Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
209
Yarpağından
istifadə edilən ədviyyat,
bitki
çayları
və
dərman
bitkilərini
marinadlaşdırmaq
üçün
yuyulub
və
dorğanmış 600 qram şüşə balona yığılır,
üzərinə 300 qram su, 3 xörək qaşığı 6 %-li
esens, 30 qram xörək duzu, 50 qram bitki
yağı əlavə edilərək ağzı
hermetik qapaqla
bağlanır.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərini qurutma üsulu
ilə saxlanması daha geniş tətbiq edilir. Qurutma - məhsulun susuzlaşdırılmasına əsaslanır.
Sərbəst su olmayan şəraitdə mikroorqanizmlər inkişaf edə bilmir. Qurutmaq üçün kərəviz,
cəfəri, şüyüd, nanə və sairə istifadə olunur. Məhsulların əksəriyyəti 8-14 % su qalana kimi
qurudulur. Qurutma müxtəlif üsullarla həyata keçirilir. Günəş istiliyi altında qurutma-iqtisadi
cəhətdən çox faydalıdır, lakin bu həmişə mümkün olmur. Azərbaycanda ədviyyat, bitki çayları
və dərman bitkilərini iyun ayından başlayaraq oktyabr ayına kimi günəş altında qurutmaq
olar. Təbii üsulla bitki isti havada və gün düşməyən yerdə qurudulur (rəngin dəyişməməsi
üçün) və bu qurutma bir neçə gün çəkir.
Süni
qurutma prosesində ədviyyat, bitki çayları və dərman bitkiləri xüsusi quruducu
cihazlarda qızdırılmış hava axını ilə qurudulur. Termiki üsulla qurutma quruducu şkafda 50
dərəcə temperaturda 15-20 dəqiqə olmaqla həyata keçirilir. Bu zaman məhsulun
orqanoleptiki хassələri (ətri, dadı, rəngi) saхlanılır. Hər iki qurutma nəzarət altında
saxlanaraq tez-tez qarışdırılır. Qurutma bitdikdən sonra qurudulmuş yarpaqlı tərəvəzlər
qablaşdırılaraq quru və qaranlıq yerdə saxlanılır.
Qurudulmuş ədviyyat, bitki çayları və dərman bitkiləri qarışıqlarından1-ci nahar
xörəkləri (şorba, borş və sairə) və onlara qatqılar hazırlanır. Qurudulmuş ədviyyat, bitki
çayları və dərman bitkilərini 1-ci və 2-ci əmtəə sortunda buraxılır. Bunları keyfiyyətcə
qiymətləndirdikdə xırdalanmış hissənin miqdarı, quruyub ötmüşlərin və başqa qarışıqların
miqdarı müəyyən edilir. Onların rəngi, forması, ölçüsü və nöqsanları da nəzərə alınır.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin qurusunda kif, çürük,
kənar qoxu və tam,
zərərverici zədəsi, 0,01 %-dən çox mineral qarışıq, 3 mq/kq-dan çox metal qatışığı
olmamalıdır.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitki
lərindən kərəviz, cəfəri
və cırhavuç qurudulur. Ölçüləri cəfəridə 3 sm, kərəvizdə isə 4 sm olmalıdır. Qurudulacaq
xammalı əl ilə yuyub, maşınlarda təmizlədikdən sonra, eninə kəsiyi 3-5 sm olan sütuncuqlar
şəklində doğrayırlar. Nəmliyi 13-14 %-ə qədər qurudulur. Bu zaman nəmliyin ayrılması
quruducu qurğularda, 80-120
0
C temperaturda isti havada (kaloriferin qızdırdığı hava) başa
çatdırılır.
Qeyd:
Respublikamızda kökündən istifadə edilən ədviyyat, bitki çayları
və dərman
bitkilərindən dondurularaq və qurudularaq saxlanılmasına ehtiyac duyulmadığı üçün, bu
üsul geniş istifadə edilmir.
Dostları ilə paylaş: