Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ


Azərbaycanın makroiqtisadi hədəfləri və göstəriciləri



Yüklə 136,34 Kb.
səhifə19/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 214

Azərbaycanın makroiqtisadi hədəfləri və göstəriciləri. Yaxın gələcəkdə iqtisadi inkişaf strategiyasının əsas məqsədi, aparılan iqtisadi islahatları dərinləşdirmək yolu ilə müasir bazar münasibətləri və dünya təsərrüfat sisteminin inkişaf meylləri əsasında ölkənin iqtisadi sisteminin yeni inkişaf səviyyəsinə keçməsinin tə’min olunması və makroiqtisadi nəticələrin əldə olunması üçün tədbirlərin görülməsi olmalıdır. Nəticə e’tibarı ilə ölkənin iqtisadi qüdrətinin sür’ətli yüksəlişini tə’min edəcək bu strateji məqsəd, ölkənin əsas təbii iqtisadi resurslarının aktiv təsərrüfat dövriyyəsinə cəlb olunmasının sür’ətləndirilməsi, ölkənin tranzit potensialının genişləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi və insan ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması kimi əsas vəzifələrin həllini nəzərdə tutmalıdır. Bu strateji məqsədlərə nail olmaq üçün Ölkənin iqtisadi siyasəti məqsədli proqramlar vasitəsi ilə yaxın illərdə aşağıdakı makroiqtisadi hədəflərə nail olmaga yönəldilməlidir:

- ÜDM istehsalının orta illik artım sür’ətinin 10%-dən yuxarı olmasını təmin etmək ;

- İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi yolu ilə əsas fəaliyyət sahələrinin ÜDM-in formalaşmasında mütənasibliyini təmin etmək ;

- Dövlət büdcəsinin formalaşmasında birbaşa və dolayı vergilərin paritetli nisbətlərinin tə’min olunması vasitəsi ilə vergi yükünün optimal bölüşdürülməsi;

- Dövlət büdcəsinin sosial yönümlülüyünün gücləndirilməsi ;

- Əhalinin pul gəlirlərinin xərcləri üstələməsi meylinin gücləndirilməsi üçün dövlət bölməsində çalışanların orta aylıq əmək haqqının minimum istehlak büdcəsi səviyyəsini ötməsinin təmin olunması ;

- Manatın alıcılıq qabiliyyətinin qorunmasını tə’min etməklə əhalinin real pul gəlirlərinin artırılması ;

- Real iqtisadiyyatın normal fəaliyyəti üçün pul-kredit siyasətinin iqtisadi şəraitə adekvatlığının tə’min olunması.

Yaxın illər ərzində dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri ölkəmizin geopolitik mövqeyinin yaratdığı tranzit potensialının genişləndirilməsi, onu iqtisadiyyatın inkişafının əsas faktorlarından birinə çevriərək makroiqtisadi nəticələrin əldə edilməsi olmalıdır. Çünki müasir dövrdə İqtisadi Coğrafi Mövqeyi mühüm əhəmiyyət kəsb edən iqtisadi resurs kimi qiymətləndirmək olar. Bu məqsədlə son illərdə əsası qoyulmuş bir sıra beynəlxalq və regional layihələrin reallaşdırılmasının sür’ətləndirilməsi zəruridir.

Bu baxımdan Məşhur ’’İpək yolunun’’ bərpasını qeyd etmək olar. ’’İpək yolu’’ Qərblə Şərq arasında körpü olmaqla Azərbaycan məhsullarının satış bazarının genişlənməsinə, daxili bazarın tə’minatının yaxşılaşmasına və onun tutumunun artmasına, əhalinin məşğulluğunun çoxalmasına və beləliklə iqtisadiyyatın gəlirliliyinin yüksəlməsinə səbəb olacaqdır.

Son dövrlərdə regionumuzun təbii ehtiyatlarının istifadəsi istiqamətində həyata keçirilən beynəlxalq layihələrin tərkib hissəsi kimi neft və qaz kəmərlərinin yeni regional sisteminin yaradılması və istismarında Azərbaycanın aparıcı mövqeyi tə’min edilməsi çox vacibdir.

Bu baxımdan Bakı-ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri və Transxəzər qaz kəmərinin reallaşdırılması sahəsində Azərbaycan dövlətinin mövqeyi düzgün, iqtisadi cəhətdən əsaslandırılmış və ədalətlidir.

Neft müqavilələrinin və tranzit layihələrinin reallaşdırılması Azərbaycanda bir sıra fəaliyyət sahələri üçün beynəlxalq mərkəzlərin, o cümlədən neft, qaz və neft məhsulları bazarı, maliyyə-kapital bazarı, iş qüvvəsi bazarlarının yaranmasına, infrastruktura və xidmət sferasının sür’ətli inkişafına əlverişli şərait yarada bilər.

Azərbaycan öz iqtisadi resurslarından istifadə etməklə aşağıdakı makroiqtisadi nəticələri əldə edə bilmişdir:




Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin