TƏKRAR-TƏKRAR
Tarixi aprel qərarının üçüncü il dönümü... yazıçıya verilən böyük hüquq, geniş yaradıcılıq imkanı. Hüquq vəzifə ilə qarşılanar. Yeni həyatda, yeni quruluşda üzərimizdə məsul vəzifə olduğunu bir an, bir dəqiqə unutmayırıq. Bu ildönümlərini təkrar-təkrar bayram edəcəyik və əsrimizə layiq əsərlər yaratmaqla vəzifəmizi təkrar-təkrar yerinə yetirəcəyik. İşin əməli cəhətinə gəldikdə, deməliyəm ki, ədəbi konkursa bir əsər verdim. Bir ildən bəri yazacağım "Tərtər" adlı roman haqqında material toplayır və texniki məlumatımı artırıram. Payızda Tərtərə gəlib, işlərlə bilavasitə tanış olub, romanı yazmağa başlayacağam. İki-üç ildən bəri teatro texnikasını öyrənir və klassik dramaturqların əsərlərini oxuyuram. Şura gənclərinin həyatını göstərən bir pyes üçün liberetto hazırlamışam. Bir il sonra teatromuza verə biləcəm, zənnindəyəm.
Yusif Vəzir
Dostları ilə paylaş: |