Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


Yeni yazanlar nƏyi bilmƏlidir



Yüklə 1,48 Mb.
səhifə32/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   28   29   30   31   32   33   34   35   ...   75

Yeni yazanlar nƏyi bilmƏlidir

Axır vaxtlar idarəmizə yeniyetmələr məhsulu olaraq bir çox hekayələr və şerlər gəlir. Yeni nəslin geniş kütləsində ədəbiy­yata qarşı oyanan maraq diqqət və sevgiləndirməyə layiqdir. Biz yeniyetmələrin əsərlərini ciddiyətlə oxuyur və bir çoxlarına bilavasitə göstəriş veririz. Bu­nunla kifayətlənməyərək ara-sıra məqalələrlə məsləhət və tövsiyələrimizi bildirmək icab edə­cək…

Gənclərin yazılarında başlıca nöqsanlar nədən ibarətdir?

Hər şeydən əvvəl, bizcə, savada riayət etmək lazımdır. Sa­vad­sız yazıçı ola bilməz! Yazıçının ilk vəzifəsi dilin qanunlarını qrammer vasitəsilə öyrənib, ədəbi dili mənimsə­mək­dir. Hal­bu­ki bir çoxları buna əhəmiyyət verməyir. İsmi-xasları xırda hərf­lə yazırlar, -da, -də, kı, ki nə vaxt ayrı, nə vaxt biryerdə yazıl­dığına əhəmiyyət vermə­yirlər, ahəng qanunu nəzərə alın­ma­yır, cümlə düzgün qurulmayır... və ilaxir və i.a.

Gənc yazıçılarımızın böyük qüsurlarından birisi budur. Bu qüsuru yox etmək çətin deyil, ancaq zəhmətə qatlaşıb, mək­təblər üçün yazılmış sərf-nəhv kitablarını diqqətlə tədqiq etmə­lidir.

İmla savadsızlığından başqa, texnika savadsızlığı da gözə çarpır, yazı maraqlısı məqa­ləni oçerkdən, oçerki hekayədən ayıra bilməyir. Bunların xüsusiyyətini, quruluşunu, texni­kasını mənimsəyə bilmə­yirlər. Bəzi gənclərin az oxuduğu, az mütaliə etdiyi bəlli olur. Bu sahədə gənclərə kömək etmək məqsədilə yaxşı parçalarını qəzetə­mizdə çap edəcəyiz. Hekayə və şer texnikasına dair məqalələr nəşr edəcəyiz. Lakin yazıçılığa hə­vəslənən bununla iktifa etməməlidir. Qrammerdən sonra poe­tika ilə məşğul olmalıdır.

Yazıçı ruh injeneri olduğu üçün üzərinə düşəcək böyük və­zifəni bilməlidir. Böyük vəzifə daşıyanın böyük hazırlığı olmalı­dır, müəy­yən dünyagörüşünə malik olmalıdır. Marks-Engels-Lenin və Stalin nəzəriyyəsini incədən-incəyə öyrənməlidir. Bu sahədə də gənclər az çalışırlar.

Deməli, yazıçılığa başlamadan əvvəl yazı maraqlısı öz üzə­rində ətraflı olaraq çalışma­lı­dır. Hər bir sahədə savadsızlıq ləğv olun­malıdır. Yalnız bilgi ilə silahlanmış bir adam yazıçılığa başlaya bilər.

Yazıçını həqiqi yazıçı edən qüvvələrdən biri də müşa­hidə­dir. Görücü bir gözə malik olmayan yazıçı ola bilməz.

Burada da qüsurların çoxu məlumatsızlıqdan irəli gəlir. Gö­tü­­rülən mövzu ətraflı öyrənilməyir. Bir məsələ ətraflı öyrənil­məsə, necə yazıla bilər? Böyük yazıçıların tərcümeyi-halı onla­rın bir alim kibi çalışmalarını göstərir. Maksim Qorki, Tolstoylar – Aleksey və Lev, Zola, Anatol Frans, Balzak və başqaları bizə örnək olmalıdır. Puşkin “Boris Qodunov” üçün tarixi təd­qiq edir, Puqaçov tarixini öy­rənmək üçün Orenburqa qədər səyahət edir, Dosto­yevski xəstə tipləri təsvir etmək üçün tibbi kitablar oxuyur, Lev Tolstoy “Mü­ha­ribə və sülh” adlı romanını yazmadan əvvəl Napoleon dövrünü öyrənir, Anatol Frans tarix və incəsənəti bir alim qədər bilir, Emil Zola arxivdə oturub, bir sıra fransız ailələrinin otuz illik tarixini tədqiq edir... Bu gün şura yazıçılarının bayrağını yüksəklərdə saxlayan Maksim Qor­ki heç bir məktəb görmədiyinə baxmayaraq, mütaliəsi sayəsində aləmşümul bir yazıçı deyilmi?..

Yazıçı alim və geniş məlumatlı adam olmalıdır. Məlumat ol­masa, yazıçı yüksələ bil­məz. Bizim bir çox köhnə şairlər təb­lə­rinin qüv­vətinə baxmayaraq, sönüb gedirlər. Bunun baş­lıca sə­bəbi onların məlumatsızlıqlarıdır. Yeni qaydalara alışa bil­məyib, köhnə dar çərçivədə boğulurlar.

Məsələ belə mühüm olduğu halda, bəzi gənclərin klassik yazı­çı­lardan heç də xəbərləri yoxdur. Dünya klassikləri kənar­da dursun, bizdə yazılan əsərlərin belə çoxunu oxumamışlar. Tənbəllik və xüd­pəsəndliklə irəli getmək olmaz, yazıçı həmişə mütaliə etməlidir. Türk dilində çox əsər olmadığı üçün ruscanı öyrənib, rus dilində oxu­malıdır.

Unutmamalıdır ki, yazıçılıq asan peşə deyil. Bəzi gənclər ilk ədəbi təcrübələrinin çap olunmasına çox can atırlar. Halbuki uzaq­görən adam bunu etməməlidir, çünki birinci müvəffə­qiy­yət­­sizlik oxucular arasında etibarsızlıq vücuda gətirir, irəlidə müəllif daha bir əsər də yazsa, bağışladığı ilk təsirin fəna izlə­rini silə bilməyir. Biləks, yaxşı bir əsərlə meydana çıxan yazıçı oxucular arasında möhkəm mövqe qazanır.

Məsələ tələsməkdə deyil, yaxşı əsər olsun, gec olsun.


Yazıçı


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin