Kafedra: " İctimai Elimlər" Fənn


Hərbi texnikanın müdafiəsi



Yüklə 0,77 Mb.
səhifə2/2
tarix30.12.2021
ölçüsü0,77 Mb.
#49464
1   2
Aynur Bəxtiyarova MM-işıq şüalanması

Hərbi texnikanın müdafiəsi

Nüvə zərbələri endirmək üçün hazırlanmış bombardmançılar (Su-24 taktiki bombardmançısı, Tu-160 strateji bombardmançısı) onları işıq şüalanmasından qismən və ya tamamilə müdafiə edən və radiasiyanın əhəmiyyətli bir hissəsini əks etdirən ağ boya ilə örtülürlər. Zirehli texnika heyətin işıq radiasiyadan tam müdafiəsini təmin edir.

Nüvə partlayışı ionlaşdırıcı şüa mənbələrinin istifadə olunduğu müəssisələrdə qəza zamanı və nüvə silahlarının tətbiqi zamanı baş verir. Bu zaman güclü səs, titrəyiş hiss olunur və səmada gözqamaşdırıcı alovlu kürə əmələ gəlir. Partlayışdan bir neçə dəqiqə sonra on, bəzən də yüz kilometrlərlə ərazidə torpaq, açıq su mənbələri, hava, bitki örtüyü, tikililər və s. radioaktiv maddələrlə çirklənir. Canlılar ciddi fiziki xəsarətlərə, qida, su, hava vasitəsilə radioaktiv şüalanmaya məruz qalır.

Nüvə partlayışı zamanı təhlükəsizlik qaydaları:



  • parlayış uzaq məsafədə baş versə belə, dalğası və radioaktiv toz buludları sizə 30 saniyə və ya daha gec gəlib çata bilər;

  • partlayışın gözqamaşdırıcı alovlu kürəsinə baxmayın (şüanın təsirindən görmə qabiliyyətinizi itirə bilərsiniz);

  • radiasiyadan qorunmaq üçün mümkün qədər tez, qapalı məkanda və ya yeraltı sığınacaqda daldalanmağa çalışın;

  • daldalandığınız məkanın qapı və pəncərələrini, havalandırma sistemlərini möhkəm bağlayın, məsamələri izolə edin;

  • qapalı yer tapa bilmirsinizsə, müdafiə oluna biləcəyiniz hər hansı predmetin arxasına sığının, nəfəs yollarını və gözlərinizi hər hansı qoruyucu vasitə (parça, əleyhqaz, qoruyucu maska, gözlük və s.) ilə qoruyun, bədəninizin açıq hissələrini örtün;

  • döşəməyə (və ya yerə) uzanın, başınızı sinənizə sıxaraq onu qollarınızla qoruyun;

  • daldalandığınız məkanı aidiyyəti qurumların göstərişi olmadan tərk etməyin, onların təlimatlarına (təxliyyə və s.) əməl edin;

  • səhhətinizdə hər hansı dəyişiklik baş verərsə, təcili tibbi yardım çağırın;

  • radioaktiv maddələrlə çirklənmiş əşyalara toxunmayın (bu, ərazidə gördüyünüz hər hansı əşya ola bilər);

  • “Radiasiya təhlükəsi” və ya “Təhlükəli materiallar” nişanları qoyulan ərazilərə yaxınlaşmayın;

  • radioaktiv maddələrlə çirklənmiş ərazilərdən cəld və mümkün qədər uzaqlaşın;

  • çirklənmiş ərazidə istehsal olunan kənd təsərrüfatı məhsulları, balıq və ov ətinin istifadəsinə qoyulan qadağalara riayət edin;

  • radioaktiv təhlükə zamanı ev heyvanlarını bir neçə günlük qida və su ilə təmin edərək qapalı yerdə saxlayın, onlarla təması məhdudlaşdırın.

Nüvə partlayışı nəticəsində yaranmış radiasiya şəraitinin proqnozlaşdırılması. Ra diasiya şəraiti dedikdə, yerin, havanın, suyun, texnikanın, müxtəlif obyektlərin radioaktiv tozla zəhərlənməsi nəticəsində əmələ gəlmiş şəraiti başa düşülür. Radiasiya şəraitinin aşkar edilməsi yerin və müxtəlif obyektlərin səthinin, atmosferin radiaktiv zəhərlənmə dərəcəsinin təyin olunmasından ibarətdir.


Nüvə partlayışı nəticəsində yaranmış radiasiya şəraitinin proqnozlaşdırılma üsulu ilə aşkanı üçün ilkin verilənlər aşağıdakılardır:


  • nüvə partlayışının gücü, növü, vaxtı, mərkəzinin koordinatları;




  • orta külayin partlayış buludunun qalxdığı yüksəklikdə istiqaməti və sürəti. Nüvə partlayışına dair məlumat aşkaredici sistemlər, hesablayıcı-analitik stansiyalar, xüsusi radioavadanlıqlar vasitəsilə əldə olunur.




  • Nüvə partlayışının radioavadanlıqlar vasitəsilə aşkar edilməsi partlayış nəticəsində yaranan elektromaqnit impulsunun qeyd olunmasına əsaslanır.




  • Proqnozlaşdırılan radioaktiv zəhərlənmə zonalarının xəritəyə şəkilməsi aşağıdakı qaydada aparılır:




  • Nüvə partlayışının mərkəzi xəritədə göy rənglə qeyd edilir, onun ətrafında göy rənglo kiçik çevrə çəkilir.




  • çevrənin yanında külək əsən tərəfdən göy rənglə kəsrdə: surətdə partlayışının növü va gücü (kt), məxrəcdə saat daqiqa və tarix yazılır,




  • partlayışın mərkəzindən orta külayin istiqamətində göy rangla proqnozlaşdırılan zəhərlənmə zonasının oxu çəkilir.



Nəticə
Nüvə partlayışı nəticəsində yaranmış şəraitin qiymətləndirilməsində aşağıdakı tapşırıqlar həll olunur:


  • radioaktiv zəhərlənmə zonasında fəaliyyət göstərdikdə mümkün şüalanma dozasının və radiasiya itkisinin təyin edilməsi;




    • verilmiş şüalanma dozasına görə əhalinin radiaktiv zəhərlənmə zonasında qalma müddətinin təyin edilməsi;




  • verilmiş şüalanma dozasına görə zəhərli zonasına giriş vaxtının təyin edilməsi;




  • verilmiş şüalanma dozasına görə zəhərli zonanın keçirilməsinin başlanma vaxtının təyin edilməsi;




  • texnikanın, nəqliyyatın, geyimin, fərdi mühafizə vasitələrinin, yeyinti məhsullarının, suyun zəhərlənmə dərəcəsinin təyin edilməsi.






Ədəbiyyat siyahısı

1) Fövqəladə hallarda həyat və fəaliyyətin təhlükəsizliyi. H .O . Ocaqov Bakı 2002

2) C.Y.Mahmudov -Mühazirə materialları

3) http://ldhk.edu.az/e-ldhk/uploads/M%C3%BClki%20%20m%C3%BCdafi%C9%99%20(M%C3%BChazir%C9%99l%C9%99r).pdf



4) http://www.anl.az/down/meqale/az_muhendis_akad_xeber/2019/01/02(meqale).pdf

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin