2.11. Qazlarda və mayelərdə sərfin ölçülməsi
Maddənin sərfi dedikdə, vahid zamanda baxılan en
kəsikdən (borunun en kəsiyindən) keçən maddənin miqdarı başa
düşülür.
- 77 -
Maddə sərfi iki cür olur: kütləvi sərf, həcmi sərf. Kütləvi
sərf vahid zamanda baxılan en kəsikdə kəsikdə keçən maddənin
kütləsinə, həcm sərfi isə vahid zamanda baxılan en kəsikdən
keçən maddənin həcminə deyilir.
Sərfi ölçmək üçün olan cihazlar ya sərfölçən, ya da sərf
sayğacları adlanır. Elektirik sərfölçənlər kimi virxoakustik ,
vixru və dəyişən təzyiqlər düşgülü çevricili sərfölçənlər geniş
yayılmıdır.
Vixroakustik çevricilər. (Burulğanlı akustik çevricilər)
Virxoakustik çevricilər mayelərin həcmi sərfini ölçmək
üçün nəzərdə tutulmuşlar. Virxoakustik çevricilərin iş prinsipi
axan maye qarşısına qoyulmuş axımlı sipər arxasında baş verən
burulğanın (vixr) akustik yolla ölçülməsinə əsaslanır. Qeyd
etmək lazımdır ki, axımlı siper arxaasında burulğanın əmələ
gəlməsi axan mayenin sürətindən asılı olur. Vixroakustik
çevricinin sxemi şəkil 2.65-də göstərilmişdir.
Çevrici axma hissəsindən və elekron blokdan ibarətdir. Axma
hissəsində trapesiya kəsikli prizma siper qoyulmuşdur. Axma
hissəsinin gövdəsində PŞ pyezo şuntlayıcı, termo-verici və PQ
pyezo qəbuledici yerləşdirilmışdir. Elektron hissəsi isə
generatordan, dedektordan və filtirdən ibarətdir.
- 78 -
Şəkil 2.65. Vixroakustik sərfölçənin sxemi
Generatordan yüksək tezlikli gərginlik PŞ
pyezoşüalandırıcıya verilir və PŞ-da səstezlikli rəqslərə çvrilir.
Səstezlikli rəqslər axımından keçərkən vixrlərlə (burulğanlarla)
qarşılıqlıtəsirdə olaraq fazaca modulyasiya olurlar. Modullaşmış
rəqslər PQ pyezo qəbuledici tərəfindən qəbul edilir və gərginlik
şəklində dedektora ötürülür. Dedektorun çıxışında alınan
modulyasiya olunmuş siqnal tezliyinə və ampletudasına görə
burulğanın baş verməsi tezliyinə və intensivliyinə uyğun gəlir.
Qeyd edildiyi kimi , burulğanın baş vermə intensivliyi isə axan
mayenin sürətinə ,başqa sözlə axma hissəsindən axan mayenin
miqdarına uyğun gəlir. Bu isə sərf ölçüsü kimigötürülə bilər.
Filtlrin vəzifəsi alınan siqnalın kənar küylərdə qorunmasıdır.
Çıxışda alınan siqnal temperaturdan asılıdır. Bu səbəbdən də
çıxış siqnalı temperatura görə korreksiya edilir.
Vixrli şevricilər (Burulğanlı çevricilər)
Bu çevricilər qazların həcmi sərfini ölçmək üçün
nəzərdə tutulur. Bu üsulla sərfin ölçülməsi axma hissəsində
qoyulmuş sipər cisminin arxa hissəsində burulğanın yaranma
tezliyinin müəyyən edilməsi yolu ilə axın sürətinin ölçülməsinə
əsaslanır. Burulğanın əmələ gəlmə tezliyi sipər arxasında
yerləşdirilmiş iki ədəd pyezo çevrici vasitəsi ilə müəyyən edilir.
Bu pyezo çevricilərin vəzifəsi sipər arxasında pulsasiy edən
əzyiq haqqında siqnalı yarat-maqdan ibarətdir. Şəkil2.66-da
vixrli çevricinin sxemi göstərilmişdir.
- 79 -
Şəkil 2.66. Vixrli sərfölçənin sxemi
Verici konstruktiv olaraq axma gövdəsindən və elektron
hissədən ibarətdir. Axma hissəsinin girişinə 1axarlı sipəri
yerləşdirilmişdir. Hava axını istiqamətində onun arxasında iki
ədəd 2 pyezoelektriki çevricilər qarşılıqlısimmetrik olaraq
yerləçdirilmişdir. Qaz axarkən sipər cisminin arxasında
burulğan əmələ gəlir. Burulğanın təzyiqli və təzyiqsiz hissələri
müəyyən bir təzyiqlə bir- birini əvəz edir. Q eyd edək ki,
təzyiqin bu dəyişmə tezliyi yüksək dəqiqliklə qazın axma
sürətinə uyğun gəlir. Pulsasiya edən təzyiq haqqında
informasiya 2 pyezoelektriki çevrici vasitəsi ilə müəyyən
tezlikli elektrik rəqsləri şəklində elektron bloka daxil olur.
Elektron blokda bu informasiya qazın sərfinə çevrilir. Qeyd
etmək lazımdır ki, sipər cisminin qarşısında tenzometrik 3 izafi
təzyiq çevricisi yerləşdirilmışdir ki, bununda vəzifəsi boruda
olan izafi təzyiqi elektrik siqnalına çevirməkdən ibarətdir və
elektron blokda sərfin qiymətləndirilməsində bu informasiyadan
istifadə edilir. 4 müqavimət termoçevricisi isə sipər cisminin
daxilində yerləşdirilmişdir. Bundanda alınan siqnal sərfin
qiymətləndirilməsi üçün istifasdə olunur.
Dəyişən təzyiqlər düçgüsü üsulu
Qazlarda və mayelərdə təzyiqin ölçülməsini dəyişən
təzyiqlər düşgüsü üsulu AİS-lərində daha geniş tətbiq edilənidir
- 80 -
və bu üsul ən çox tədqiq edilmiş üsuldur. Bu üsulla sərfin
ölçülməsi zamanı sərf ölçülən boru çəmərindətəzyiq düşgüsü
yaratmaq üçün daraldıcı quruluşlardan – diafraqma saplo və
saplo borusundan istifadə edilir (Şəkil 2.67.).
Şəkil 2.67. Dəyişən təzyiqlər üsulu ilə sərfin ölçülməsi sxemi
Diafraqma nazik disklər olub , Boru xəttində elə yerləşdirilir
ki, onun deşikləri en kəsiyin daxili konturuna simmetrik olsun.
Axının daralması diofraqmaya qədər başlayır. Maye
diofraqmadan keçəndən bir qədər sonra da daralmada davam
edir, bu axının inersiya qüvvəsinin hesabına baş verir. Müəyyən
qədər sonra daralma minimal qiymətini alır və dərhal
genişlənərək borunun tam kəsiyini tutur. Belə axma zamanı
diofraqmanın qarşısında və ondan sonra burulğanlı axma baş
verir. Şəkildən göründüyü kimi :
ı-ı kəsiyi axında daralmadan əvvəlki forma; ıı-ıı kəsiyin axında
maksimal daralma.
ı-ı kəsiyindən ıı-ıı kəsiyinə qədər təzyiq P
1
-dən P
2
-yə qədər
dəyişir və ıı-ıı kəsiyində təzyiq minimal qiymət alır və sərf bu
- 81 -
təzyiqlər fərqinə uyğun dəyişir. Lakin sərfin dəyişməsi ilə
təzyiqin dəyişməsi bir- biri ilə qeyri xətti asılılqla əlaqələnir.
Q=k*(P
1
-P
2
)
1/2
Burada, k-borunun en kəsiyindən, mayenin özülülüyündən və
səthin kələ-kötürlüyündən asılı olan əmsaldır; P
i
- sürtünmədən
və burulmadan yaranan təzyiq düşgüsünü göstərir.
Təzyiqlər düşgüsü difmanometr vasitəsi ilə ölçülür. Sərfi
ölçmək üçün difmanometrin qoşulma sxemi şəkil 2.68-də
göstərilmişdir.
Şəkil 2.68. Difmanometrin qoşulma sxemi
Burada, D-diafraqma; B-birləşmə boru parçaları; DM-
difmanometrdir.
2.18. Səviyyənin ölçülməsinin üsul və cihaları
Mayelərin və qaz-buxar qarışığının səviyyəsinin ölçülməsi
üçün onların müxtəlif elektiriki xassələrindən istifadə edilir.
Burada elektriki xassələri dedikdə maddələrin elektrik
keçiriciliyi və dielektrik nüfuzluluğu nəzərdə tutulur. Mayelərin
səviyyələrinin ölçülməsinin bir neçə üsulunu nəzərdən keçirək.
1. Konduktometriya üsulu ilə səviyyənin ölçülməsi ;
- 82 -
Bu üsulla səviyyənin ölçulməsi 1-ci çevricidə səviyyədən asılı
olan müqavimətin ölçülməsinə əsaslanır. Ölçmə zamanı
səviyyəsi ölçüləcək qabdakı maye içərisinə iki ədəd metal
çubuq elektrodlar buraxılır. Bu çubuq elektrodlar arasındakı
müqaviməti ölçməklə səviyyənin qiyməti müəyyən olunur. Necə
ki, hava dielektrikdir, mayenin səviyyəsi qalxdıqca elektrodlar
arasındakı mühitin müqaviməti uyğun olaraq azalır. Şəkildə bu
üsulun sxemi göstərilmişdir
Şəkil 2.16 . Konduktometriya üsulu ilə səviyyənin
ölçülməsinin sxemi
2.Tutum üsulu ilə səviyyənin ölçülməsi:
Tutum üsulu ilə səviyyənin ölçülməsi səviyyəsi ölçüləcək
mühitin səviyyəsindən asılı olaraq 1-ci çevricidə tutumun
dəyişməsinin ölçülməsinə əsaslanır.Mayenin səviyyəsinin
qalxması ilə səviyyəsi ölçüləcək maddə , kondensatorun
köynəkləri arasına daxil olur və təbii ki, kondensatorun tutumu
dəyişir . Səviyyədən asılı olaraq tutum mütənasib dəyişir.
3.Radiodalğalı səviyyə ölçənlər:
Bu növ səviyyəölçənlər səviyyəsi ölçüləcək maye və ya dənəvər
maddələri radiodalğalarla şüalandıraraq onların səviyyəsini ya
- 83 -
ölçür ya da siqnallayır. Əks olunan şüaları emal edərkən
vericidən səthə qədər olan L məsafəsinə mütənasib siqnal ayrıla
bilir və beləliklə səviyyə ölçülə bilir. Radiodalğalı
səviyyəölçənin sxemi şəkil 19-da göstərilmişdir.
Şəkil2.17. Radiodalğalı səviyyəölçənin sxemi şəki
2.19. Elektriki kəmiyyətlərin ölçülməsi. Elektrik ölçmə
cihazları sistemi
Elektrik ölçü cihazları bölünürlər:
a) Bilavasitə ölçən cihazlar
b) Dolayı ölçən cihazlar – ölçülən kəmiyyətin qiymətini
qabaqcadan məlum kəmiyyətin qiyməti ilə müqai-
sə etdikdən sonra müəyyən etmək mümkün olur.
Xarakterinə görə ölçmə stasionar və daşınan ola bilirlər.
Bilavasitə ölçən cihazlar ölçülən elektrik kəmiyyətini
bilavasitə cihazın göstərişinə çevirirlər, başqa sözlə ölçülən
kəmiyyətin əks etdirilməsi üçün ölçülən kəmiyyətin
L
- 84 -
enerjisindən istifadə olunur. Məsələn: Əqrəbin şkala boyunca
hərəkəti üçün bu cihazlarda elektriki kəmiyyətlər-
in ölçülməsi müxtəlif prinsiplərdən istifadə olunur. Bu ölçü
cihazının hansı sistemə aid olmasından asılıdır.
Cihazın hansı sistemə aid olmasını onun çkalasındakı şərti
işarəsindən bilmək olar. Elektriki ölçən cihazların 4 sistemi
mövcddur:
1) Maqnitelektriki sistem – cihazın şkalasında
simvolu göstərilir.
2) Elektromaqnit sistem – cihazın şkalasında
simvolu göstərilir.
3) Elektrodinamiki sistem – cihazın şkalasında
simvolu göstərilir.
4) İnduksion sistem.
Elektrik ölçü cihaz larının şkalasında həmçinin, cədvəl 7.1-də
verilmiş digər işarələr göstərilə bilər.
- 85 -
Cədvəl 2.2-Elektirik ölçü cihazlarının şkalalarındakı içarələr
2.20. Maqnitelektrik sistemli cihazlar
Maqnitelektrik sistemli cihazlarda maqnit və hərəkətli
sistemləri asanlıqla ayırmaq olar (şəkil 2.17.). Maqnit maqnit
sisemi nala bənzər 1 maqnitdən, 2 qütb ucluqlarından və
hərəkətli sistem 3 silindirik içlikdən ibarətdir. İçliklə qütb
ucluqları arasında bərabər paylanmış araboşluğu vardır. Bu
araboşluğunda içliklə eynioxlu 4 ramkası yerləşdirilmişdir.
- 86 -
Şəkil 2.18. Maqnitelektrik sistemli cihazların sxemi
Ramkanın fırlqanmasının qarşısını almaq üçün xüsusi
yaydan istifadə edilir. Ramkadan axan cərəyanla maq-
nit uclarındakı (2) sabit maqnitin qarşılıqlı təsiri nəticəsində
ramkanı fırladan burucu moment yaranır hansı ki,yayın əks
momenti ilə tarazlaşır. Ramkaya təsir göstərən burucu moment
olur,
M
br
= WBLİd = C
1
İ
Burada, B-sabit maqnitin induksiyası, L və d – ramkanın
uzunluğu və enidir, C
1
= WBLd əmsaldır. Baxılan cihaz üçün
W,B,L,d dəyişməz olduğu üçün C
1
sabit əmsaldır. Başqa sözlə
4
3
2
1
- 87 -
ramkanın burucu momenti yalnız cərəyandan asılı olaraq dəyişə
bilər. Yayın yaratdığı əks burucu moment
M
yay
=C
2
α
Burada C
2
-yayın sərtliyindən asılı olan əmsal, α – isə dönmə
bucağıdır. M
br
= M
yay
olduğundan
C
1
İ = C
2
α
α = (C
1
/C
2
)İ
Beləliklə ramkanın dönmə bucağı ondan axan cərəyanla
mütənasibdir. Ramkanın dönmə bucağı ramkaya bərkidilmiş
əqrəbdən görünür. Əqrəbli ampermetrlər və voltmetrlər bu
prinsiplə işləyir və şkalaları uyğun olaraq cərəyan şiddəti və
gərginlik vahidlərinə görə qradirovka olunur.
2.21. Elekromaqnit sistemli cihazlar
Belə cihazların iş prinsipi metal içliyin İ cərəyanlı 1 ramkası
tərəfindən çəkilməsinə əsaslanır (şəkil 2.18). Yandan baxışdan
görünür ki, ramka kvadrat, dairəvi və ya göründüyü kimi oval
formasında ola bilər. İçlik əqrəbə bərkidilmiş ox ətrafında
fırlanır. Əqrəbdə içliklə fırlanaraq şkalada dönmə bucağını
göstərir. İçliyə təsir göstərən burucu moment
M
br
= C
1
İ
2
Burada , C
1
-sabit əmsaldır. Yayın əks burucu moment isə
M
yay
= C
2
α
Tarazlıq halı üçün M
br
= M
yay
olduğundan
α= (C
2
/C
1
)İ
2
- 88 -
Şəkil 2.19. Elekromaqnit sistemli cihazların sxemi
Göründüyü kimi içliyin dönmə bucağı cərəyan şiddətinin
kvadratı ilə mütənasibdir.
2.22. Elektrodinamiki sistemli cihazlar
Konstruktiv olaraq bu cihzlar iki dolaqdan ibarət olur:
- Hərəkətsiz 1 dolağı, ondan İ
1
cərəyanı axır və konstruktiv
olaraq bu dolaq iki hissədən (şəkil 2.19.) ola bilər (iki dolaq
kimi);
- Hərəkətli dolaq 2, bu dolaq hərəkətsiz 1 dolağınım
işərisində yerləşir və ondan İ
2
cərəyanı axır.
а)
б)
- 89 -
Şəkil 2.20. Elektrodinamiki sistemli cihazlar
Dolaqlardan İ
1
və İ
2
cərəyanları axdıqda onlardan yaranan
maqnit sahələri qarşılıqlı təsirdə olaraq burucu moment yaradır.
M
br
= C
1
İ
1
İ
2
C
1
- sabit əmsal olub, cihazın konstruksiyasından asılıdır. Burucu
momentə spiral formalı yay əks təsir göstərir.
Bu cihazlar gərginliyi, cərəyanı və gücü istifadə etmək üçün
istifadə olunur.
2.23. Giriş qurğularının əsas qoşulma sxemləri
Giriş komutasiya qurğularının elekteoavtomatik sistemlərinə
qoşulma variantları müxtəlif ola bilər ( Şəkil 2.20.) giriş
komutasiya qurğularının elektroavtomatika sxemlərinə qoşulma
variantları və növləri verilmişdir.
- 90 -
s komutasiya
qurgusu
?
?z
? qosulma
Invers qosulma
Şəkil 2.21. Giriş qurğularının əsas qoşulma variantları
Qoşulmalar növünə görə olurlar:
- düzünə qoşulma
- inver qoşulma
Düzünə qoşulma zamanı giriş qurğusuna təsir göstərdikdə
(məsələn, düymə operator tərəfindən basıldıqda və ya son açar
hərəkətli qovşaq tərəfindən basıldıqda ) AİS-nə məntiqi “1”
verilir.
- 91 -
İnvers qoşulma zamanı zamanı isə giriş qurğusuna eyni təsir
olduqda AİS-nə məntiqi “0” verir.
Giriş komutasiya qurğuları özləri kontaktlı və kontaktsız
olurlar . Kontaktlı və kontaktsız giriş qurğuları AİS-nə aşağıdakı
variantlarda qoşula bilər.
1. Kontaktlı giriş qurğusunun rele – kontaktor sxemi ilə
qoşulması .
Belə qoşulmanın realizasiyası açılan və bağlanan kontaktların
ardıcıl və paralel qoşulması ilə yerinə yetirilir (Şəkil 2.21.).
SB(a) SQ(a)
SQ(b)
Şəkil 2.22. Rele-kontaktor sxemi ilə qoşulma
2. Kontaktlı giriş qurğusunun kontaksız məntiqi sxem
(MS) vasitəsi ilə qoşulması.
Rezistor sxemləri ilə mümkün ola bilər. Rezistor sxemləri
vasitəsi ilə düz qoşulmanı (Şəkil 21a) və invers qoşulmanı (Şəkil
21b) əldə etmək mümkün olur.
- 92 -
R2
R1
- Uï
SQ
ÁËÑ
+ Uï
R1
SQ
ÁËÑ
+ Uï
a) b)
Şəkil 2.23. Kontaksız məntiqi sxemlə qoşulma
3. Kontaktsız giriş qurğularının rele – kontaktor sxemi
(RKS)-ilə qoşulması zamanı adətən aralıq elektromaqnit
relelərdən istifadə olunur.
4. Kontaktsız giriş qurğularının kontaktsız məntiqi sxemlər
(MS) vasitəsi ilə qoşulması zamanı adətən ayrıcı sxemlərdən
istifadə edilir. Məsələn: ayrıcı transformatorlar , ayrıcı optron
cütü (optokupler).
- 93 -
3. Avtomatlaşdırma sisteminin çıxış və icra qurğuları
Çıxış və icra qurğuları avtomatlaşdırmanın elə qurğular
toplusudur ki, onların vasitəsi ilə idarəetmə siqnal və əmrləri
idarəetmə obyektinin tənzimləmə orqanlarına ötürülür. Çıxış
və icra qurğuları özlərinin göstərilən əsas funksiyalarından
başqa aşağıdakı əlavə funksiyaları da yerinə yetirə bilər:
- siqnalların gücləndirilməsi (gücləndirici funksiyası);
- informasiya daşıyan siqnalların çevrilməsi (enerjinin
növunə görə, cərəyanın növünə görə, tezliyə görə v.s);
- İS-nin küylərdən qorunmasının təmin edilməsi
(küylərin filtirlənməsi , İS-nin və İO-nin qalvonik ayrılması ) ;
- Qulluq edən personalın təhlükəsizliyinin təmini bəzi
çıxış qurğularını nəzərdən keçirək.
-
İcra qurğularıaralıq bir çevrici olub, icra mexanizmi və icra
orqanı kimi iki qovşaqdan ibarətdir.
İcra mexanizmnin vəzifəsi işçi orqan vasitəsi ilə idarəetmə
obyektinə təsir göstərərək onun işləməsini təmin etməkdən
ibarətdir.
Çıxışda idarəedici təsirin növünə görə icra mexanizmləri
gücvə parametrik kimi iki növə bölünürlər. Əgər icra
mexanizmi icra orqanına qüvvə və ya mament formasında
- 94 -
təsir göstərirsə, bu cür icra mexanizmləri güc icra
mexanizmləri adlanır. Əgər icra orqaninin vəziyyətinin
dəyişməsi icra mexanizminin parametrinin (müqavimət,
maqnit seli, temperatur, sürət və s.) dəyişməsi nəticəsində
yaranırsa belə icra mexanizmlərinə parametrik icra
mexanizmləri deyilir.
İcra orqanının vəzifəsi bilavasitə idarəetmə obyektinə
verilən enerji və ya maddə miqdarını dəyişərək obyektin
işinin gedişini təmin etməkdən ibarətdir.
3.1.Kontaktorlar və maqnitburaxıcıları
Kontaktorlar güc dövrələrinin komutasiyası üçün nəzərdə
tutulur. Güc dövrələri dedikdə elektrik mühərriklərinin ,
tramsformatorların , qızdırıcıların və.s dövrələr başa düşülür.
Kontaktorlar əsasən güclü kontaktorlara malik olmaqla
yanaşı qığılcım söndürmə sistemi ilə və əlavə blok kontaktlarla
təchiz olunurlar. Komutasiya olunan cərəyanın növünə görə
kontaktorlar sabit cərəyan və dəyişən cərəyan kontaktorlarına
bölünürlər. Adətən komutasiya olunan cərəyanın növü
kontaktorun elektromaqnitinin
cərəyanın növü ilə eyni olur. Lakin digər hallar da ola bilər,
məsələn, dəyişən cərəyan konaktorların dolaqları sabit cərəyanla
qidalanırlar. Sabit cərəyan kontaktorunun sxemi şəkil 3.1 –də
göstərilmişdir.
- 95 -
Şəkil 3.1 Sabit cərəyan kontaktorunun sxemi
Kontaktorun kontakt qovşağı hərəkətsiz 1 və hərəkətli 3
kontakt qrupundan ibarətdir. 3 kontaktı 4 qoluna şarnir şəkilli
(oynaqlı) bərkidilmişdir. 4 qolu öz növbəsində 6 lövbəri ilə
əlaqəlidir, yəni 5 yayı vasitəsi ilə 4 qolu 6 lövbərinə sıxılır.
Hərəkətli 3 kontaktına cərəyan 10 çevik mis lenti vasitəsi ilə
verilir. Kontaktorun elektromaqniti 8 içliyindən ,9 dolağından və
7 qaytarıcı yaydan ibarətdir. Kontaktorun kontakt hissəsi 2 qövs
söndürmə sistemi ilə təchiz edilmişdir.
Asinxron elektrik mühərriklərini idarəetmək üçün istifadə
olunan kontaktorlar maqnitburaxıcıları adlanır. Bəzi hallarda
maqnitburaxıcıları dəst şəkilində buraxılır və dəstə kontaktordan
əlavə düymələr pultu, cərəyan və istilik qoruyucuları daxil edilir.
- 96 -
Sabit cərəyan mühərrikləri
Sabit cərəyan mühərrikləri sabit cərəyan enerjisini
fırlanma mexaniki enerjisinə çevirən bir mühərrikdir .
Sabit cərəyan mühərrikinin quruluşu
Sabit cərəyan mühərriklərinin ümumi görünüşü şəkilxx.-
də göstərilmişdir.
Sabit cərəyan mühərriklərinin fırlanan hissəsi lövbər və ya
lövbər dolağı adlanır, tərpənməz hissəsi gövdə adlanır və onun
üzərində ya sabit maqnut, ya da təsirlənmə dolağı yerləşdirilir.
Lövbər dolaqları qida mənbəyi ilə kollektor vasitəsi ilə
əlaqələndirilir.
Şəkilxx.Sabit cərəyn mühərrikinin ümumi görünüşü
Dostları ilə paylaş: |