Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 207
Qeyd: Tara dedikdə məhsulu qablaşdıran zaman istifadə edilən qablaşdırma materialı başa
düşülür.
7.4. Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərini saxlanması və emalı Ədviyyat, bitki çayları və dərman bitkilərini uzun müddət saxlamaq üçün aşağı
temperaturdan istifadə edilir. Saxlanılma temperaturu müvafiq ədviyyat, bitki çayları və
dərman bitkilərinin donma temperaturuna yaxın olmalıdır. Onların donma temperaturu isə
onun kimyəvi tərkibindən asılıdır. Bu temperatur tərəvəzin tərkibindəki suyun miqdarından
asılı olaraq mənfi 0,5-2,5
0
C arasında dəyişir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin
saxlanılması zamanı aşağı temperaturun tətbiq edilməsi bəzən onların dad-tam keyfiyyətinə
mənfi təsir göstərir.
Saxlanılma müddətinə görə ədviyyat, bitki çayları və dərman bitkiləri məhsullarını 3
qrupa bölürlər.
1. Uzun müddət saxlanıla bilən ədviyyat, bitki çayları və dərman bitkiləri. Bu
qrupa aid olan ədviyyat, bitki çayları və dərman bitkilərinin məhsullarını orta hesabla
3 aydan 6-8 aya qədər saxlamaq mümkündür. Ədviyyat, bitki çayları və dərman
bitkilərinin uzun müddət saxlanılmasını təmin etmək üçün cücərmənin və
xəstəliklərin qarşısını vaxtında almaq lazımdır;
2. Orta müddətdə saxlanılan ədviyyat, bitki çayları və dərman bitkiləri. Bu qrupa
aid ədviyyat, bitki çayları və dərman bitkilərini 1 aydan 2-3 aya qədər saxlamaq olar;
3. Qısa müddətdə saxlanılan ədviyyat, bitki çayları və dərman bitkiləri. Bu qrupa
əsasən yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri aiddir və
onları 5 gündən 20 günə qədər saxlamaq olar.
Saxlanılma rejiminə aşağıdakı amillər aiddir: anbarın temperaturu, nisbi rütubəti, hava
cərəyanı, işıq və mühitin qaz tərkibi.
Bir çox ədviyyat, bitki çayları və dərman bitkiləri məhsullarının saxlanılması üçün
temperatur 0
0
C səviyyəsində olmalıdır. Aşağı temperaturda tənəffüs zəiflədiyindən üzvi
maddələrin və nəmliyin itkisi azalır. Eyni zamanda aşağı temperaturda mikroorqanizmlərin
fəaliyyəti zəifləyir. Saxlanılma temperaturu ədviyyat, bitki çayları və dərman bitkilərinin
toxumalarındakı suyun donma temperaturundan 1-2
0
C yüksək olmalıdır. Ədviyyat, bitki
çayları və dərman bitkilərinin tərkibindəki suyun miqdarı onların növündən və sortundan
asılı olaraq 70 %-dən 95 %-ə qədər nisbi rütubəti olan anbarlarda saxlayırlar. Yarpağından
istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərini saxladıqda onların üzərinə
vaxtaşırı su çiləyirlər. Nisbi rütubət aşağı olduqda onlar suyun bir hissəsini itirir. 6-8 % su
itirmiş ədviyyat, bitki çayları və dərman bitkiləri bürüşür. Yarpağından istifadə edilənlərdə
isə suyunun 2 %-i buxarlandıqda məhsul əmtəə görünüşünü itirir. Bir çox ədviyyat, bitki
çayları və dərman bitkilərini 85-90 % nisbi rütubətdə saxlayırlar.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin saxlanılması üçün 2 qrup anbarlardan -
sadə və ixtisaslaşdırılmış - istifadə edilir. Sadə anbarlara burtlar və xəndəklər aiddir. Sadə