Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
203
Müasir kənd təsərrüfatı istehsalında ədviyyat, bitki çayları və dərman bitkiləri
məhsullarını əsasən maşınla yığırlar. Həmin maşınların miqdarı ilbəil artır və iş rejimi
təkmilləşdirilir. Lakin hələlik ədviyyat, bitki çayları və dərman bitkilərinin əl ilə yığılıb
çeşidlənməsi geniş tətbiq edilir. Bu zaman sahədə işləri asanlaşdırmaq üçün transpartyordan
istifadə edirlər.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri (kahı, şüyüd,
razyana) əllə biçilib yığılır. Bu bitkilər torpağın səthindən 2-4 sm, razyana isə 4-7 sm
yuxarıdan kəsilir. Şüyüd, kişniş, cəfəri, kərəviz sıx olduqda bitkilər hissə-hissə kökü ilə
birlikdə çıxarılıb dəstə-dəstə bağlanır, yaxud səbətlərə, dərin olmayan yeşiklərə kökləri bir
tərəfə olmaqla yığılır.
Yığım və emal maşınlarının quruluşu yığılacaq məhsulun bioloji xassələrinə görə
müəyyən edilir. Bu zaman ədviyyat, bitki çayları və dərman bitkilərinin mexaniki quruluş
xassələri, toxumaların sıxlığı, tərəvəzin sıxılmaya müqaviməti, sürtünmə və sairə nəzərə
alınır. Qeyd etmək lazımdır ki, maşınla yığımda mexaniki zədələnmə halları çoxalır. Ona görə
də mövcud maşınların yeniləşdirilməsinin, maşınla yığmaq üçün yeni perspektiv tərəvəz
sortlarının seçilib becərilməsinin və eləcə də yeni konstruksiyalı maşınlar yaradılmasının
böyük əhəmiyyəti vardır. Yığım və çeşidləmə zamanı məhsulun keyfiyyətinə təsir edən əsas
amillər tətbiq olunan maşının quruluşu və optimal yararlılığı, temperatur, çeşidləmə müddəti
və eləcə də yığımın dövrü və müddətidir. Ədviyyat, bitki çayları və dərman bitkiləri
məhsulları tarlada, həm də xüsusi məntəqələrdə çeşidlənir. Bu işin vaxtlı-vaxtında və düzgün
texnoloji qaydada aparılması mühüm əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: