İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
184
Fuzaryoz.
Soluxma
xəstəliyidir.
Vegetasiyanın başlanğıcından sonuna qədər
davam edir. Xəstəlik yarpaqları sirayətləndirir.
Filqə yarpaqların sirayətlənməsi daha təhlükəlidir.
Göstərilən orqanlarda damarın və ona yaxın
toxumaların saralması müşahidə olunur. Adətən
sirayətlənmiş cücərtilər qonurlaşır, büzüşür və
quruyur (Şəkil 6.6).
Erkən yoluxmuş bitkilərin
buğumarası qısalır, kökboğazına yaxın hissə
qalınlaşır.
Xəstəlik
törədici
havanın
temperaturunun aşağı düşməsi və nəmlik
çatışmazlığı nəticəsində yaxşı inkişaf edir.
Mübarizə tədbirləri
Şəkil 6.6. Fuzaryoz xəstəliyi
Növbəli
əkin sisteminə əməl edilməli, suvarma normalarını və vaxtını düzgün təyun
etməklə suvarılmalıdır.
Pas
(Uromyces scirr (Cast.) Bur.).
Kərəviz
fəsiləsi bitkilərində,
həmçinin nanə, reyhan
becərilən bütün rayonlarda rast gəlinir. Yarpağın
üst səthində, bəzən hər iki tərəfində kiçik sarıya
bənzər yastıcıqlar əmələ
gəlir
(Şəkil 6.7)
. Xəstəlik
təsərrüfat əhəmiyyəti kəsb etmir və buna görə də
ona qarşı xüsusi mübarizə tədbirləri həyata
keçirilmir.
Dostları ilə paylaş: