K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə57/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   53   54   55   56   57   58   59   60   ...   79
Gəncliyin fəlsəfəsi

Ġnsan və Ģeytan

Allah insanı yaratdı, ona bütün adları öyrətdi və bu-
nunla onu Özündən sonra ən qüdrətli varlıq etdi. Allah bütün 
digər yaradılmışlara, hətta mələklərə belə bu qüdrət 
qarşısında səcdə etməyi buyurdu. Bu səcdə əslində bu qüd-
rəti yaratmış Qüdrətə səcdə idi. Bunu qəbul edə bilməyən 
yalnız şeytan oldu. O, qüdrət Sahibinin özünə səcdə etməyi 


- 179 -
üstün tutdu, maddi bir şeyə boyun əymək istəmədi
yaradılmış, ötəri olan bir varlıq qarşısında öz zəifliyini qəbul 
etmək istəmədi. Maddi pərdə şeytanın gözünü örtdü, 
gördüyü ancaq qara torpaq oldu. Allahın insana öyrət-
diklərini əhəmiyyətli saymadı, Allahdan insana üflənən, bəxş 
edilən ruhu görmədi. O dərəcədə kor oldu ki, lənətlənməyi 
belə qəbul etdi. Şeytan maddiyyata nifrət etdi və bu nifrət 
ona ruhun gücünü görməyə mane oldu. Lənətlənmiş şeytan 
insanları yoldan çıxaracağına və nankorluqlarını – 
maddiyyata uyub öz mahiyyətlərini unudacaqlarını sübut 
edəcəyinə and içdi. Və o, Allahdan Axirətə qədər möhlət 
istədi – maddiyyatın yenə bir heç olduğu, bir əhəmiyyət 
daşımadığı, hər şeyin əsl mahiyyətinin üzə çıxacağı zamana 
qədər.
Deyilənə görə, şeytanın vasitələri çoxdur və o, insana 
hər yerdən təsir göstərə bilir, hər yerdə ola bilir: insanın göz-
lərində, qulaqlarında, dilində, əllərində, ayaqlarında, hətta 
duruşunda, oturuşunda, gülüşündə, hər şeydə və hər yerdə. 
Maddi olan hər şeydə! İnsanı maddi dünya ilə əlaqələndirən 
hər orqanında!
Şeytan Allahı sevir – öz Yaradanı kimi. Mənsur Həl-
lacın dediyi kimi, bu sevgi yolunda hətta cəhənnəm odunda 
belə yanmağa razı oldu. Şeytan Allahı sevsə də, bu sevginin 
əvəzini cəhənnəmə döndərən insanı sevmir, insanın 
ürəyindəki Allah sevgisini qısqanır, onu da cəhənnəm odu ilə 
mükafatlandırmaq istəyir. Bunu yenə də maddiyyatla edir – 
insana insan adını qazandıran maddiyyatla. İnsanın Allaha 
olan sevgisinə, xoş niyyətinə bir damcı maddi istək qatmaqla 
bütöv bir sevgini məhv edə bilir. Ekxart dediyi kimi, «öz 


-180 -
içində yaratdığın ən kiçik məxluqun surəti Allah qədər 
böyükdür… Çünki o, səndən bütün Allahı alır». 
Amma şeytan Allahdan həm də qorxur – Mütləq Qüd-
rət sahibi kimi. Artıq bütünlüklə onun hökmünə düşmüş, 
Allahdan üz döndərmiş bir insandan şeytan da üz döndərir: 
«mən aləmlərin Rəbbi olan Allahdan qorxuram» (Quran 
59/16), – deyir. İnsanı onun bütün orqanlarını bürümüş 
şeytanları ilə baş-başa qoyur. Şeytan insanı edəcəyi günaha 
qədər müşayiət edir, onu ürəkləndirir. Günaha isə insan tək, 
yalnız girir. Şeytan isə günahın kandarında dayanıb 
maddiyyatın çirkabından görünməz olan ruhun əzablarına, 
bilikləri, elmi əl-qolunun zəncirinə çevrilmiş əqlin zavalı-
zavallı vurnuxmasına tamaşa edir. Tamaşa edir, onlarla 
bərabər əzab çəkmir, o günahın içinə girmir. Şeytan 
maddiyyata nifrət edir axı! Onun sevgisini cəhənnəmə 
çevirən maddiyyata! 
Yerə göyə sığmayan Allah mömin bəndəsinin qəlbinə 
sığıb. İnsanın ruhu Allahın bütün gözəl adlarının təzahür 
məkanıdır. İnsanın ruhu Allahdan aldığı eşqin məkanıdır. 
İnsanın ruhu Allaha pak imanın məkanıdır. Mövlana deyir: 
«Şeytan belə aşiq olsa…Cəbrailə çevrilər, şeytanlığı ölər». 
Şeytan insanın eşqi, sevmək qüdrəti qarşısında acizdi. Bu 
deyilənlər şeytandan çox uca, çox uzaqdır. Bunu şeytan da 
bilir və… bu məkana yaxın belə gəlmir. Şeytan insanın 
Allahdan bəxş edilən ruhundan, onun sevgisindən qorxur.
Şeytan Allahın himayəsində olan şeyə yaxın gəlmir, 
gələ bilmir, çünki ora yüksələ bilmir. Şeytanın davası mad-
diyyat çərçivəsindən kənara çıxmır. İnsanın ruhu pak olanda 
Allahın himayəsindədir. Bədən pak olanda ruhun hi-
mayəsindədir. Bunun əksini də demək mümkündür – bədən 


- 181 -
paklaşdıqca ruhun himayəsi, əslində isə Allahın himayəsi 
artır. Təbii ki, bu halda nə şeytanın təhlükəsi qalır, nə də 
onun hiylələri.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin