Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
187
Mübarizə tədbirləri
Aqrotexniki tədbirlər həyata keçirilməlidir (dərin dondurma şumu, don suyu, sahənin
bitki qalıqlarından təmizlənməsi);
Növbəli
əkinə əməl edilməlidir;
Zərərvericilərin kütləvi çoxalması zamanı kimyəvi mübarizə aparılmalıdır. Torpaqda
tırtılları məhv etmək üçün yazda, yaxud payızda şum altına
fosfor üzvü birləşməli
preparatlardan istifadə edərək çiləmə həyata keçirilməlidir (Dursban 2,4-2,5 l/ha).
Şəkil 6.10. Bitki zərərvericiləri
Şıqqıldaq böcəklər
(Elateridae)
.
Kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin
yetkin fərdləri qorxulu deyil. Ancaq onların torpaqda yaşayan məftilqurdu adlanan sürfələri
müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur.
Onlar nəinki
bitkinin kök sistemini, hətta səpilmiş toxumları belə tamamilə yeyir.
Mübarizə təbdbirləri
Torpaq diqqətlə becərilməlidir. Dərin dondurma şumu aparılmalıdır. Şum zamanı
kiçik yaşlı sürfələr və pupların bir qismi mexaniki əzilmə nəticəsində məhv olur və
zərərvericilərin sayını xeyli azaldır;
Şum altına Aktara və ya Bazudin preparatı vermək lazımdır;
Bitkinin inkişafını sürətləndirmək üçün üzvi və mineral gübrələr verilməlidir;
Səpin üçün ayrılan toxum dərmanlanmalıdır.
6.3. Ekoloji məhsul istehsalında zərərvuran orqanizmlərə qarşı bioloji mübarizə
tədbirləri: fitonsidlər, biopreparatlar, fitofaqla
Bioloji mübarizə üsulu digər mübarizə üsulu ilə müqayisə edilərsə, onun üstün cəhətləri
vardır. Belə ki, bu mübarizənin tətbiqi ucuz başa çatır, insan,
heyvanlar və bitkilər üçün
zərərsizdir, atmosferi çirkləndirmir. Bioloji mübarizə zamanı əksər hallarda zərərverici hələ
bitki zədələnməmişdən əvvəl məhv edilir. Bioloji mübarizə canlılar arasında gedən
mübarizəyə əsaslanır,
daha doğrusu, bu mübarizədə bir canlının digər canlıya qarşı tətbiqi
nəzərdə tutulur.