İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


 Ədviyyat, bitki çayları və dərman bitkilərinin məhsulunun yığım vaxtı və üsulları



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə193/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   189   190   191   192   193   194   195   196   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

7.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin məhsulunun yığım vaxtı və üsulları 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin yetişməsi zamanı onların tərkibində 
biokimyəvi proseslər gedir. Bu proseslər nəticəsində kimyəvi tərkibi və fiziki xassələri 
dəyişir, sortun botaniki xüsusiyyətlərinə uyğun forma, ölçü, rəng, dad və ətir kəsb edir. 
Yetişmə zamanı ədviyyat, bitki çayları və dərman bitkiləri kütləcə artır, ölçücə böyüyür. 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin yetişməsi zamanı kimyəvi tərkibində gedən 
dəyişikliklərin öyrənilməsi, məhsulun yığımının, saxlanılması və eləcə də emalının optimal 
müddətinin düzgün müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Bu baxımdan yığım 
dövrünün düzgün təyin edilməsi xüsusilə vacibdir. Yığım dövrü müəyyənləşdirilərkən 
yığımdan sonra məhsulun yetişə bilmə qabiliyyəti nəzərə alınmalıdır.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin 4 yığım dövrü vardır. Bunlar ayrı-ayrı 
bitkilərin məhsulunun yetişmə dövrü ilə bağlı olduğundan yetişmə dövrləri də adlanır. Yığım 
(yetişmə) dövrləri aşağıdakılardır: 
1.
 
İstehlak üçün yığım dövrü.
Bu dövrdə yığılan ədviyyat, bitki çayları və dərman 
bitkiləri xarici görünüşünə, ətrinə, dadına və konsistensiyasına görə maksimum 
keyfiyyətə malik olmalı, həmçinin forması, rəngi və ölçüsü sorta uyğun olmalıdır. Bu 
dövrdə yeyilməyə yararlı tərəvəzi yığırlar. 
2.
 
Adi yığım dövrü.
 
Bu dövrdə yığılan tərəvəzin tərkibində qidalı və dadlı maddələrin 
əksəriyyəti toplanır. Məhsulun forma və ölçüsü müvafiq sorta uyğun olur. Lakin 
kökmeyvənin keyfiyyəti (dadı, iyi, onun tərkibində şəkərlərin miqdarı, 
konsistensiyası və sairə) tamamilə formalaşmır. Saxlanılma zamanı bu 
kökmeyvələrdə yetişmə davam edir və istehlak dəyərinə malik olurlar. 
3.
 
Texniki yığım
dövründə emal üçün istifadə olunacaq ədviyyat, bitki çayları və 
dərman bitkiləri yığılır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin