K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə62/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   58   59   60   61   62   63   64   65   ...   79
Gəncliyin fəlsəfəsi

ġeir
 
Şeir yazmaq qüdrəti Allahdan verilən bir nemətdir. Bu, 
aşıb-daşan hisslərin yığcam, lakonik ifadəsidir. Üstəlik 
burada bir ritm, ahəng, sözlərin bir-biri ilə səsləşib, bir-birini 
tamamlaması da vacibdir. Şeirin bir gözəl funksiyası da var. 
Şeirdə sanki sözlər adilikdən çıxır, sirli-tilsimli bir məzmun 
alır. Nəsrlə deyə bilmədiklərini hətta qafiyəsiz belə «şeirlə» 
deyəndə, sanki daha rahat olursan. Sanki həm hisslərini gizli 
saxlayırsan, həm də onları aləmə car çəkirsən, həm susursan, 
həm də danışırsan. Sanki adi cümlə quruluşunu dəyişməklə, 


-192 -
cümləni daha pafosla deməklə çatdırmaq istədiyin hisslərin 
möhtəşəmliyini, gözəlliyini, ülviliyini də saxlamış olursan.
Bu deyilənlər əsl şeir haqqındadır – ruhdan qopan, səni 
səndən alıb, səni ilahi aləmə aparıb yenidən özünə qaytaran 
və «bacarırsan yenə əvvəlki adam ol görüm, necə olursan», – 
deyə meydan oxuyan duyğuların tərənnümçüsü olan şeir 
haqqında. Elə şeir yazmaq, ruhunla yerlə göy arasında 
çarpışmaq hər ruha qismət olan xoşbəxtlik deyil. İllər boyu 
qazandığın bir adətlə sözləri, ifadələri qafiyələrə salıb «şeir 
düzəltmək» də şairlik deyil. 
Bəzən də olur ki, ruh oxumaq istəyir, amma nə şair de-
yil, nə bəstəkar. Ən əsası da, istəyir ki, oxuduqları öz kön-
lündən qopsun. Onda başlayır bildiyi bütün gözəl ifadələri, 
sözləri yan-yana düzməyə və öz aləmində bundan gözəl 
şedevr tanımır. Həqiqətən də belədir. Çünki bu, onun ən ülvi 
bir duyğusu haqqında öz könlünün nəğməsidir! Lap bizim bu 
«şeirimiz» kimi: 
Çıxar ürəyindən ağrını ver mənə,
Yerinə könül dolu bir sevgi verim. 
 
Çıxar içindəki sıxıntıları, 
Üfüqlərə uzanan bir ümman verim. 
 
Ver nə varsa ürəyini incidən, 
Hər döyüntüsünə bir inci – nur verim. 
 
Ürəyin o dar qəfəsdə darıxır, 
Ürəyimdən ürəyinə gen yollar verim. 
Əlbəttə, bu «şairlik» bir anlıqdır və ona «bu, şeir de-
yil», – demək artıqdır.


- 193 -
Zəhər
 
Zəhər deyəndə ilk yada düşən həyatın, şirinliyin ziddi 
olan bir şey yada düşür. Bəzən acıya da zəhər deyilir, ağrılı-
problemli bir həyat da zəhərə bənzədilir; hər kəlməsində 
ürək qıranların dili də zəhərlə müqayisə edilir. Maraqlıdır, 
sözün düzünü çəkinmədən söyləyən də acıdil, zəhərdil ad-
lanır. Yəqin günah həqiqətin acı olmasındadır. Amma hə-
yatda elə zəhərlər də var ki, onlar barədə danışmağa dəyər. 
Zəhər var dərmandır. Onun adı zəhərdir, özü «şəkər»-
dir. Arı zəhəri, ilan zəhəri, əqrəb zəhəri, …insan zəhəri. Bu 
zəhərlər həm ağrıkəsici olur, həm zəhər zərərləşdirici. 
Həqiqəti söyləyən dillərin zəhəri də belədir. Hamı arıdan, 
ilandan, əqrəbdən, …həqiqəti deyəndən qorxur. Amma bu 
zəhərə ehtiyacı olan «xəstələr» var. Əslində, missiyasına 
uyğun olaraq bu dərmanların qiyməti də baha olmalıdır. 
Bəzən olur da. Amma necə də ağırdır: həm «zəhər» 
daşıyıcısı kimi qorxu mənbəyi olmaq, həm də səndən 
qorxub, səni məhv etməyə çalışanların dərdinə qalmaq, 
xilasına çalışmaq.
Zəhər var onu könüllü qəbul edirlər. Bunun adı «şə-
kər»dir, özü zəhər. Əslində, o da bir növ «dərman»dır – dər-
di, problemi unutduran bir vasitə. Nikotin, narkotik, alkoqol, 
…yalan kimi. Özünü cəmiyyətdə tapa bilməyən bu zəhərdə 
tapır. Özünü bir insan kimi təsdiq edə bilməyən bu zəhərlə 
təsdiqləyir. Özünün varlığını unutmaq istəyən bu zəhərlə 
unudur. Necə böyük bir yardım, necə «ali» missiya! Amma 


-194 -
necə də ağırdır: sənə inanıb, sənə pənah gətirənləri boş tüstü 
dumanları ilə, qarabasmalarla aldatmaq, onu yavaş-yavaş 
məhvə sürükləmək!
Zəhər var hamı onu tanıyır. Bir damcısı belə dəhşət 
gətirir. Onların müxtəlif kimyəvi adları var, amma yadda 
qalan bir addır – zəhər. Siçan zəhəri, həşərat zəhəri, Onlar 
vasitəsilə xoşagəlməz «ünsürlərdən» qurtulurlar. İnsafsızca 
yeməyə qatıb verirlər, o da yeyib məhv olur. Amma yeməyə 
qatmaq da şərt deyil, heç bir dəfəyə öldürmək də vacib deyil. 
Bu zəhəri oxuduğu kitaba da qatmaq olar, dinlədiyi musiqiyə 
də, aldığı təhsilə də, yaşadığı mühitə də. Onu damcı-damcı 
verəndə tədricən məhv olur. …Bəzən də məhv olmur, bu 
zəhərə o qədər alışır ki, ondan yeyib kökəlməyə başlayır. 
Mutant deyilən bir varlıq alınır. Onun özü artıq bir zəhərə 
çevrilir. Necə də dəhşətdir: Allahın yaratdığı bir varlığın 
fitrətini pozub ona fərqli, özünü belə dəhşətə gətirəcək bir 
həyat vermək, fərqli bir missiya üçün doğulmuşu özünə – 
zəhərə oxşatmaq.
Zəhər var bircə onu qəbul edəni zəhərləyir. Bir tək ca-
nı məhv edir. Zəhər də var ətrafında hərlənən hər kəsi, hətta 
bir neçə nəsli zəhərləyir. Radiasiya kimi, virus kimi, …rüş-
vət kimi. Bu zəhərin mənbəyini tapmaq, tapanda təcrid 
etmək, təcrid edəndə isə məhv etmək çətindir. Bəzən, bəlkə 
də əksər hallarda, bu zəhər bədənə o qədər hopur ki, ondan 
qurtarmaq üçün vücudun özünü məhv etmək gərəkir … 
qalanlarını xilas etmək naminə. Böyük bir ağac təsəvvür 
edin. Zəhərlə suvarılan bu ağacın alıb-verdiyi hava belə 
zəhərə dönür. Qollu-budaqlı, geniş kölgəli, bol meyvəli bu 
ağac ancaq zəhərə xidmət edir. Onun ətrafında güllər əksən 
ya solar, ya zəhər ətri verər, dibinə bulaq çəksən ya quruyar, 


- 195 -
ya zəhər qaynadar, dibində dincələnlər ya boğular, ya 
ciyərləri bu zəhərlə qidalanmağa başlayar, təmiz havada 
boğulmağa başlayar. Lap Puşkinin «Ançar»ı kimi. Necə də 
təəssüfləndirici haldır: böyük bir varlıq, orqanizm bir damcı, 
bir zərrə zəhərin güdazına gedir.
Dəhşətdir, zəhərlə bağlı hər sözümüz ya təəssüflə bitdi, 
ya qorxu ilə. Xoş sözümüz belə! Deyirlər alışqanlıq ikinci 
xasiyyətdir. Alışdığından ayrılmaq ağrı verir. Zəhər bu 
ayrılığı gətirən, ağrıdan şeydir. Fərqi yoxdur, səni nədən 
ayırır: şirin həyatdanmı, problemdənmi, xəstəlikdənmi, 
sağlamlıqdanmı. Hətta «rüşvət» adlı zəhəri qəbul edən belə 
nədənsə ayrılır… və bu ayrılıq ona ağrı verir. Fərq ağrını 
çəkəndədir: birinin bədəni ağrıyır, birinin vicdanı, birinin 
könlü. Bu asılıdır zəhərin tipindən, növündən.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin