Jurnalımızın növbəti buraxılışı səhiyyə


EcoVision ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə



Yüklə 13,49 Mb.
Pdf görüntüsü
səhifə44/91
tarix02.01.2022
ölçüsü13,49 Mb.
#1002
1   ...   40   41   42   43   44   45   46   47   ...   91
EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


İş adamları stresin 

qarşısını necə ala bilərlər

“MediStyle Hospital”ın  Psixonevroloji Mərkəzinin 

psixoloqu Günel Aslanova:

Müasir həyatda, demək olar ki, hər bir 

insan streslə üzləşir. Çünki müasir insanın 

həyatının, demək olar,  hər sahəsi planlı-

dır və rəqabət əsasında təşkil olunub. Gö-

rüş vaxtına sayılı dəqiqələr qaldığı halda 

kimsə  tıxacda  olursa  sevinə,  ya  da  ayın 

sonundakı gəlirinin növbəti aya aid  ehti-

yaclarını  qarşılamayacağını  bildiyi  halda 

xoşbəxt ola bilmir. 

Həyat  əvvəlkindən  daha  sürətli,  daha 

rəqabətlidir.  Bədən  və  psixikamız  isə  bu 

sürət və rəqabətə uyğunlaşa bilmir. Stress 

bir  çox  dəyişikliklərə  səbəb  olur.  Stress 

özü xəstəlik olmasa da, əksər xəstəliklər 

çox  asanlıqla  stress  nəticəsində  inkişaf 

edir. Bunun necə baş verdiyi, yəqin ki, ma-

raqlıdır.  İmmunitet sisteminiz zəifləyir. 

Asılılıq  problemi  olan  insanlarda 

məsələ daha mürəkkəbdir. Onlar alkoqol, 

siqaret,  saqqız  və  digər  sağlamlıq  üçün 

nəinki faydasız, həm də təhlükəli olan va-

sitələrdən  istifadə  edirlər.  Səbəb  nədir? 

Təbii ki, gərginliyi azaltmaq.

Aramızda  streslə  üz-üzə  qalmayan 

kimsənin  olmadığını  bilirik.  İş  adamları 

üçün isə məsələ daha fərqlidir. Onlar üçün 

stresli həyat iki dəfə daha artıq zəmanət-

lidir.  Təyin  olunmuş  görüş,  sürət,  gecik-

mək, tıxac, gözləmək... Bu sözlərin oxunu-

şu belə stresi təkrar yaşadır. 

İş  adamları  üçün  iş  yalnız  önəmli  ol-

maqla,  maddi  qazanc  olmaqla  bitmir,  iş 

həm də məqsəddir, mənadır, həyat tərzi-

dir,  özünəhörmətdir,  potensialdan  doğru 

istifadə etməkdir. İş stresi və tükənmə isə 

iş adamı üçün sadalananlardan uzaq düş-

mək, bu yolda risk deməkdir. 

İş stresi işin insan üzərində təzyiqidir. 

Bu, həm işləyən, həm müəssisə üçün ciddi 

problemlərə səbəb olur. Hər cür dəyişik-

lik  çətinliyə  səbəb  olur,  çətinlik  isə  onu 

aradan qaldırmaq cəhdini doğurur. Bəzən 

insan  bu  istiqamətdə  işləri  çatdırma-

yacağını  düşündüyündən  dolayı  məyus 

olur, səhvlər artır, yaxın ətrafı da bundan 

təsirlənir, enerji sərfiyyatı çoxalır, iş per-

formansı  zəifləyir,  sağlamlıq  problemləri 

yaranır və məhsuldarlığı azalır.

Lakin stresdən qaçmaq mümkün deyil-

sə də, onun mənfi nəticələrindən qaçmaq 

və öz sağlamlığını qorumaq mümkündür.

42

say 25 | 




Yüklə 13,49 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin