İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
180
Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Əziz tələbələr! Kənd təsərrüfatına yararlı torpaq sahəsində yüksək məhsul almaq,
əhalinin il boyu kənd təsərrüfatı məhsullarına olan tələbini ödəmək üçün, kənd təsərrüfatı
bitkilərini xəstəlik törədicilərdən və zərərvericilərdən qorumaq lazımdır. Bunun üçün
xəstəliyin yayılması, yoluxduğu bitkilər, xəstəliyin simptomları (əlamətləri) və zərəri
haqqında, eyni zamanda zərərvericilərin həyat tərzi haqqında məlumat əldə edilməlidir.
Mübarizə tədbirləri sistemində davamlı sortlardan istifadə, aqrotexniki tədbirlərin
həyata keçirilməsi və nəhayət patogenə (xəstəlik törədiciyə) və zərər verən orqanizmlərə
qarşı tətbiq edilən kimyəvi preparatların istifadəsi nəzərdə tutulmalıdır.
Bu gün dünyanı narahat edən problemlərdən biri ekologiyanı çirkləndirməməklə, təmiz,
sağlam məhsul istehsalıdır. Bu zaman aqrotexniki və bioloji üsullara daha çox üstünlük
verilməlidir. Lakin elə xəstəlik törədicilər və zərərvericilər var ki, onlara qarşı mübarizə
tədbirləri sistemində kimyəvi üsula üstünlük verilir.
Əziz tələbələr! Siz bu təlim elementində tərəvəz əkinlərində yayılan xəstəlik və
zərərvericiləri əlamətlərinə görə tanıyacaq və onlara qarşı mübarizə tədbirlərini həyata
keçirə biləcəksiniz.
Tədris nəticəsinin təsviri:
Bu təlim elementini öyrəndikdən sonra siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
Ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas xəstəlikləri və onlara qarşı
mübarizə tədbirləri haqqında məlumat əldə edəcəksiniz;
Öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin xəstəliklərini əlamətlərinə
uyğun olaraq təyin edəcəksiniz;
Ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas zərərvericiləri və onlara qarşı
mübarizə tədbirlərini müəyyən edəcəkiniz;
Pestisidlərdən istifadə qaydaları və onlara qoyulan ekoloji tələbləri öyrənəcəksiniz;
Ekoloji ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalında zərərverən
orqanizmlərə qarşı bioloji mübarizə tədbirləri haqqında məlumat əldə edəcək;
Bitki mühafizə ilə əlaqədar Avropa İttifaqında ekoloji kənd təsərrüfatının tənzimləyici
normaları və İFOAM - qaydaları ilə tanış olacaqsınız.
Məqsəd:
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində
yayılan xəstəlik və zərərvericiləri əlamətlərinə görə tanıyacaq və onlara qarşı mübarizə
tədbirlərini həyata keçirə biləcəksiniz.
Dostları ilə paylaş: