İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 6.13. Pestisidlərdən istifadə zamanı



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə186/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   182   183   184   185   186   187   188   189   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
Şəkil 6.13. Pestisidlərdən istifadə zamanı 
xüsusi geyimlər
 
6.
Güclü təsirə və zərərlik xassəsi yüksək olan pestisidlərlə gündə maksimum 4 saat 
işləmək tövsiyə olunur. Pestisidlərlə işləyənlər süd içməlidirlər və cavabdeh şəxs 
vəziyyətə nəzarət etməlidir. Şübhəli hal müşahidə olunduqda şikayətçiyə ilk yardım 
göstərilməlidir. Bütün təsərrüfatlarda dərman qutusu saxlamaq tövsiyə olunur. 
7.
Əkin sahəsini zəruriyyət olmadıqda dərmanlamaq qadağandır. 
8.
Bütün hallarda üzərində təyinatı və istifadəyə yararlılıq müddəti göstərilən 
pestisidlərdən istifadə olunmalıdır. Vaxtı keçmiş pestisidlərin sınaqdan 
keçirilməsinə icazə verilmir. Pestisidlərdən tarada göstərilən təlimata uyğun istifadə 
olunmalıdır. Dozanı artırmaq və nəzərdə tutulmadığı halda təkrar dərmanlamaq 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
192 
qadağandır. 
9.
Əkin sahəsi yalnız məsləhət görülən maddələrlə dərmanlanmalıdır. Məhsul 
yığımından əvvəl axırıncı dərmanlama vaxtına ciddi əməl olunmalıdır. Dərmanlama 
bütün hallarda bitkinin və zərərvericilərin biologiyasına uyğun olaraq təklif olunan 
optimal müddətdə aparılmalıdır. 
10.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin (şüyüd, cəfəri və sairə) pestisidlərlə 
dərmanlanmasına icazə verilmir. Torpaq ziyanvericilərinə və alaq otlarına qarşı 
dərmanlanma səpindən qabaq aparılmalıdır. 
11.
Pestisidləri saxlamaq üçün istifadə olunan anbar, mexaniki qurğuları doldurmaq və 
bitki toxumalarını dərmanlamaq üçün istifadə olunan meydança yaşayış binasından, 
heyvandarlıq və quşçuluq fermasından, su mənbəyindən 200-500 metr aralıda 
olmalıdır. 
12.
Kimyəvi mübarizə aparmağa başlamazdan əvvəl ərazidə olan qonşu təsərrüfatlar 
tətbiq olunan preparat haqqında, onun dozası, məqsədi, miqdarı tətbiq qaydası 
haqqında xəbərdar edilməlidir. Sahənin sərhədi xəbərdaredici işarələrlə 
fərqləndirilməlidir. Arıçılıq təsərrüfatları da xəbərdarlıq edilməlidir. 
13.
Sahə mexaniki əl qurğusu ilə maksimum eytiyyatla dərmanlanmalıdır. İş zamanı evin 
qapı və pəncərələri örtülməli, su mənbələri və heyvan yemləri zəhərli maddələrdən 
qorunmalıdır. 
14.
Sahənin dərmanlanması səhər tezdən və axşam saatlarında aparılmalıdır. 
15.
Dərmanlanmış sahədə yalnız 3-5 gün keçdikdən sonra işləməyə icazə verilir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin