Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
181
6.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas xəstəlik və zərərvericiləri,
onlara qarşı mübarizə tədbirləri
Bitki xəstəlikləri və onlara qarşı mübarizə ilə
fitopatologiya
elmi məşğul olur.
Fitopatologiya yunan sözü olub (
phuton
- bitki,
patos
– xəstəlik,
loqos
-elm), bitki xəstəlikləri
haqqında elmdir.
Bitki xəstəliyi pataloji proses olub, bitki, xəstəlik törədici və ətraf mühit amillərinin
təsiri altında baş verir.
Xəstə bitki - özünəməxsus bioloji sistemdir, onun çərçivəsi daxilində bitki və patogenin
(xəstəlik törədən orqanizm) böyüməsi və inkişafı baş verir. Bu isə bitkinin və ya onun ayrı-
ayrı orqanlarının formasının dəyişməsi, böyüməsinin pozulması ilə nəticələnir.
Kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləri müxtəlif mikroorqanizmlərdir:
göbələklər, bakteriyalar, viruslar və sairə.
Xarici mühit amilləri içərisində temperatur və rütubət göbələklərin inkişafında önəmli
yer tutur. Göbələklər geniş temperatur həddi (2-40
0
C) daxilində inkişaf etsələrdə, onların
böyümə və inkişafı üçün 18-25
0
C temperatur optimal hesab olunur.
Bir çox göbələklərin inkişafında rütubət amili həlledicidir. Göbələklərin əksər
nümayəndələri yalnız damcı su, yüksək rütubət, şeh şəraitində cücərir və bitkiləri
sirayətləndirir (yoluxdurur). Torpaqda yaşayan göbələklər üçün torpağın turşuluğu mühüm
əhəmiyyət kəsb edir. Torpaq turşuluğunun zəif olması (pH 4,0-6,0) torpaq göbələklərinin
əksəriyyəti üçün əhəmiyyətlidir.
Bitki zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri ilə
entomologiya
elmi məşğul
olur. Entomologiya yunan sözlərinin birləşməsi olub (
entomon
– həşərat,
loqos
– elm) həşərat
aləmindən bəhs edir.
Zərərverən orqanizmlərə qarşı səmərəli mibarizə tətbiq etmək üçün həşəratın həyat
tərzi və inkişaf şəraitini bilmək lazımdır. Belə ki. həşərat istiqanlı olmadığı üçün bədəninin
temperaturunu nizamlaya bilmir. Odur ki, havanın temperaturu nə qədər olarsa həşəratın
bədəninin temperaturu da o qədər olur.
Əksər həşərat 10-35
0
C temperaturda normal yaşayır. Temperatur müsbət 35
0
C-dən
artıq olduqda, yaxud müxbət 10
0
C-dən aşağı düşdükdə həşəratın orqanizmində fizioloji və
bioloji proseslər dayanır. Yəni həşərat öz fəallığını itirir. Müsbət 35
0
C ilə 50
0
C temperatur
arasında həşəratda müvəqqəti keyimə baş verir və temperatur 50
0
C-dən yuxarı olduqda isə
həşərat yaşaya bilmir, məhv olur. Temperatur azaldıqda həşəratın inkişafı, yüksək
temperatura nisbətən ləng gedir. Əksər həşəratın yaşayışı üçün rütubət 35-75 %-dir.
Normadan artıq rütubət həşərata pis təsir edir.
Dostları ilə paylaş: