İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Sərbəst iş üçün tapşırıqlar



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə188/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   184   185   186   187   188   189   190   191   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
Sərbəst iş üçün tapşırıqlar 
1.
Mövsüm ərzində yaşağıdınız və ya sizə yaxın ərazidə ədviyyat, bitki çayları və dərman 
bitkiləri əkinlərində yayılan xəstəlikləri araşdırın. 
2.
Səfər etdiyiniz təsərrüfatda ədviyyat, bitki çayları və dərman bitkilərinin zərərvericilərini 
müəyyən edin. 
3.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin xəstəliklərinə qarşı tətbiq edilən mübarizə 
vasitələrini müəyyənləşdirin. 
4.
Təsərrüfatda istifadə olunan biopreparatlar və fitonsid bitkilər haqqında məlumat əldə 
edin. 
5.
Topladığınız məlumatları ümumiləşdirin və qrup şəkilində müzakirələr aparın.


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
194 
 
Praktiki tapşırıqlar və fəaliyyətlər
 
Praktik tapşırıq 6.1.
Vegetasiya dövründə ədviyyat, bitki çayları və dərman 
bitkilərində
əsas 
xəstəliklərin müəyyənləşdirilməsi və onlara qarşı mübarizə tədbirlərin seçilməsi 
Tapşırıq və fəaliyyətlər 
Təlimat və tövsiyələr 
1.
Ədviyyat, bitki çayları və dərman 
bitkiləri
sahəsinə səfər edilməsi və 
xəstə bitkilərdən nümunələrin 
toplanması 

Ədviyyat, bitki çayları və dərman 
bitkiləri
sahəsinə səfər edin və uyğun müşahidələr 
aparın. 

Xəstəlik əlamətləri müşahidə olunan 
bitkilərdən xarakterik yarpaq, zoğ, gövdə və 
kökümeyvə nümunələri götürün.

Müəyyən etdiyiniz xəstə bitkilərin hər 
birindən nümunə götürün. 
2.
Xəstəliyin müəyyənləşdirilməsi 

Müəyyən etdiyiniz xəstə bitkilərin şəklini 
(fotosunu) çəkin. 

İnternet resurslarından, kitabdan və 
katoloqdan istifadə edərək xəstəliyi təyin 
edin. 

Nəticələrin düzgünlüyünü yoxlayın, yanlış 
təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və 
doğru təsvir verin. 
3.
Ədviyyat, bitki çayları və dərman 
bitkiləri
sahəsində yayılan xəstəliklərə 
qarşı mübarizə tədbirinin seçilməsi 

Təyin etdiyiniz xəstəliklərə qarşı istifadə 
olunan mübarizə üsullarını 
müəyyənləşdirin.

Tətbiq etdiyiniz mübarizə üsullarının 
səmərəliyi haqqında məlumat toplayın. 

Səmərəli hesab etdiyiniz mübarizə üsulunun 
tətbiq qaydalarını müəyyən edin. 
4.
Ədviyyat, bitki çayları və dərman 
bitkiləri
əkinlərində yayılmış 
zərərvericilərin müəyyən edilməsi 

Tərəvəz sahəsinin bir neçə yerində 
müşahidələr aparın. 

Zərərvericilərlə zədələnmiş bitkiləri qeydə 
alın və onların fotolarını çəkin. 

Kitabdan və internet materiallarından 
istifadə edərək zərərvericini tanıyın. 
5.
Ədviyyat, bitki çayları və dərman 
bitkiləri
sahəsində yayılan 
zərərvericilərə qarşı mübarizə 
tədbirinin seçilməsi 

Təyin etdiyiniz zərərvericilərə qarşı tətbiq 
edilən səmərəli mübarizə üsulunu müəyyən 
edin. 

Müəyyən etdiyiniz mübarizə üsulunun 
tətbiqi qaydalarını öyrənin və tətbiq edin. 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin