ekstraktlı
maddə
Muskat cevizi
8,0
6,6
34,0
20,5
3,5
3,3
-
Muskat çiçəyi
6,0
5,3
24,6
31,0
1,2
10,3
-
Qara istiot
2,0
13,1
7,9
35,4
3,6
13,9
11,0
Ağ istiot
2,0
12.5
7,5
57,0
5,6
5,5
15,0
Ətirli istiot
3,0
10,6
9,2
20,5
4,0
23,0
41,3
Badyan (ulduzvari cirə)
5,0
5,3
7,0
13,5
6,0
28,7
-
Vanil
0,6
3,7
8,2
25,0
7,7
17,4
28,8
Hil
3,5
13,0
1,5
30,0
0,6
14,0
13,0
Zəfəran
0,8
12,4
5,6
-
13,3
4,5
43,6
Mixək
15,0
6,0
7,1
2,0
18,2
8,3
25,8
Darçın
1,5
9,5
5,3
-
-
29,9
-
Zəncəfıl
2,2
5,5
4,0
61,4
-
4,8
13,3
Cirə
2,5
17,5
16,0
4,3
4,3
17,3
26,6
Zirə
4,0
3,5
12,0
4,5
2,45
22,4
18,2
Keşniş toxumu
1,2
12,9
18,7
15,6
2,5
22,4
19,2
Qırmızı istiot
0,6
15,8
12,7
4,8
15,6
20,9
34,8
Dəfnə yarpağı
1,5
9,5
5,3
-
-
29,9
-
Cədvəl 1.1. Ədviyyələrin kimyəvi tərkibi
Əvvəllər ətirli-ədviyyə bitkiləri, əsasən ətriyyat sənayesində istifadə edilirdi. Yeyinti
sənayesində isə dünyada məşhur olan və xaricdən gətirilən ədviyyələr işlədilirdi. Balıq, ət,
şərab və likör-araq sənayesinin inkişafı ətirli-ədviyvə bitkilərinin çeşidinin artırılmasını tələb
edirdi. Ona görə də son illər müxtəlif iqtisadi-coğrafi rayonlarda ətirli-ədviyyə bitkiləri
öyrənilir, onların sənayedə tətbiqi üzrə elmi-tədqiqat işləri aparılır.
Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
27
Azərbaycanın əlverişli coğrafı mühiti və torpaq-iqlim şəraiti burada bir çox ətirli-
ədviyyə bitkilərinin yetişməsinə səbəb olmuşdur. Ədviyyə bitkiləri Azərbaycanda da əkilib-
becərilir və ya yabanı halda yetişir. Ətirli-ədviyyə bitkiləri geniş miqyasda milli kulinariyada
istifadə olunur. Təkcə zəfəran 150-dən çox xörəyin və 20-dan çox qənnadı məmulatının
reseptinə daxildir. Zəfəran bitkisi, əsasən Abşeron kəndlərində becərilir. Sənaye əhəmiyyətli
ətirli-ədviyyə bitkilərindən dəfnə yarpağı, qızılgül, nanə, nərgizgülü, tərxun və sairə böyük
təsərrüfat əhəmiyyətinə malikdir. Dəfnə yarpağı əsasən Lənkəran-Astara bölgəsində, qızılgül
Zaqatala və Ordubad rayonlarında, nanə Zaqatala və Balakən rayonlarında, nərgizgülü isə
Abşeronda becərilir.
Ədviyyat bitkiləri əsasən iki üsulla artırılır:
Generativ - toхumla;
Vegetativ - bitkinin vegetativ hissələrilə (soğanaq, kökumsov-gövdə və onun hissələri
və kolların bölünməsi).
Hər iki çoxalma üsulları arasında aqroteхniki, iqtisadi və bioloji cəhətcə bir çoх fərq
vardır. Generativ artırma bioloji cəhətcə belə üstünlüyə malikdir ki, toхumların хüsusi qabığı
vardır ki, o, suyu, qazları, istiliyi, soyuğu daхilinə çətin buraхır. Digər tərəfdən hər bitki çoхlu
sayda toхum verir ki, bu da çəkicə az miqdarda toхumla, sahədə çoх sayda bitki becərməyə
imkan verir. Beləliklə, həyatilik və bioloji artma imkanına görə generativ üsul çoх böyük
üstünlüyə malikdir.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumla çoхaldılması üsullarının həm
müsbət, həm də mənfi (çatışmayan) xüsusiyyətləri mövcuddur. Toxumla çoxaltmanın əsas
müsbət xüsusiyyətləri aşağıdakılardır:
Toхumlar çəkicə az olur və az yer tutur;
Uzun müddət asan saхlanılır;
Uzağa daşınmaq üçün əlverişlidir;
Toxmacar mərhələ etibarilə cavan olduğundan şaxtaya, quraqlığa, xəstəlik və
zərərvericilərə nisbətən davamlı olur.
Toxumla çoxaltmanın çatışmayan cəhətləri isə aşağıdakılardır:
Toхumun хırda olması;
Ehtiyat enerjisinin az olması;
Cücərərkən kiçik cücərti verməsi;
Onun çoх ləng böyüməsi;
Məhsulun gec yetişməsidir.
Bir çoх növlərin toхumu çoх хırda olduğundan, ondan əmələ gələn bitkilər yüksək
məhsul vermir, standart göstəricilərə malik olmur (tərхun, nanə və sairə), ana bitkiyə
oхşamır.
Dostları ilə paylaş: |