məsləhət
İş adamları bu istiqamətdə nə edə
bilərlər? Öncə aşağıdakı sualları cavabla-
mağa çalışın.
Təbiətlə vəhdətdən xoşlanan, hər şeyin
puldan ibarət olmadığını düşünən, kiçik
hadisələrdən sevinməyi, xoşbəxt olmağı
bacaran birisiniz? Ya mükəmməlliyyətçi,
rəqabətə daxilən meyilli, səbirsiz, həyatın,
təbiətin gözəlliklərinə laqeyd birisiniz?
Birinci qrupa aidsinizsə, siz artıq stresi
bir fürsət olaraq dəyərləndirə və ondan
özünüzü inkişaf etdirmək vasitəsi olaraq
istifadə edə bilirsiniz.
Bu qrupa aidsinizsə, demək ki, streslə
əlaqəli narahatlıqları, uğursuzluqları şəx-
siyyətiniz üçün utanc olaraq görürsünüz,
bu halda depressiv, ümidsiz düşüncələri-
niz, özünüzə və ətrafa aqressiyanız da qa-
çılmazdır.
Əvvəla, rəqabətə niyə bu qədər meyilli
olmağınızın səbəblərini təhlil edib, həmin
səbəbləri obyektiv şəkildə həll etməyə çalı-
şın. Həyatın çətinlikləri üzərinə iş stresini də
əlavə etməyiniz sizi tamamilə tükədə bilər.
Həm də stresdən qorunmaq üçün dü-
şüncələrimizi dəyişmək önəmlidir. Stres
doğuran hadisəni özünüz üçün təhlükə
olaraq gördüyünüz, onun sizə zərərli ola-
cağını düşündüyünüz hallarda stress şid-
dətlənir.
Diqqət edin ki, stress doğuran hadisə-
nin öhdəsindən gələcəyinizi düşünməyi-
niz əminlik hissi yaradaraq məhsuldarlı-
ğınızı daha da artırar.
Birinci halda situasiya sizi təhdid edir,
ikinci halda isə siz situasiyaya meydan
oxuyursunuz. “Təhdid olunuram” düşün-
cəsini “meydan oxuyuram” düşüncəsi ilə
əvəz edin!
Həmçinin stresin fəsadlarını yaşama-
maq üçün zərurət olduğu hallarda “yox”
deməyi bacarın, günün müəyyən sabit
saatlarında fasilə götürün, ailənizə, özü-
nüzə, sevdiklərinizə zaman ayırın, tətil
edin, idmanla, hobbilərinizlə məşğul
olun.
Özünədəstək fayda vermirsə, təcili
mütəxəssisə müraciət etməyiniz gərəkdir.
2010-cu ildən etibarən Bakı Dövlət Uni-
versiteti, psixologiya fənni üzrə müəllim
2011-2013-cü illər Azərbaycan Univer-
siteti, psixologiya fənni üzrə müəllim
2012-2014-cü illər Turizm İnstitutu,
psixologiya fənni üzrə müəllim
2013-cü ildən “MediStyle” Psixonevro-
loji Mərkəzi, psixoloq
2000-2004-cü illər Azərbaycan Dövlət
Pedaqoji Universiteti Psixologiya fakültəsi,
bakalavr
2008-2010-cu illər Bakı Dövlət Univer-
siteti, psixologiya üzrə magistr
2011-2014-cü illər Bakı Dövlət Univer-
siteti, psixologiya üzrə doktorant
2010-2013-cü illərdə Uşaq və Gənclərin
Sosial Reabilitasiya Mərkəzi, Psixologiya
və Konsultasiya Mərkəzi, Sosial və Psixoloji
Tədqiqatlar Mərkəzi, “MemoriaCenter”də
psixoloq kimi fəaliyyət göstərmişdir.
Ekspert-təlimçi qismində bir sıra dövlət
və özəl müəssisələrlə (Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Döv-
lət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Ko-
missiyası, UNICEF) əməkdaşlıq çərçivəsin-
də müxtəlif tədqiqat və layihələrdə iştirak
etmişdir. On bir elmi məqalənin müəllifidir.
43
say 25 |
Dostları ilə paylaş: