoldkron şüyüd sortu



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə35/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   31   32   33   34   35   36   37   38   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
Şəkil 1.18. Qoldkron şüyüd sortu
 
Ella.
Dibçəkdə becərilən, tünd yaşıl yeni şüyüddür. Qısaldılmış buğumaraları olan tez 
böyüyən və yığcam bitkidir. İlboyu becərmək üçün tövsiyyə edilir. 
Adi reyhan - 
Ocimum basilicum
 
Reyhan xoş ətirli ədviyyat, bitki çayları və dərman 
bitkisidir. Onun yarpaqları və körpə zoğları C vitamini, A 
provitaminı, rutin, miner al duzlarla və evqanol adlı efir 
yağı ilə zəngindir. Tərkibində 12 % şəkər var. Bu hissələr 
təzə halda salata, qurudulmuş halda isə, isti xörəklərə 
qatılır, ən çox ət və balıq xörəklərində işlədilir. Bundan 
başqa marinad və duza qoymada, pomidor şirəsinə ətir 
vermək, habelə kompot hazırlamaq üçün istifadə edilir. 
Reyhandan efir yağı alırlar. Yarpaqlarda 0,02-0,08 % efir 
yağı var. Reyhan kol, budaq halında və xırda doğranmış 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
36 
halda asan qurudulur və yaxşı saxlanır. Ona görə qış zamanı ondan istifadə etmək olur. 
Gəncədə reyhan toxumu, limon və şəkərdən baləng adlı gözəl, ətirli şərbət hazırlanır. 
Tibdə reyhan mədə dərmanı kimi, boğazı qarqara və kompres etmək üçün istifadə edilir. 
Reyhanın vətəni Ön Asiya, xüsusən İrandır. Reyhan adı İran (Rey) məmləkətinin adından 
götürülmüş və bir çox ölkələrə (Azərbaycan, Orta Asiya) bu adla yayılmışdır. Azərbaycanda, 
xüsusən Abşeron kəndlərində reyhan ətirli tərəvəz bitkisi kimi çoxdan bəri geniş miqyasda 
becərilir. Həmçinin rеyһan da tərхun kimi çох sеvilən, хüsusi qiymətə malik оlan ətirli 
tərəvəz sayılır, lakin, dеmək оlar ki, təkcə fərdi təsərrüfatlarda istеһsal еdilir. 
Təsnifatı.
Dalamazkimilər (Lamiaceae) fəsiləsinin reyhan (Ocimum) cinsi özündə 150-
yə qədər növü birləşdirir. Efir yağlı bitki kimi isə təkcə bir növü adi reyhan (O. gratissimum 
L.) becərilir. Bu bitkinin bir-birindən fərqlənən bir neçə növ müxtəlifliyi vardır. Onlardan 
aşağıdakıları göstərmək olar: Onlardan ən geniş yayılanı limonu (ətrinə görə), bənövşəyi, 
şabalıdı, ətirli və adi reyhan növləridir. Mədəni reyhanın 4 növmüxtəlifliyi var: 
Хırda rеyһan-sıх хırda kоl əmələ gətirir, yarpaqları və çiçək qrupu хırda, qırmızımtıl 
yarpaqları һəm yaşıl, һəm də bənövşəyi, һəm sığallı, һəm də qıvırcıq оla bilər. 
İri rеyһan bitkisi daһa iridir. Yarpağı yaşıl, çiçəyi bənövşəyidir. Cirə iyi vеrir. 
Qaşıqvari rеyһan-iri gəmiyə охşar (qaşığa 
охşar) yarpaqları var. 
Dəstəvari rеyһan-kiçik yığcam kоla malikdir. 
Reyhanın əsasən yaşıl və qonuru-bənövşəyi 
rənglərini becərirlər. Bu formaların hər ikisi orta 
yığcam, ortaboylu kol əmələ gətirir. Onlar 
məhsuldar həm də olduqca çox ətirli olur (Şəkil 
1.19). 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin