Hikmət
Bu dünyada hər şeyin öz hikməti var. Bunu həm Alla-
hın yaratdığı birinci təbiət, həm də insanın yaratdığı ikinci
təbiətə aid etmək olar. Şeylərlə tanışlıq zamanı (istər təbiətdə
olan, istərsə də insan yaradıcılığının məhsulu olan sənət
əsərləri, elmi kəşflər, sistemlər və s.) onun əsl hikmətini dərk
edəndə, o, bütün gözəlliyi ilə qarşında açılır. Bu, hikmətin
yüksək ustalıqla çatdırılan ifadəsi haqqındadır. İkinci
təbiətdə vəziyyət nisbətən fərqlidir. Bəzən insan özü hikməti
tam dərk etmədən onu çatdırmağa çalışır. Yüz cür söz
-186 -
oynadır, min üsula əl atır, amma heç cür lazım olanı çatdıra
bilmir. Olur hikmətsiz boş söz yığnağı.
Dünyada hər şeyin yaradılışının əsasında bir ideya du-
rur. Onu var etmək üçün Yaradan başqa ideyaları onun
ətrafında cəmləşdirir. Bir kitab neçə ideyanın birləşməsidir –
kağız, mürəkkəb, rəng və s. Ancaq o kitabı var edən bir tək
ideyadır – kitab ideyası. Ola bilər ki, situasiyaya görə,
köməkçi bir ideya əsas ideyaya dönsün. Çernışevski ilhamla
yazdığı yazılarını sonra yandırıb qızınırmış. Qısa müddətdə
situasiyanın tələbi ilə əsas ideya köməkçiyə, köməkçi ideya
əsasa çevrilirmiş. Bu ideyaların hamısının «kökü», varlığı
Vahid ideyaya bağlıdır, ondan qaynaqlanır. Şüalar günəşdən
qaynaqlandığı kimi.
Hikmət də ideyadır. Bəzən ideyalar insanlara reallaş-
mış, maddiləşmiş şəkildə (birinci təbiət) verilir, bəzən də saf
şəkildə. Hələ təzahür etməmiş ideya. Hikmət kimi. Yaradan
hikmətin təzahürünü, yaradılışını Özünün yerdəki xəlifəsinə,
Özündən sonrakı yaradana həvalə edir – insana. Hikməti
verən Allahdır, onun təzahürü isə insandan asılıdır. Yəni
hikmət tək, saf, əsas bir ideyadır. Onun təzahürü üçün
köməkçi ideyaların seçimi, bu əsas ideyanın olduğu kimi
ifadə olunması insanın bacarığından asılıdır. Bu baxımdan
insan Yaradanın qoyduğu çərçivə daxilində (bu çərçivə
məhdud olsa da, onun sərhədləri olduqca genişdir və insanın
təfəkkürünün gücü ilə daha da genişlənə bilər) bir
yaradandır. Heç kəs Allahın yaratdığı bir şeyi olduğu kimi,
olduğu mükəmməlikdə yarada bilməz. İnsanın mükəmməl
şəkildə çatdıra bildiyi, təzahür etdirdiyi hikmətlər də
bənzərsiz, təkrarolunmazdır. Bunu həm sənət əsərləri
haqqında demək olar, həm görkəmli kəşflər haqqında.
- 187 -
Allahın yaratdıqları hər kəs üçündür. Bu dünya insanın
xidmətindədir. İnsan Allahın yaratdıqlarını öyrənir, tətbiq
edir, yararlanır və s. Bu, böyük bir xəzinədir. Bu, Allahın hər
kəs üçün nəzərdə tutduğu hikmətidir.
Allah insanlara bir də sözlərlə Öz hikmətini anladır.
Səmavi kitablar. İlahi ayələr. İnsanlar onları öyrənməklə nə-
inki bütün kainatın, varlıq aləminin, hətta öz iç dünyasının,
qeyri-maddi aləmlərin də sirrindən agah olmaq imkanı
qazanır. Bu da Allahın digər bir xəzinəsidir. Bu da Allahın
Öz mömin bəndələri üçün nəzərdə tutduğu hikmətidir.
Bu ikisi artıq bu və ya digər şəkildə təzahür etmiş hazır
hikmətlərdir, «kitab»lardır. Qalır onları «oxuyub», öy-
rənmək, dərk etmək. Lakin bu artıq reallaşmış hikmətlər,
Əbu Turxanın ifadəsi ilə desək, ideyaların özləri deyil, ko-
piyalarıdır.
Bu kitablardan birincisi hər kəs üçündür. Ağlı, dərra-
kəsi, düşünmə qabiliyyəti olan hər kəs üçün.
Bu kitablardan ikincisi imanı, əxlaqı ilə fərqlənən, tə-
fəkkürü ilahi nurla işıqlanan seçilmiş bəndələr üçündür.
Amma üçüncü kitab da var – hikməti olduğu kimi qə-
bul edən, nəinki adi gözlə görülməyən saf ideyanı «görüb»,
dərk edən, hətta onu reallaşdırmaq, hər kəs üçün edə bilmək
qüdrətində olan insan. Seçilmişlərin seçilmişi – Kamil İnsan.
Əbu Turxan üçüncü kitabı daha konkret, obrazlı desək,
köməkçi ideyalardan arınmış şəkildə, əql dünyası adlandırır.
Burada artıq ideyaların kopiyaları ilə deyil, özləri ilə
ünsiyyətdə olan insan özü kopiya yaratmaq imkanı qazanır.
Doğurdan da, insan bir neçə ideyadan ibarət bir var-
lıqdır. Onun əql dünyası isə saf və sözlə ifadəsi çətin olan bir
-188 -
ideyadır. İnsanın əsas ideyasımı? Hikməti saf ideya kimi
qəbul etməyə qadir olan yaradan insan əqlidir.
Həyat
(Yırğancağ kəndindən təəssüratlar)
Allah yaratdıqlarını sadə və gözəl yaradıb. Tərkibi,
strukturu nə qədər mürəkkəb olsa da, varoluşu elə sadə,
harmonikdir ki!
Allah insanı da sadə və gözəl yaradıb. Onun düzgün
yaşaması və düşünməsi üçün nümunələr də verib. Bu nümu-
nənin ən kamili təbiətdir.
Ən kamil nümunə ilə harmoniyada olan insanlar sadə-
ləşir, sadələşdikcə gözəlləşirlər. Onlar üçün hər şey sadə
olur: olum da, ölüm də, qəhrəmanlıq da, acizlik də. Tərəzinin
gözündə onların çəkisi eynidir: hər situasiyanın özünün
seçdiyi hərəkəti qəbul edib onu zəruri bir addım kimi atırlar.
Hər şeyi öz adı ilə çağırırlar, adı ilə çağırdıqlarını da adına
uyğun qəbul edirlər.
Belə insanlar sənin hər şeyi mürəkkəbləşdirməyinə ba-
xır, təəccüblənirlər, ən bəsit şeyi anlamamağına çaşırlar,
anlamamağından bir fəlsəfə düzəltməyinə gülürlər.
Sənin gördüyünü onlar da görür, ancaq həllini elə sadə
verirlər ki! Təbiətdən götürdükləri nümunəyə uyğun! Allah
verdiyini onlar da dərk edir və sadəcə ürəkdən şükr edirlər!
Təbiət kimi!
Yox, bu sadəlik primitivlik deyil. Heyvani səviyyədə
yaşamaq da deyil! Bu, Allahın verdiyini olduğu kimi, acını
- 189 -
acı, şirini şirin kimi qəbul etmək və şükr etməyi bacar-
maqdır.
Hər şeyin həqiqətinə belə asan çatmaqlarında onlara
vəsilə təbiətdir. Onlar sivilizasiyanı, şəhəri sevmirlər. Əs-
lində, sevmədikləri həqiqətlərin üzərinə qabıqların gəlmə-
sidir, ən sadə şeyin mürəkkəbliyinin ön plana keçməsidir,
təbiətlə aralarına qat-qat divarların çəkilməsidir, Allahın
yaratdığı təbiətin yanında başqa bir təbiətin yaradılması və
bu naqis təbiətin birincidən üstün tutulmasıdır, naqisə görə
kamilin dağılmasıdır.
Əsl gözəlliyi görən, əsl həqiqəti dərk edən, əsl harmo-
niyanın iştirakçısı üçün bu normal bir hal deyilmi?
Əbu Turxan deyir ki, Allah insana oxumaq üçün üç ki-
tab verib: səmavi kitab, təbiət, insan. Bu üç kitab bir-birilə o
qədər sıx bağlıdır ki, birinin oxunuşundakı naqislik di-
gərlərində də özünü göstərir. Təbiətlə yaşadığı harmoniya
özü ilə harmoniyaya çevrilir, bu harmoniya isə oxuduğu hər
ilahi kəlamın batini mənası ilə həmahəng olur. Möhtəşəm bir
ahəng! Varlığının mahiyyətini, səbəbini pıçıldayan ahəng!
Varlığının ucalığını, ülviyyətini nəğmə kimi züm-zümə edən
ahəng!
Dostları ilə paylaş: |