Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ


İqtisadi resursların düzgün bölüşdürülməsi zəruriliyi



Yüklə 136,34 Kb.
səhifə6/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
1   2   3   4   5   6   7   8   9   ...   20
referat 214

3.İqtisadi resursların düzgün bölüşdürülməsi zəruriliyi.

Kobba-Duqlas modeli
Bütün iqtisadi resurslar, istehsal amilləri eyni bir özəlliyə malikdir: onlar məhdud xarakter daşıyırlar. Bu məhdudluq nisbidir və onu ifadə edir ki, resurslar iqtisadi inkişafın verilmiş səviyyəsində bütün tələbatların ödənilməsi üçün lazım olandan, bir qayda olaraq, azdır. Resurs məhdudluğunun nəticəsi kimi istehsalın həcmi də məhduddur. Ümumi istehsalat cəmiyyətin əldə etmək istədiyi qədər əmtəə və xidmətlərin hamısını istehsal edə bilmək qabiliyyətində deyil.

Resursların mütləq və nisbi məhdudluğunu fərqləndirirlər. Mütləq məhdudluq dedikdə cəmiyyətin bütün tələbatlarının eyni zamanda ödənilməsi üçün istehsal resurslarının çatışmazlığı başa düşülür. Nisbi məhdudluq isə hər hansı seçilmiş tələbatın ödənilməsi üçün müəyyən edilmiş resursların məhdudluğunu nəzərdə tutur.

Bizim tələbatımızın sonsuz, resursların isə məhdud olmasına görə biz bütün tələbatımızı ödəmək imkanına malik deyilik. Bu halda hansı əmtəə və xidməti istehsal etmək, müəyyən şəraitdə hansılardan imtina etmək məsələsini həll etmək lazım gəlir.


Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin