İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 190
lignorum göbələyi 60 növ xəstəlik törədən göbələklərə qarşı mübarizə məqsədilə tətbiq edilir.
Tərəvəzçilikdə zərərverici həşəratlara qarşı tərkibində bir çox mikroorqanizmlər olan
biopreparatlar geniş tətbiq edilir (
Nematofagin, Vertisillin, Boverin, Aktofıt. Pentafaq–J. planriz, Qaupsin, Bitoksi batsillin, Lepidotsid, Bakterio dentisid ).
Tərkibində bir çox zərərverici həşəratlara, xüsusən, sovkaya qarşı parazit
mikroorqanizmlər olan biopreparat
bitoksi basilin hesab olunur (sərfiyyat norması 3-4
kq/ha). Mənənəyə qarşı tərkibində
Bacillus thuringiensis bakteriyası olan biopreparatlardan
istifadə olunur.
Bacillus thuringiensis əksər zərərvericilərin paraziti hesab olunmaqla onların
həzm orqanlarını məhv edərək öldürücü təsir göstərir.
Arthrobotris оligospora göbələyi
nematodla mübarizədə istifadə edilir.
Fitofaqlar. Bioloji mübarizədə tüfeyli və yırtıcı həşəratdan, həşəratla qidalanan yırtıcı
quşlardan və ev toyuqlarından istifadə edilir (Şəkil 6.12).
Şəkil 6.12. Fitofaqlar Tüfeyli həşəratlar - kənd təsərrüfatı bitkiləri zərərvericilərinin məhv edilməsində
tüfeyli həşəratların böyük rolu vardır (
Trixoqrama, Enkarziya, Afıdius, Qallitsa afidimiza, Noeseyulyus və Fitoseyulus ).
Zərərvericilərə qarşı mübarizədə tüfeylilərdən istifadə edilməsi o zaman yaxşı fayda
verir ki, təbiətdə tüfeylilərin həyat fəaliyyəti üçün əlverişli şərait olsun. Bunu nəzərə alıb ilk
növbədə zərərvericilər əleyhinə yerli tüfeylilərdən istifadə edilməlidir.
Yerli tüfeyli həşərata misal olaraq yumurta yeyən trixoqrammanı, habrobrakon
minicisini, telenomusu, apantelesi və sairə göstərmək olar.
Trixoqramma olduqca kiçik həşərat olub 0,5-0,8 mm uzunluqdadır. Tüfeyli zərərverici