İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
206
Son zamanlar istər yarpağından istərsə də kökündən
istifadə edilən ədviyyat, bitki
çayları və dərman bitkilərinin qablaşdırılmasında polietlen torba və vakumlardan geniş
istifadə edilir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri daşınması.
Ədviyyat, bitki çayları və
dərman bitkilərinin istehlakçıya keyfiyyətli halda çatdırılması işində daşınmanın əhəmiyyəti
böyükdür. Çünki,
ədviyyat, bitki çayları və dərman bitkiləri respublikanın
iri sənaye
şəhərlərinə əsas istehsal bölgələrindən aparılır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin
qablaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. Ədviyyat, bitki çayları və dərman
bitkilərinin daşınmasında tətbiq edilən tara növləri məhsulun quruluşundan asılı
olaraq
müxtəlifdir. Bu məhsul, əsasən 3 qaydada – taralarda, tarasız və konteynerlərdə daşınır.
Ədviyyat, bitki çayları
və dərman bitkiləri dəmir yolu, su, avtomobil və habelə hava
nəqliyyatında daşınır, ən çoxu isə dəmir yolundan istifadə edilir. Bu məqsəd üçün adi örtüklü
vaqonlar, germetik vaqonlar yararlıdır. Adi örtüklü vaqonlarda içəridə temperatur
nizamanmır. Daxili temperatur bayır havanın temperaturundan asılıdır. Məhsul belə
vaqonlarda yaxın məsafəyə daşınır. Bu vaqonlardan, əsasən yay aylarında istifadə edilir. Payız
aylarında ədviyyat, bitki çayları və dərman bitkilərinin daşınmasında mənfi 2
0
C-yə qədər
şaxta olduqda ventilyasiyadan istifadə edilir. Xarici mühitdə şaxta 5
0
C-dən az olduqda
tərəvəzin üstünü örtürlər. Örtük kimi pambıq odeyallardan, qalın kağızdan və samandan
istifadə edilir. Vaqon-buzxanalar tərəvəzin keyfiyyətli daşınmasını
təmin edir və vaqonun
daxilində müntəzəm olaraq aşağı temperaturu saxlayır. Bu vaqonların içərisinə buz-duz
qarışığı və ya ayrıca buz qoyulur. Germetik vaqonlar tərəvəzin keyfiyyətli daşınmasını daha
yaxşı təmin edir. Şaxta 15
0
C-dən aşağı olduqda vaqon isidilir. Bu zaman ventilyator vasitəsilə
hava cərəyanı nizamlanır. Bayırda müsbət 30-dan mənfi 45
0
Cyə qədər temperatur olduqda
belə vaqonlarda müsbət 6
0
C-yə qədər soyuqluq yaratmaq mümkündür. Əgər vaqon ədviyyat,
bitki çayları və dərman bitkilərinin yığılmasından əvvəl soyudulmuşdursa, onlar daha yaxşı
keyfiyyətdə qalır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin növündən asılı olaraq
yeşiklərə, yeşik-qəfəsələrə, səbətlərə, konteynerlərə qablaşdırılaraq daşınmaq üçün
hazırlanır. Belə qablaşdırılmış məhsul vaqonlarda ştabel qaydasında yığılır və vaqonun giriş
yerindən içəriyə doğru 60 sm enində hərəkət üçün yer saxlanılır. Vaqonun tavanı ilə üst yeşik
cərgəsinin arası 40-50 sm olmalıdır. Daşınma zamanı temperatur 4-5
0
C -dən yuxarı, 0
0
C -dən
aşağı olmamalıdır. Dəmir yolunda daşınmaya nisbətən su nəqliyyatında daşınma ucuz başa
gəlir. Burada gəmilərdən və motorlu qayıqlardan istifadə edilir. İçinə tərəvəz yığılmış taraları
ştabel qaydasında divardan 20-25 sm aralı yığırlar. Ventilyasiya olmadıqda və yığılmağa
nəzarət edilməməsi nəticəsində içəridə istilik həddindən artıq qalxa bilər.
Bu isə həm
mikroorqanizmlərin inkişafına, həm də ədviyyat, bitki çayları və dərman bitkilərinin
keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ədviyyat, bitki çayları
və dərman bitkiləri
daşınmasında avtomobil nəqliyyatından daha çox istifadə edilir. Avtomobillə daşınma yerli
əhəmiyyətə malikdir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin keyfiyyətinin aşağı
düşməməsi üçün məhsul yayda gecə vaxtı daşınmalıdır. Daşınan məhsulun üstü isə mütləq
örtülməlidir.
Son illərdə ədviyyat, bitki çayları və dərman bitkilərinin daşınmasında hava
nəqliyyatından da istifadə edilir.