İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 208
anbarlarda ədviyyat, bitki çayları və dərman bitkilərinin temperaturu 3-4
0
C-yə endikdən
sonra onun üstü tam örtülür. Bu anbarların mənfi cəhəti ondan ibarətdir ki, saxlama
prosesində içəridə baş verən bütün prosesləri izləmək çətin olur. Sadə anbarlar əsasən
istehlak yerlərində və tədarük məntəqələrində hazırlanır.
İxtisaslaşdırılmış anbarlar xüsusi avadanlıqla təchiz edilməklə soyudulmayan və
soyudulan (soyuducu kameralar) olurlar. Cəfəri və kərəvizi saxlamaq üçün daha perspektivli
üsul onu taralara qablaşdırılmış şəkildə soyuducularda hava cərəyanı ilə və yaxud
polietilendən hazırlanmış kisələrdə saxlamaqdır. Çünki, məhsulun tarada saxlanması
daşınmanı asanlaşdırır.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərini 0
0
C
temperaturda və 95-97 % nisbi rütubətdə saxlamaq lazımdır. Yarpağından istifadə edilən
ədviyyat, bitki çayları və dərman bitkilərini soyuducularda və buzxanalarda saxlamaq daha
əlverişlidir. Çünki belə halda onlar soluxmadan 1-2 həftə qala bilirlər.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin uzun müddət
saxlanması mümkün olmadığına görə, onlar emal (əsasən ev şəraitində) olunmuş şəkildə
saxlanılır. Belə ki, onları qurudulmuş, marinadlaşdırılmış və dondurulmuş şəkildə saxlamaq
mümkündür.
Yarpağından istifadə edilən ədviyyat,
bitki çayları və dərman bitkilərini donduraraq
saxlamaq üçün əvvəlcə onlar yuyulur, suyu
çəkildikdən sonra dorğanaraq, soyuducunun
buz qabının kiçik hissələrinə doldurulur.
Sonra üzərinə qaynanmış su tökülür və
soyuduqdan sonra dondurucuya qoyulur.
Qışda donmuş ədviyyat kubları çıxarılaraq
yeməklərdə istifadə edilir. Onu da qeyd edək
ki, donma müddəti məhsulun keyfiyyətinə bir
başa təsir göstərir. Belə ki, tədricən
dondurulmaya nisbətən, tez dondurulmuş
məhsullarda vitaminlər qalır. Ədviyyat, bitki
çayları
və
dərman
bitkilərinin
tez
dondurulması mənfi 30-40
0
C-də 2 saat
müddətində aparılır. Bu zaman məhsulun
daхilində temperatur mənfi 18
0
C olmalıdır. Bu
zaman dondurulacaq məhsul birbaşa istifadə
edildiyi üçün onlar yuyulur və dorğanaraq
qablaşdırılır (əsasən polietlen torbalara
yığılır). Bütöv halda da dondurmaq olar.