Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ



Yüklə 136,34 Kb.
səhifə13/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
referat 214

Kobba – Duqlas modeli. İqtisadi resursların mobilliyi və bir – birini qarşılıqlı əvəzləməsinin əyaniliyi iki amerika iqtisadçısı Kobba və Duqlas tərəfindən irəli sürülmüş modeldə öz əksini tapmışdır. Onlar kənd təsərrüfatında apardıqları tədqiqatlardan sonra aşkar etmişlər ki, əmək məsrəflərinin 1 faiz artırılması buraxılan məhsul artımının 3/4 hissəsini təmin edir; kapital məsrəflərinin 1 faiz artırılması isə məhsul artımı buraxılışının 1/4 –ni əldə etməyə imkan verir. Başqa cür desək, əmək resurslarına yönəldilən hər bir əlavə kapital maddi resursuna yönəldilən kapitaldan daha məhsuldardır. Amerika sənayesində 20 il ərzində aparılmış müşahidələr nəticəsində onlar aşağıdakı üç göstəricini hərtərəfli təhlil etmişlər:

  1. verilmiş dövrə istehsalın həcmi;

  2. həmin dövr üçün əsas kapital xərcləri;

  3. işlənmiş saatların miqdarı

Bu göstəricilərin əlaqələndirilməsinin formalaşdırdığı Kobba – Duqlas modelinin yazılışı aşağıdakı kimidir:

Q = A ( K L )
Burada Q – istehsalın həcmi ; K – kapitalın miqdarı ; L – əmək məsrəfləri ; A – funksiya və – Q istehsalının kapital və əməyə müvafiq elastiklik göstəriciləridir. Yəni, onlar göstərir ki, K və ya L-in 1 faiz armasına uyğun olaraq Q neçə faiz artmalıdır.

Sonradan elə həmin alimlər tərəfindən aparılmış hesablamalara görə A göstəricisinin qiyməti 0.01-ə bərabər tapılmışdır. İqtisadi artımın bu riyazi modeli istehsal funksiyası adını almışdır.

Verilmiş modeldə müəlliflər xüsusilə qeyd edirlər ki, istehsalın həcmi bütövlükdə və tamamilə bu iki iqtisadi resursdan asılıdır və bunların müxtəlif kombinasiyaları nəticədə müxtəlif istehsal həcmi verə bilər.

Kobba – Duqlas modelinin əsas məqsədi ondan ibarətdir ki, mövcud mümkün variantlardan K və L üçün eləsi seçilməlidir ki, Q – istehsal həcmi maksimal olsun.




Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin