İkilik say sisteminin (BINary) əsası ikidir (q=2). Bu say sistemində istənilən ədəd 0 və 1-lərlə ifadə olunur.
Əsas: q = 2.
Əlifba: 0, 1.
İkilik say sistemində istənilən ədədi aşağıdakı kimi təsvir etmək olar:
(3)
Burada ai – (0, 1) çoxluğuna daxil olan ədədlərdir.
Misal üçün, A2 = 1001,1 ikilik ədədini açıq şəkildə yazıb hesablama aparsaq, bu ədədin onluq say sistemində təsvirini alacağıq:
A2 = 1·23 + 0·22 + 0·21 + 1·20 + 1·2-1 = 8 + 1 + 0,5 = 9,510
Səkkizlik say sisteminin (OCTal) əsası 8-dir:
q = 8;
Əlifba: 0, 1, 2, 3 , 4, 5, 6, 7.
A8 = 7764,1 səkkizlik ədədini açıq şəkildə yazıb hesablama aparsaq, bu ədədi onluq say sistemində təsvir etmiş olarıq:
A8 = 7·83 + 7·82 + 6·81 + 4·80 + 1·8-1 = 3584 + 448 + 48 + 4 + 0,125 = 4084,12510
Dostları ilə paylaş: |