ĠtirilmiĢ məsumluq
və ya sönmüĢ nur
Ərlərin eşqi gözəlliyin meyarıdır.
Gözəlliyin üzərindəki pərdəni parçalayan
bu eşq eyni zamanda onu pərdələyər.
Məhəmməd Ġqbal
Zərif bir kəpənəyi görəndə qeyri-ixtiyari ona toxun-
maq, bu zərifliyi hiss etmək istəyirsən. Ona toxunanda sanki
özün də zərifləşirsən, içindən, qəlbinin dərinliyindən elə incə
hisslər baş qaldırır ki, sonra özün də təəccüb edirsən. Eynən
bir körpə də görəndə, hələ bu körpə məsum-məsum sənin
-196 -
üzünə gülümsəyəndə elə bil içində bir işıq yanır, bu
məsumluqdan pay almaq istəyirsən, körpəni qucaqlamaq,
oxşamaq istəyirsən, amma nə qədər incəliklə, zərifliklə əlini
uzatsan da… körpə səndən qorxub qaçır, sən israr edəndə isə
ağlayır. Qanadlarına toxunulan kəpənək də daha uça bilmir,
ölür.
Deyilənlərdə ilk nəzərə çarpan iki əksliyin – işıq və
qaranlığın qarşılaşmasıdır.
İşıq iki cürdür. Bir var insanın daxilində, ruhunda, kön-
lündə, bir də var insandan kənarda yanan elektrik işığı, atəş.
Hər ikisi Allahın hökmü ilə yanır, lakin birincini Yaradan
özü nurlandırır, ikincini isə yaratdığının əli ilə. «…Bəziləri
ocaq yandırdı. O, ətrafını aydınladan kimi, Allah onların nur-
larını aldı və onları zülmət içində qoydu, onlar görə bilmədi»
(Quran 2/17), – deyə buyurmaqla Allah insanları xəbərdar
etdi ki, ruhlarının nuru ətrafdakı işıqdan daha vacibdir, daha
xeyirlidir. Bunu xatırlayan da var, lazımsız sözlər kimi
unudan da.
Ruhundakı nurdur ki, insanın könül gözünü açır, Al-
lahın verdiyi maddi nemətlərlə yanaşı, dünya gözü üçün
qaranlıq qalan mənəvi nemətləri də görür, yararlanır.
Dünyada hər şey qoşa olduğu kimi, işıq da qaranlıqla
qoşadır. Axı hər şey öz əksi ilə daha tez tanınır. Ancaq hər
biri öz yerində, yaxud öz əksinin yanında yaxşıdır. Onun
yerini tutmaq istəyəndə, yalnız öz hakimiyyətini bərqərar
etmək istəyəndə isə, tərəzinin gözü pozulur. Tamam qaranlıq
kimi, tamam işıq da gözləri kor edir.
Zəriflik kəpənəyin təbiətindədir. Ona uzanan əl bir
maddi istəklə – bu zəriflikdən bir pay almaq üçün uzanır.
…Bu kiçik zəriflik yalnız gözləri, könüləri sevindirəcək qə-
- 197 -
dərdir. Ona görə də dözmür, insanın «mənimsəməsindən»
özünə bir şey qalmır və …daha uça bilmir.
Məsumluq, paklıq, təbəssümündəki nur körpənin hələ
çirkaba batmağa macal tapmamış ruhundan gəlir. Bir-birini
tanımayan iki körpə necə tez qaynayıb-qarışır, necə xoşbəxt
olur. Yaxud nəvazişlə ona əllərini uzadan böyüklərə körpə
necə təəccüblə baxır. Bəlkə də qarşıdakının da könlündə
ilahi nur aşıb-daşır. Amma körpə hələ qabıqlar altında
mahiyyəti görmək qüdrətində deyil axı. O, hələ ancaq bu
kobud «mənimsəmə» niyyətini görür.
Kəpənək uçur, körpə qaçır, ən acizi çiçəklərdir. Gö-
zəlliklərinə görə həmən qoparılan, ətrini alandan sonra
ayaqlar altına atılan çiçəklər.
Zəriflik də, nur da, xoş ətir də hər insanın ruhuna məx-
sus bir keyfiyyətdir. Bu səbəbdən insan onları görəndə qeyri-
ixtiyari onlara meyllənir. Sonra da illər boyu qazandığı
təcrübə ilə onu «mənimsəmək» istəyir. Ruha məxsus bir şeyi
maddiyyata «yedirdir». Əslində isə bu keyfiyyətlər insan
üçün bir «yaddaş kitabçasıdır»: ona öz ruhuna boylanmağı,
könlünü Allah nuru üçün açıq tutmağı xatırladır.
Bir var mənimsəmək, bir də var paylaşmaq, bölüşmək.
Mənimsəyəndə bir tərəf boşalır, tükənir, digər tərəf dolur. Bu
da ifrat, o da. Birinin yenidən dolmaq imkanı qalmır,
digərinin isə, Əbu Turxan dediyi kimi, «qabının divarları
ərpləşir və qabın tutumu getdikcə azalır…», mənimsədikləri
qarışır bir-birinə, «bu da calaq ruha keçid deməkdir. Yəni
ruhun müəyyənliyinin pozulması, insanın simasının itməsi
deməkdir».
-198 -
İşıq zəif olanda qarşısındakını nurlandırmağa gücü çat-
mır, özü də solur, xoş ətir səni də ətirləndirə bilmir, özü də
yox olur. Əslində onlar yox olmur, qaranlıq, kobudluq onu
görünməz edir. Rabindranat Taqor yazır: «Güclü və qüdrətli
olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvənə qal-
dıra bilməkdir». Bəli, güclü olmaq kiminsə nurunu
söndürmək deyil, daha çox könüllərdə işıq yandırmaqdır,
zərifliyi – gözəlliyi özününküləşdirmək, ömrünü bir anlıq,
bir saatlıq etmək deyil, o gözəlliyin daha üst qatlarını kəşf
etmək, kobudluq yanında öz varlığını qorumasında ona
yardım etməkdir.
Dostları ilə paylaş: |