Rəng - ədviyyat, bitki çayları və dərman bitkilərinin sortuna müvafiq, normal və yığılma
yetişkənliyi dövrü üçün tipik olmalıdır.
Təzəlik - ədviyyat, bitki çayları və dərman bitkilərinin kimyəvi tərkibi, suyun normallığı,
toxumların vəziyyəti ilə bağlıdır. Bəzi ədviyyat, bitki çayları və dərman bitkiləri üçün
bürüşmüş məhsulun miqdarı standart üzrə normalaşdırılır. Səthinin vəziyyəti (quru, təmiz)
bir çox ədviyyat, bitki çayları və dərman bitkiləri üçün nəzərə alınan göstəricidir. Ədviyyat,
bitki çayları və dərman bitkilərinin səthində su damlalarının olması fitopatogen
mikroorqanizmlərin inkişafını asanlaşdırır. Ona görə də ədviyyat, bitki çayları və dərman
bitkilərinin səthi quru olmalıdır. Onlar üçün səthin təmiz olması da nəzərə alınır.
Daxili quruluş - keyfiyyət göstəricisi kimi başqa ədviyyat, bitki çayları və dərman
bitkilərinin sortlaşdırılması zamanı nəzərə alınır. Daxili quruluş müəyyən edilərkən lətin
yetişməsinə, şirəliyinə, rənginə, boşluğun olmasına, kobudluq və zərifliyə fikir verilir.
İrilik (həcm) - ədviyyat, bitki çayları və dərman bitkilərinin ən böyük en kəsiyinin
diametrinə və ya kütləyə görə müəyyən edilir. Əksər ədviyyat, bitki çayları və dərman
bitkiləri üçün ən qısa və ən uzun diametr müəyyən edilir. Ölçüyə görə çeşidləmə məhsulun
qablaşdırılmasını asanlaşdırır.
Ölçüyə görə çeşidləmə - ədviyyat, bitki çayları və dərman bitkiləri keyfiyyətinə görə
çeşidləndikdən sonra ölçüyə görə çeşidləmə aparılır, yəni məhsul kalibrləşdirilir. Bəzən
kalibrləşdirici maşınlardan istifadə edilir və iri, orta və xırda olmaqla ən azı 3 ölçüdə
çeşidlənir. ədviyyat, bitki çayları və dərman bitkiləri əmtəə etimalına onların qəbulu,
çeşidlənməsi, qablaşdırılması və markalanması aid edilir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri yığıldıqdan sonra təxmini olaraq yoxlanılır və
müvafiq standart əsasında sortlaşdırılır. Bu məqsədlə üzərində olan torpaq qurudulur.
Kökümeyvəlilər torpaqdan təmizlənir, havada qurudulur və kötük hissəsi 1 sm qalmaq şərtilə
kəsilir.
Həm tarlada (yığılan vaxt) həm də kötük hissə kəsilən zaman standarta görə sortlara
ayrılır. Bürüşməsin deyə, saman və ya ağac kəpəyi ilə qablaşdırılır.