Con fon Neyman prinsipi əsasında işləyən ilk hesablama maşını 1949-cu ildə ingilis tədqiqatçısı Moris Uilksin tərəfindən düzəldilir.
İstər həmin ərəfədə, istərsə də sonrakı dövrlərdə təkmilləşərək düzəldilmiş bütün hesablama maşınlarının iş prinsipi fon Neymanın təklif etdiyi prinsipə əsaslanırdı.
Con fon Neymanın hesablama maşınının iş prinsipində əsas İdeya bundan ibarət idi: informasiyanı təhlil edəcək hesablama maşını effektif işləməsi ilə yanaşı universal olmalıdır.
Universal hesablama maşını aşağıdakı qurğulardan ibarət olmalıdır:
-riyazi və məntiqi əməliyyatları yerinə yetirən hesab-məntiq qurğusu;
-proqramın icra olunma prosesini təşkil edən idarəetmə qurğusu;
-verilənləri və proqramları yaddaşında saxlaya biləcək yaddaş qurgusu.
Hesablama maşınrnın yaddaşında təhlil edilmiş verilənlərin və ya proqramların saxlanılmasından ötrü yaddaşın yuvalarını nömrələmək nəzərdə tutulurdu və bununla yanaşı digər qurğuların da yaddaşa müraciəti sadələşdirilməli idi.
İstənilən xarici qurğudan maşının yaddaşına proqram daxil edilir. İdarəetmə qurğusu yaddaşdakı proqramı nəzərə alaraq onun icra olunmasını təşkil edir. Daxil edilmiş əmrlərə uyğun olaraq riyazi-məntiqi qurğu riyazi və məntiqi hesablamaları yerinə yetirir. Beləliklə hesablama maşını insanın köməyi olmadan hesablama işlərini həyata keçirir.
Dostları ilə paylaş: |