Cədvəl . Ümumi daxili məhsul
İllər
|
Milyon manat
|
Milyon ABŞ dollar
|
Adambaşına
|
manat
|
$
|
1995
|
2133.8
|
2415.2
|
282.1
|
319.3
|
1996
|
2732.6
|
3180.8
|
357.5
|
416.1
|
1997
|
3158.3
|
3960.7
|
409.2
|
513.2
|
1998
|
3440.6
|
4446.4
|
441.5
|
570.6
|
1999
|
3775.1
|
4583.7
|
480.1
|
582.9
|
2000
|
4718.1
|
5272.8
|
595.1
|
665.1
|
2001
|
5315.6
|
5707.7
|
665.2
|
714.3
|
2002
|
6062.5
|
6235.9
|
752.9
|
774.4
|
2003
|
7146.5
|
7276
|
880.8
|
896.8
|
2004
|
8530.2
|
8680.4
|
1042
|
1060.3
|
2005
|
12522.5
|
13238.7
|
1513.9
|
1600.4
|
2006
|
17735.8
|
19852
|
2120.3
|
2373.3
|
Göstəricilər
|
2007-ci ilin I rübü faktiki, milyon manat
|
2007-ci ilin I rübü 2006-сı ilin I rübündə nisbətən, faizlə
|
Ümumi daxili məhsul
|
5145.4
|
139.7
|
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi
|
4614.1
|
138.6
|
Əsas kapitala yönəldilən investisiyalar
|
1180.0
|
112.3
|
Kənd, meşə və balıqçılıq təsərrüfatlarının ümumi məhsulu
|
255.3
|
105.3
|
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton
|
36.5
|
118.2
|
Poçt və rabitə xidmətlərinin həcmi
|
140.2
|
116.6
|
Pərakəndə əmtəə dövriyyəsi
|
1731.7
|
114.3
|
Əhaliyə göstərilən pullu xidmətlər
|
464.8
|
137.6
|
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $
|
1329.6x)
|
128.1 xx)
|
o cümlədən:
|
|
|
ixracın ümumi həcmi
|
550.4 x)
|
110.7 xx)
|
idxalın ümumi həcmi
|
779.2 x)
|
144.2 xx)
|
Dövlət büdcəsinin gəlirləri
|
777.1 x)
|
184.9 xx)
|
Dövlət büdcəsinin xərcləri
|
462.7 x)
|
114.0 xx)
|
Dövlət büdcəsinin profisiti
|
314.4 x)
|
-
|
Əhalinin gəlirləri
|
2924.4
|
135.2
|
Adambaşına düşən gəlirlər, manat
|
347.1
|
133.7
|
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat
|
163.7
|
126.2
|
İşsiz statusu verilmiş şəxslərin sayı (2007-ci il aprelin 1-nə, nəfər)
|
53189.0
|
94.3
|
x) 2007-cı ilin yanvar-fevralı
xx) 2007-ci ilin yanvar-fevralı 2006-cı ilin yanvar-fevralına nisbətən
|
Cədvəl 5. Azərbaycanın 2007-ci ilin I rübünə olan makroiqtisadi göstəriciləri
Əmək resursları və onlardan səmərəli istifadə edilməsi.
Hal – hazırda Azərbaycanda əmək resurslarının tərkibinə əmək qabiliyyətli yaşlı əhali (qadınlar 16-dən 57 yaşadək,kişilər 16-62 yaşadək) və təqaüd yaşlarında işləyən şəxslər daxildir.Buraya əmək qabiliyyəti olmayan şəxslər (əlillər) aid edilmir.
İqtisadi fəal əhali sırasına bütün məşğul şəxslər və işsizlər, həmçinin analıq məzuniyyətində olan qadınlar daxildir.İqtisadi qeyri-fəal əhali sırasına istehsalatdan ayrılmaqla təhsil alan tələbələr, ev təsərrüfatı işləri ilə məşğul olan şəxslər daxildir.
Azərbaycanda iqtisadi fəal əhalinin sayı, onlardan məşğul olan şəxslərin və işsizlərin sayının 1995-2005-ci illər ərzində dinamikası Cədvəl 6-da verilmişdir:
Cədvəl 6.İqtisadi fəal əhalinin sayı
|
1995
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
2005
|
İqtisadi fəal əhali,cəmi, min nəfər
|
3641.3
|
3748.2
|
3763.4
|
3777.5
|
3801.4
|
3820.1
|
3906.5
|
İqtisadi fəal əhalinin ümumi sayından məşğul olanlar, cəmi, min nəfər
|
3613.0
|
3704.5
|
3715.0
|
3726.5
|
3747.0
|
3764.2
|
3850.2
|
Məşğulluq xidmətində rəsmi status alan işsizlər, nəfər
|
28314
|
43739
|
48446
|
50963
|
54365
|
55945
|
56343
|
kişilər
|
11411
|
19283
|
21808
|
23088
|
25313
|
26669
|
27265
|
qadınlar
|
16903
|
24456
|
26638
|
27875
|
29052
|
29276
|
29078
|
işsizliyə görə müavinət alanlar,onlardan:
|
2981
|
2768
|
3117
|
3292
|
3111
|
3084
|
2087
|
kişilər
|
1162
|
1313
|
1520
|
1601
|
1808
|
1887
|
1316
|
qadınlar
|
1819
|
1455
|
1597
|
1691
|
1303
|
1197
|
771
|
Müxtəlif illərdə Azərbaycanın əmək resurslarının tərkibində iqtisadiyyatda mülkiyyət formaları üzrə məşğul olanların çəkisi Cədvəl 7-də göstərilmişdir.
|
1995
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
2005
|
Cəmi, iqtisadiyyatda məşğuldur
|
3613.0
|
3704.5
|
3715.0
|
3726.5
|
3747.0
|
3764.2
|
3850.2
|
о cümlədən mülkiyyət formaları üzrə:
dövlət
|
2027.2
|
1278.2
|
1240.0
|
1192.0
|
1180.0
|
1190.6
|
1229.8
|
qeyri - dövlət
|
1585.8
|
2426.3
|
2475.0
|
2534.5
|
2567.0
|
2573.6
|
2620.4
|
оnlardan:
кооperativ
|
340.9
|
--
|
|
|
|
|
|
fərdi
|
631.5
|
1439.5
|
1450.0
|
1464.5
|
1454.7
|
1462.3
|
1466.3
|
xüsusi
|
7.0
|
271.3
|
218.1
|
259.1
|
295.0
|
295.7
|
347.3
|
bələdiyyə
|
|
|
14.7
|
19.1
|
19.0
|
18.2
|
17.7
|
хаrici investisiyalı və birgə müəssisələr
|
|
35.1
|
31.5
|
32.7
|
41.2
|
53.8
|
58.7
|
dinə хidmət edən şəxslər
|
5.0
|
35.0
|
35.0
|
33.0
|
32.5
|
32.0
|
30.8
|
sərbəst məşğul əhali
|
601.4
|
35.0
|
35.0
|
33.0
|
32.5
|
32.0
|
699.6
|
Cədvəl 7.Məşğul olan əhalinin mülkiyyət formaları üzrə bölgüsü
(min nəfər)
Cədvəldən göründüyü kimi, keçid dövrünün əvvəllərində-yəni 1995-ci ildə dövlət sektorunda məşğul olanların sayı üstünlük təşkil etmişdir.2000-2005-ci illərdə isə xüsusi sahibkarlığın inkişafı ilə əlaqədar olaraq qeyri-dövlət sektorunda işləyənlərin sayı nəzərəçarpacaq dərəcədə artmışdır ki, bu da olduqca vacib məqamlardan biridir.
Müxtəlif iqtisadi resurslara və geniş potensiala malik olan Azərbaycanda təhsil, əhali sayının artımı və əmək resurslarından istifadə böyük əhəmiyyət kəsb edir.
SSRİ dağıldıqdan sonra Azərbaycanda həyata keçirilən sosial-iqtisadi dəyişikliklərin məqsədi sosial yönümlü bazar iqtisadiyyatına əsaslanan, sosial baxımdan təmin olunmuş cəmiyyət qurmaqdan ibarətdir. Bu yolda qarşıya çıxan məsələlər arasında Azərbaycan cəmiyyətinin əmək potensialından səmərəli istifadə edilməsi məsələsi əsas yerlərdən birini tutur. Bu vəzifəni həll etmək üçün dövlət tərəfindən tənzimlənən və yaxşı inkişaf etmiş əmək bazarı, insanın səmərəli əmək fəaliyyətinə əsaslanan sosial zəmanətlər və xidmətlər sistemi də daxil olmaqla, çox mürəkkəb sosial-iqtisadi mexanizmlərin yaradılması tələb olunur. Lakin etiraf etmək lazımdır ki, Azərbaycan cəmiyyətinin əmək potensialından istifadənin səmərəsi nəzərəçarpacaq dərəcədə aşağıdır, əmək potensialının dinamikasında kəmiyyət və keyfiyyətcə neqativ meyllər, sivil əmək bazarının formalaşmasının ləngiməsi müşahidə olunur.
Vəziyyətin kökündən dəyişilməsinə nail olmaq üçün həm dövlət, həm də müəssisələr səviyyəsində, eləcə də ictimaiyyətin qüvvəsilə bir sıra tədbirlər həyata keçirilməlidir.
1) Mahiyyət etibarilə məşğulluq siyasəti ölkənin əmək potensialından səmərəli istifadə edilməsi siyasətinə çevrilməlidir. Əhalinin məşğulluq səviyyəsini qoruyub saxlamaq və müəyyən həddə qədər artırmaq lazımdır, lakin bununla bərabər müəssisələrdəki artıq işçi qüvvəsinin sərbəstləşməsinə mane olmaq lazım deyil. Bu fikir həm çoxdan yaranmış, həm də istehsalın modernləşdirilməsi və struktur yenidənqurma zamanı yarana biləcək artıq işçi qüvvəsinə aiddir.İşçi qüvvəsinin sərbəstləşməsi və sərbəstləşən işçilərin işə düzəlməsi imkanları arasında sıx əlaqə yaradılmalıdir.Bu tədbirləri həyata keçirərkən inzibati təzyiq üsullarından minimum istifadə edilməli, müxtəlif səviyyələrdə struktur dəyişiklikləri, yeni iş yerləri yaradılması, pensiya yaşına çatmış işçilərin əmək fəaliyyətinə könüllülük əsasında xitam verilməsi problemlərinin qarşılıqlı əlaqələndirilməsinə xüsusi diqqət verilməlidir.
2) Nəzərə almaq lazımdır ki, məşğulluq probleminin həlli müəssisələr və əhalinin tədiyə qabiliyyətli tələbatının dinamikasından və istehsalatın bu tələbata adekvat reaksiya verə bilməsindən asılıdır. Bu məqsədlə xəlvəti iqtisadiyyatda təmərküzləşmiş ehtiyatları, bank və ixrac yönümlü sahələrin ehtiyatlarını və əhalinin qənaət edib topladığı vəsaitləri dondurulmuş vəziyyətdən çıxarıb real iqtisadi inkişafa yönəltmək lazımdır. Bu yolla iqtisadi tərəqqinin geniş miqyas almasını gözləmədən əmək potensialından səmərəli istifadə üçün təbii və zəruri şərait yaratmaq mümkündür.
3) Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycanda əmək bazarının yaranması və inkişafı zəruridir. Artıq bu cür bazarın prinsipial təməli qoyulmuşdur. Məs, mülkiyyətin müxtəlif formalarının yaranması nəticəsində işçi qüvvəsindən istaifadə edilməsi üzərində dövlət inhisarı ləğv edilmiş, işçi qüvvəsinin mobilliyi üçün hüquqi imkanlar genişlənmişdir.
4) Unutmaq olmaz ki, ölkəmizin regionları inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Elə regionlar var ki, bütövlükdə ölkə miqyasında nəzərdə tutulan ümumi tədbirlərin köməyi ilə həmin regionlarda məşğulluq problemini həll etmək çətindir. Bu cür hallarda xüsusi proqramlar işlənib hazırlanmalı və ən başlıcası həmin proqramlar həyata keçirilməlidir.
5) Başqa bazarlarla müqayisədə əmək bazarında dövlətin rolu daha qabarıq şəkildə təzahür etməlidir.Problemin bir aspekti də ondan ibarətdir ki, əmək bazarının bütün iştirakçılarının mənafelərinin hüquqi müdafiləsi yüksək səviyyədə təşkil edilməlidir.
Hazırda əmək resurslarından istifadənin normativ və hüquqi bazasının yaradılmasına böyük diqqət yetirilir. Bu sahədə dövlət tərəfindən görülən tədbirlər diqqətəlayiqdir və öz səmərəsini verməkdədir.
Azərbaycanın sahibkarlıq və innovasiya potensialı. SSRİ dağıldıqdan sonra Azərbaycanda sahibkarlıq üçün zəmin yaradan resurslar vacib iqtisadi amilə çevrilir. Hal-hazırda Azərbaycanda sahibkarlığın inkişafına təkan verən bir sıra dövlət, ictimai və özəl strukturlar fəaliyyət göstərir. Bundan başqa sahibkarlığı dəstəkləyən bir çox xarici fondlar mövcuddur. Buna misal kimi Almaniya-Azərbaycan sahibkarlığa dəstək fondunu göstərmək olar.Həmin fondda Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsi və inkişafı üçün 5,1 mln. avro yığılmışdır.
Azərbaycanda sahibkarlığın inkişafı üçün dövlət tərəfindən “2002-2005-ci illər üzrə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində ölkə ərazisində fəaliyyət göstərən sahibkarlara daha əlverişli şərait yaradılmış, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərin ümumi həcmi xeyli artmışdır.
1998
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
2005
|
1731.5
|
2239.3
|
2424.6
|
2631.6
|
2808.9
|
2699.5
|
3854.5
|
Cədvəl 8. Sahibkarlıq fəaliyyətindən gələn gəlir (milyon manatla)
Aydındır ki, yeni iqtisadi sistemə - sosial yönümlü bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müsbət nəticələr əldə edilmişdir. Belə ki, 1998-ci ildə ÜDM-in 55 %-i özəl bölmənin payına düşmüşdür.Hal – hazırda isə bu göstərici 70 % təşkil edir.
Tarixən sahibkarlıq fəaliyyəti sahibkarın sərəncamında olan iqtisadi resursların həcmi ilə müəyyən edilir. Bəzən belə sahibkarlıq formasını klassik forma adlandırırlar. XX əsrin 70-ci illərində Qərb ölkələri iqtisadiyyatında köklü dəyişikliklər baş verdi və nəticədə innovasiya sahibkarlığı yarandı.Bu forma öncəkilərdən onunla fərqlənir ki, burada elm və texnika geniş inkişafa malikdir. Təsərrüfat prosesində yeni texnologiyalar hərtərəfli tədqiq edilir, məhsulun keyfiyyət tərəfinə xüsusi diqqət yetirilir və s. Deməli, sahibkarlığın bu forması yalnız iqtisadi resursların həcminə əsalanmaqla kifayətlənmir, burada həm də istehsala, bölgüyə, mübadiləyə və istehlaka kompleks münasibətlər ön plana çəkilir.
Belə zənn edilir ki, keçid dövründə innovasiya sahibkarlığının inkişafı üçün münasib şəraitin yaradılması vacibdir. İnnovasiya sahibkarlığı yeni ideyalar, kəşflər, layihələrin reallaşdırılması ilə məşğul olmaq və s. axtarışındadır. Lakin, bu proseslərin əsasında insan amili durur, insan yeni ideyalar verir, müasirlik nöqteyi-nəzərindən elmi axtarışlara can atır. Bununla əlaqədar uyğun kadrların hazırlanması, onların təkmilləşdirilməsi və s. Azərbaycan Respublikası üçün də aktualdır. Ancaq innovasiya sahibkarlığının və onun müxtəlif formalarının inkişaf etdirilməsi prosesində Azərbaycanın qarşılaşdığı əsas problemlərdən biri maliyyə-kredit məsələsidir. Xarici ölkələrin (ABŞ, Almaniya, Cənubi Koreya, Yaponiya) təcrübəsi göstərir ki, innovasiya sahibkarlığı dövlət tərəfindən maliyyələşdirilir. Bununla əlaqədar, Azərbaycanda innovasiya sahibkarlığının yaradılması və inkişaf etdirilməsi Respublika hökumətinin məqsədyönlü fəaliyyəti olmadan qeyri-mümkündür.
Bütövlükdə qeyd etmək lazımdır ki, məsləhətçilər, banklar və s. strukturlar tərəfindən sahibkarlara xidmət misalında onlara kreditlərin verilməsi, strukturların təkmilləşdirilməsi üçün rəsmi, ictimai və özəl strukturlar tərəfindən qəbul edilmiş bütün tədbirlər Azərbaycanda sahibkarlığın inkişafına təkan verməlidir.
Sahibkarlara yardım üçün yaradılan Sahibkarlığa Kömək Milli Fondu kreditləri sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsilə 1-3 il müddətinə və çox aşağı faizlərlə - illik 5-7%-lə verir. Azərbaycan Respublikasının 2004-cü ilin dövlət büdcəsində sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait respublikanın 53 şəhər və rayonu üzrə 1300-dən artıq sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə istifadə edilmişdir.
Həmçinin sahibkarlığın inkişafı üçün daha əlverişli şərait yaradılması məqsədilə vergi dərəcələrinin optimallaşdırılması ilə əlaqədar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmış, 1 yanvar 2004-cü il tarixdən mənfəət vergisinin dərəcəsi 25%-dən 24%-ə endirilmiş, lizinq obyekti olan əmlak üçün illik amortizasiya norması 2 dəfəyədək artırılmış, maliyyə lizinqi əməliyyatları əlavə dəyər vergisindən azad edilmişdir.
Azərbaycanın investisiya və kapital resursları. Müstəqillik əldə etdikdən sonrakı dövrdə Azərbaycan Respublikasının iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Keçən dövrdə respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilmişdir. Hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini tənzimləyən iki qanun mövcuddur:
• “İnvestisiya Fəaliyyəti haqqında” (1995-ci il) Azərbaycan Respublikasının qanunu,
• “Xarici İnvestisiyaların qorunması” (1992-ci il) haqqında Azərbaycan Respublikasının qanunu.
Azərbaycanda son illər iqtisadiyyata yönəldilmiş investisiya qoyuluşlarının həcmi və dinamikası Cədvəl 9-da öz əksini tapmışdır.
|
1995
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
2005
|
2006
|
Bütün mənbələr üzrə investisiya qoyuluşları:
|
|
|
|
|
|
|
|
|
mln.manat
|
480.7
|
1289.8
|
1454.5
|
2718.0
|
4249.2
|
5820.4
|
6309.1
|
7270.3
|
mln.dollar
|
544.0
|
1441.4
|
1561.8
|
2796.6
|
4326.4
|
5922.7
|
6669.6
|
8137.8
|
Xarici investisiyalar:
|
mln.manat
|
331.4
|
829.5
|
1016.8
|
2172.0
|
3310.9
|
4496.4
|
4204.2
|
4514.2
|
mln.dollar
|
375.1
|
927.0
|
1091.8
|
2234.9
|
3371.0
|
4575.5
|
4444.3
|
5052.8
|
Daxili investisiyalar:
|
mln.manat
|
149.3
|
460.3
|
437.7
|
546.0
|
938.3
|
1324.0
|
2104.9
|
2756.1
|
mln.dollar
|
168.9
|
514.4
|
470.0
|
561.7
|
955.4
|
1347.2
|
2225.3
|
3085.0
|
Cədvəl 9. İqtisadiyyata yönəldilən investisiyalar
Cədvəldən göründüyü kimi 2000-2006-ci illər ərzində bütövlükdə iqtisadiyyata yönəldilmiş investisiyaların həcmi əvvəlki illərlə müqayisədə xeyli dərəcədə artmışdır.Bu, bir tərəfdən də onunla əlaqədardır ki, son illər neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna da yönəldilən investisiyaların ümumi çəkisində mühüm irəliləyişlər baş vermişdir.
Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində davam etməkdə olan islahatlara və artıq əldə edilmiş nailiyyətlərə baxmayaraq qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi sahəsində hələ çox işlər görülməlidir. İnvestisiya mühitinin yaxşılaşdırılması sahəsində uğurla həyata keçirilən proqramların əsas elementi dövlət və özəl sektor arasında dialoqun təşkilidir. Bu gün investisiya prosesinin fəallaşması və onun səmərəliliyinin artırılması problemləri Azərbaycan Respublikasının gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Bu günədək Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Çin, İran, İsveçrə, Hollandiya və bəzi digər ölkələrin investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində iştirak etmiş və müəssisələrin səhmlərini əldə edərək onlara böyük məbləğdə investisiyalar qoymuşlar.
Azərbaycan Hökumətinin müraciəti ilə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi əsasında Dünya Bankının Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti (FIAS) Azərbaycanda investisiya mühitinin monitorinqini aparmış və mühitin daha da yaxşılaşdırılması məqsədilə birgə tədbirlər planı müəyyənləşdirilmişdir. Həmin tədbirlərin icrası istiqamətində atılmış ilk addımlardan biri də Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət Fondunun təsis edilməsi idi. Eyni zamanda Dünya Bankının ekspertləri ilə birgə «İnvestisiya fəaliyyəti haqqında» və «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihələri hazırlanmışdır. «İnvestisiya fəaliyyəti haqqında» yeni qanun hazırda qüvvədə olan «İnvestisiya fəaliyyəti haqqında» və «Xarici investisiyaların qorunması haqqında» iki qanunu əvəz edəcək. Bu iki mövcud qanunlardan fərqli olaraq yeni layihə beynəlxalq təcrübənin ən mükəmməl elementlərini özündə əks etdirir. Digər ölkələrin bu sahədə olan təcrübəsini əsas götürərək qanun layihəsinə investisiyaların qorunması, investisiya fəaliyyəti zamanı yaranan mübahisələrin həlli və digər həlledici prinsipial məsələlər ilə bağlı yeniliklər daxil edilib.
SSRİ dövründə istifadə edilən kapital resurslarının texnoloji cəhətdən mənəvi aşınmaya məruz qalması və s. istehsal prosesində müəyyən çətinliklər yaradırdı. Lakin, Azərbaycanda müstəqillik əldə edildikdən sonra hökumət tərəfindən sosial – iqtisadi islahatların həyata keçirilməsi nəticəsində əsas kapitalların ümumi yığımının dinamik olaraq artması ölkə iqtisadiyyatının çoxşahəli və tarazlaşdırılmış inkişafına zəmin yaratmışdır.
Azərbaycanda 1995, 2000-2005-ci illər ərzində iqtisadiyyat bölmələrinə kapital qoyuluşunun təsviri Şəkil 4-də verilmişdir.
Şəkil 4. Kapital qoyuluşu (əvvəlki ilə nisbətən faizlə)
Azərbaycanın müasir dövrdə dünya dövlətlərinə səmərəli inteqrasiyasını təmin etmək, dünya bazarında öz mövqeyini möhkəmləndirmək, ümumilikdə cəmiyyətin rifah halının daha da yaxşılaşdırılması üçün sərəncamda olan iqtisadi resurslardan əlverişli şəkildə istifadəsi böyük əhəmiyyətə malikdir. Xüsusilə, indiki şəraitdə - Azərbaycanın ərazi bütövlüyünün pozulduğu bir dövrdə qarşıya çıxan bütün problemlərin həll edilməsi üçün bu məsələlərə olduqca böyük diqqət yetirilir. Ölkəmizin hal-hazırki hökuməti tərəfindən bu istiqamətdə atılan addımlar gələcəyə ümidlə baxılmasına imkan verir.
NƏTİCƏ
Beləliklə, bütün yuxarıda deyilənlərdən aşağıdakı nəticələrə gəlmək olar:
- İqtisadiyyat iki mühüm fakta əsaslanır:
a) insanların maddi tələbatları praktik olaraq sonsuzdur;
b) iqtisadi resurslar məhduddur.
- İqtisadi resursları:
maddi – xammal və kapital,
insan - əmək və sahibkarlıq qabiliyyəti resurlarına ayırmaq olar.
Bu resurslar (torpaq, kapital, əmək, sahibkarlıq qabiliyyəti) istehsal amilləri hesab edilirlər.
- İqtisadiyyat insanların maddi tələbatlarının ödənilməsi məqsədilə əmtəə və xidmət istehsalında məhdud resurslardan istifadə problemi ilə məşğul olur. Tələbatı maksimum ödəmək üçün mövcud resursların səmərəliliyi və tam istifadəsinin təmin edilməsi vacibdir.
- Resurslardan səmərəli istifadə istehsalın səmərəliliyindən (istənilən məhsulun daha az xərclə istehsalı) və resursların səmərəli bölüşdürülməsindən (cəmiyyətin daha çox arzu etdiyi konkret məhsul komplektinin istehsalı) ibarətdir.
- İqtisadi resurslardan məqsədə uygun şəkildə istifadə etməklə makroiqtisadi nəticələrə nail olmaq, həmçinin dünya iqtisadiyyatında söz sahibi olan ölkəyə çevrilmək olar. Bunun üçün ilk növbədə ölkənin iqtisadi resurs potensialı düzgün qiymətləndirilməlidir.
- Texniki tərəqqi, kəmiyyət artımı və resursların keyfiyyəti iqtisadiyyata bütün əmtəə və xidmətlərdən artan həcmdə istehsalına imkan verir ki, bu da iqtisadi artım deməkdir. İndiki anda cəmiyyət tərəfindən istehsal strukturunun seçilməsi istehsal imkanları əyrisinin gələcək vəziyyətini və mümkün iqtisadi artımı müəyyən edir.
Bütövlükdə bəşəriyyətin sərəncamında olan iqtisadi resurslarım məhdudluğunu nəzərə alaraq onların heç bir israfçılığa yol verilmədən istifadəsi, tükənməkdə olan resursların əvəzinə yeni alternativ resurs axtarışları, yeni elmi-texniki nəaliyyətlərin istehsal prosesinə tətbiq edilməsi, bir sözlə əlverişli yolların hamısından istifadə etməklə cəmiyyətin tələbatının maksimum ödənilməsi qarşıda duran əsas məsələ hesab edilir. Bu problemi həll etməklə biz , gələcək nəsillərin də parlaq və firavan yaşayışına zəmin yaratmış oluruq.
ƏDƏBİYYAT
1. S.Yaqubov, M.Sadıqov, Ə.Əliyev – “Azərbaycan iqtisadiyyatı”
2. S.Mehbalıyev, R.İsgəndərov – “Əmək bazarı və əhalinin sosial müdafiəsi”, 2002.
3. “Azərbaycan iqtisadiyyatının strateji problemləri”. Məruzələrin tezisləri. 2002.
4.”İqtisadi nəzəriyyə”. Dərslik. 2001.
5. “Dünya iqtisadiyyatı”. G.Gəncəliyev. 2002.
6. К.Макконелл,С.Брю – “Экономикс”, 2005.
7. В.Д.Камаев – “Экономическая теория”, 1999.
8. А.Маршалл – “Принципы экономической науки”, 1998.
9. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi web saytı – www.azstat.org
Dostları ilə paylaş: |