Bu il fəaliyyətə başlayan “Implan-
tArt” Dental Klinikası hansı zərurət-
dən yarandı?
İ.M.:
Klinikamızın açılması hazırkı
dövrdə müasir tələbatları nəzərə alaraq
və peşəkar mütəxəssislərin komanda
işinə ehtiyacından yaranan zərurətdən
qaynaqlanır. Müasir avadanlıq və mate-
riallardan istifadə günün əsas tələbidir.
Amma sözsüz ki, yalnız müasir avadan-
lıqlarla mükəmməl nəticələr əldə etmək
mümkün deyil. Tibbin və xüsusən də
stomatologiyanın inkişafı dövrümüz-
də çox sürətlidir. Bu sürətin izlənilmə-
si üçün mütləq şəkildə inkişaf etmiş
ölkələrdə təhsil almaq, beynəlxalq kon-
franslara qoşulmaq və xarici məqalə
və elmi məlumatların izlənilməsi çox
vacibdir. Təəssüf ki, cəmiyyətimizdə bu
cür həkimlərin sayı çox deyil. Klinika-
mızın həkimləri xaricdə təhsil və elmi
dərəcə almış, öz elmi fəaliyyətlərini
daim inkişaf etdirən mütəxəssislərdir.
Həkimlərin bir sahə üzrə ixtisaslaşması
həmin sahə üzrə daha peşəkar xidməti
təmin edir. Bu səbəbdən peşəkar ko-
mandanın işinin nəticəsi daha zəmanət-
li və uzunömürlü olur.
Dostları ilə paylaş: