K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə64/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   60   61   62   63   64   65   66   67   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
EĢq və dəyiĢən tarix 
 
İnsan yarandığından bu günə kimi çoxmu dəyişib? 
Gözəlliyin meyarları, ona münasibət, onu duymaq bacarığı 
dəyişib. Bəs gözəllik özü necə, dəyişibmi? Sevgiyə, eşqə 
müasibət dəyişib. Bəs sevgi necə, dəyişibmi? Yəqin çoxları 
deyər ki, bəli, dəyişib, çünki insan inkişaf edib. İnkişaf edən 
insandırmı, yoxsa yaratdığı ikinci təbiət? Dəyişən ikinci 
təbiətdir. Birinci təbiətin dəyişməyən harmoniyası, gözəlliyi, 
ecazkarlığı isə insanları eyni qüvvə ilə sehrləməkdə, ilhama 
gətirməkdədir. Yox, söhbət nə birinci, nə də ikinci təbiətdən 
getməyəcək. Söhbət heç bir-birini əvəz edən ictimai 
formasiyalardan, 
cəmiyyətlərdən, 
texnikanın, 
elmin 
inkişafından da getməyəcək.


- 199 -
Mövzu eşqdir. Hər zaman varlığına şübhə edilən, buna 
baxmayaraq, axtarılan, tapıldığı yeri viran qoyan, viranəsi 
üzərində yüksək sənət əsərləri yaradılan eşq! 
Deyilənə görə, böyük fırça ustası Rafael sevdiyi qadı-
nın rəsmini yarada bilməyib. Onun şedevrlərində həmin qa-
dının dodaqlarını, əllərini, baxışlarını, saçlarını görmək 
mümkündür, ancaq qadının bütöv portreti uğursuz rəsm kimi 
haradasa itib-batıb.
Gözəllərə əvəzsiz təriflər deyən, bir sözündə min bir 
məna çatdıran Aşıq Ələsgərin sevdiyi qıza yazdığı şeir zəif 
şeirlərdən sayılır, nə yadda qalıb, nə də sevilib.
Eşq nə rəngə sığır, nə sözə. Onu nə fırça ilə çatdırmaq 
mümkündür, nə qələmlə. Eşqin bir məkanı var – könül, bir 
dilmancı var – baxışlar. 
Maraqlıdır, könülün və baxışların meyarı necə, tarixlə 
bərabər dəyişibmi? Kleopatraya baxan Antoninin göz-
lərindəki eşqlə, Leylaya baxan Məcnunun gözlərindəki eşq 
nə ilə fərqlənib? Müasir insanların sevgisi nə ilə fərqlənir? 
Texnikanın, elmi biliklərin sevgiyə təsiri hansıdır? Əbu 
Turxan 
deyir: 
«Müasirlik 
– mənəviyyatın zamana 
uyğunlaşmış üst qatılır». Bəli, dəyişən mənəviyyatın üst 
qatıdır, binasıdır, alt qat isə təməl, bünövrə kimi dəyişməz 
olaraq qalır. Könül mənəviyyatın alt qatına aid bir məkandır 
və eşqin baxışları üst qatdan asılı olmayaraq könülün əmr 
etdiyi kimi baxır. 
Heç kim inkar etmir ki, gözə görülən binadır, bünövrə 
deyil. Böyük bir təməl üzərində möhtəşəm bir saray da, cılız 
bir bina da tikmək mümkündür. Ən düzgün və möhkəm tikili 
öz bünövrəsinə uyğun olandır. 


-200 -
Maraqdır, əvvəllər möhkəm özüllər üzərində böyük, 
min bir naxışlı, hər daşında bir xatirə, hər divarında bir sirr 
daşıyan tək bir saray tikirdilər. İndi ondan da dərin özüllər 
qazırlar və üzərində… standart göydələnlər ucaldırlar. 
Görəsən, bunda eşqə aid bir hikmət varmı?

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin