Sizcə, ölkəmizdə təklif etdiyiniz xid-
mətlərdən istifadənin dinamikası necə
dəyişir?
Ə.R.:
İnsanlarımız sağlamlıqlarına daha
çox diqqət yetirməyə başlayıblar. Şübhəsiz
ki, bu, ölkədə səhiyyə sektorunun inkişafı,
həmçinin vətəndaşlarımızın maddi durum-
larının ildən-ilə yaxşılaşması ilə bağlıdır.
Artıq göstərilən tibbi xidmətin keyfiyyəti və
təklif olunan xidmətlərin müxtəlifliyi rəqa-
bət predmetinə çevrilib. Bu baxımdan fəaliy-
yətimizin dinamikasında yüksəliş trendi mü-
şahidə edirik. Nəzərinizə çatdırmaq istərdim
ki, rəhbərlik etdiyim şirkət həm də evdə tibbi
xidmətin təşkili ilə məşğuldur. Yəni tibbi xid-
mətlər üçün artıq yolda və növbədə saatlar-
la vaxt itirməyə, məsafə qət etməyə ehtiyac
yoxdur. Hər biriniz uyğun məkanda – evdə
və işdə müvafiq tibbi xidmətdən yararlana
bilərsiniz. Bunun üçün uyğun tibbi personal
və müvafiq portativ tibbi cihazlarımız var.
Dostları ilə paylaş: |