16-lıq say sistemi (HEXadecimal). Kompyuter üçün məqbul olan 2-lik say sistemi bir tərəfdən ədədlərin yazılışının uzun olmasına görə, digər tərəfdən istifadə vərdişi olmadığından insan üçün əlverişli deyil. Odur ki, 2-lik və 10-luq say sistemləri arasında əlaqə yaratmaq məqsədilə kompyuter texnikasında 8-lik və 16-lıq say sistemlərindən istifadə olunur. Müasir kompyuterlərdə əsasən 16-lıq say sistemi tətbiq olunur.
Onaltılıq say sisteminin əsası 16-dır. 16-lıq say sisteminin 0-dan 9-a qədər rəqəmi onluq say sistemindən götürülmüş, qalan 6 rəqəm kimi (10-dan 15-ə qədər) latın əlifbasını A-dan F-ə qədər hərfləri qəbul olunmuşdur.
Dostları ilə paylaş: |