İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 188
Fitonsidlər. Xəstəliklərə qarşı
istifadə edilən müxtəlif bitki mənşəli
maddələrdən olan fitonsidlər xüsusi
əhəmiyyəti ilə seçilir (Şəkil 6.11).
Fitonsidli bitkilərin özlərini kənar
təsirlərdən qoruması üçün ifraz etdikləri
xüsusi maddələrdir. Bu maddələr
xəstəlik törədicilərinin bitkiyə daxil
olmasına imkan vermir, başqa sözlə
bitkilərdə əsaslı immunitet yaradır.
Fitonsidlərin
bitkilərdən
alınaraq
xəstəliklərə qarşı istifadə edilməsi bioloji
mübarizə üsullarından biri hesab edilir.
Bu məqsədlə fitonsidlik qabiliyyəti olan
bitkilərin cövhəri alınır və müxtəlif
üsullarla xəstəliklərə qarşı istifadə edilir.
Andız, at şabalıdı, acı paxla,
başınağacı, dağ laləsi, çətənə (kənaf), ayı
soğanı (çöl sarmaşığı), başlıq otu, acılıq
otu, berqamont, dağ turpu, bat-bat və cır
şalğam
bitkilərin
həlimindən
isə
mikroorqanizmlərə
(göbələk,
virus,
bakteriyaya) qarşı mibarizə məqsədilə
istifadə edilir.
Qeyd edilən fitonsid bitkilərdən
həlim
və
cövhərlərin
hazırlanma
qaydasını sizə təqdim edirik.
At əvəliyi Acılıq otu Çətənə İris Gülümbahar Acı yovşan Bat-bat Andız Şəkil 6.11. Fitonsid bitkilər Bitkilər İstifadə olunan orqanlar İstifadə forması Hazırlanma və istifadə olunma qaydaları Acı yovşan Çiçəkləmə dövrü
yığılmış bütün
yerüstü hissədən
cövhər
Bir kiloqram qurudulmuş kütlə 10-
15 dəqiqə qaynadılır. Soyudulmuş
cövhər süzülür və 10 litr olanadək
su əlavə olunur. Hər 10 litr məhlula
40 qram təsərrüfat (paltar) sabunu
əlavə olunur.
Gülümbahar Bitkinin
toxumlarından
Həlim
bitkilərin
becərilməsi
200 qram toxumun üzərinə 10 litr
qaynar su tökərək 24 saat
saxlayırlar. Soyumuş məhlulu
süzərək istifadə edirlər.
Tərəvəz bitkiləri əkilən sahələrin
cərgəaralarında gülümbaharın