K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə56/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   52   53   54   55   56   57   58   59   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
Sükut
 
Sən susmağı bacırırsan? 
Ürəyin min bir sözlə dolu olduğu, haray saldığı bir 
vaxtda dilin susmağı bacırır? Ürəyin hər yoldan ötəndə, daş-
divarda özünə həmsöhbət axtaranda sən susa bilirsən?
Dinləyənin yoxdursa, susmağa məcbursan! Səsinin 
səslər xaosunda itməsindən qorxursansa, susmalısan! Səsini 
səhv salırlarsa, susmalısan! 
Bax, onda sən hər şey danışırsan. Sükutunu gizlətmək 
üçün. Hamı ilə həmsöhbət olursan, əsl həmsöhbətinlə 
susmaq üçün. Bütün sözlərini deyirsən, sükutla dediyindən 
başqa.
Sən sükutla söhbət etməyi bacarırsan? 
Sözlər ürəyindəkiləri çatdırmağa aciz qalanda sükut 
köməyə çatır. Dilin demədiyini gözlər deyəndə, sükutdan 
yaxşı yardımçı olmur. Sözlərin aça bilmədiyi qıfılları sükut 
açır.
Sən heç sükutun harayını eşidibsən? 


-178 -
Ürəyin dedikləri içində həbs olunanda, dillə düşmən 
kəsiləndə sükut haray salır. Qulaqların o harayı eşitməsin de-
daha çox, daha bərkdən danışırsan. Bilirsən ki, sussan 
sükutun harayını eşidəcən. Bu haraydan bütün bildiklərini 
unudacan, bütün etdiklərini yadırğayacan. 
Sən bilirsən sükut nə rəngdədir? 
Sükut ürəyin dilidir, deməli, ürəyin də rəngindədir. Qa-
ranlıq ürəyin sükutu nə qədər qorxunc, dəhşətlidirsə, nurlu 
ürəyin sükutu da bir o qədər məsum, həzin, ecazkardır. 
Qaranlıq ürəklərlə sükuta dalmaq insanı nə qədər qaraldırsa, 
nurlu ürəklərin sükutu bir o qədər nurlandırır. Qaranlıq sükut 
vəhşətlə doludur, nurlu sükut sevgi ilə. Yəqin buna görə 
sevdiyinlə susmaq da gözəldir. 
Bunlar dilin sükutudur. Bəs ürəyin sükutu necə olur? 
Ürək susanda dil susmağı bacarmır. Elə hey boş söz 
yığnağı ilə danışır.
Ürək susanda ruh susur, ruh susanda nur kəsilir, nur 
kəsiləndə İNSAN ölür, bioloji varlıq olan, ancaq heyvanla 
müqayisə oluna bilən insan qalır.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin