1
Kainat və təbiət haqqında fəlsəfi hipotezalar seriyasından
ELŞƏN MİSİR OĞLU NƏSİBOV
DÜŞÜNCƏLƏRİM
II HİSSƏ
BAKI-2014
2
Redaktoru:
Valeh İsmayılov
tədqiqatçı-jurnalist
E.M.Nəsibov. Düşüncələrim. II HİSSƏ. Bakı, “Elm və
Təhsil” nəşriyyatı, 2014, 168 səh.
Kitabın birinci hissəsi 2014-cü ildə çapdan çıxan “İnkişaf
və sülh ideyaları. Və Təbiət haqqında düşüncələr”- IV kitab
adlanan kitabın ikinci fəslində öz əksini tapır. Lakin bundan
öncə də təbiət və kainat haqqında hipotetik düşüncələrə
2013-cü ildə çapdan çıxan “Seçki hüququ insan hüquqlarının
bölgü ünsürü (komponenti) kimi (fəlsəfi-elmi aspektlərlə təhlil)
adlanan əsərin Giriş hissəsində bir qədər yer ayrılır.
Bu kitabda da kainat və onun tərkibi olan təbiət haqqında,
eləcə də canlılar haqqında müəyyən hipotetik fikirlər,
gümanlara söykənən mülahizələr, ehtimallar mövcuddur.
Fikirlərin (siqnalların qəbulundan meydana gələn biliklərin)
mütləq və nisbi əsasları qeyd olunur və belə qərara gəlinir ki,
mütləqlik və nisbilik ümumi tarazlıq içərisində qərarlaşır.
Həmçinin belə nəticələrə gəlinir ki, əslində kainat tərkibi ayrı-
ayrı qeyri-tarazlıqlardan ibarət olan ümumi bir tarazlı
müstəvidir və onun tərkibində sistemlər bir-birilə əlaqəlidir.
Kainatın qeyri-tarazlığı tarazlıqdan, eləcə də tarazlığı qeyri-
tarazlıqdan formalaşır. İnsanlar təbiətin elə özü kimi
xarakterizə olunur. Belə qərara gəlinir ki, insan kainatın,
təbiətin yaranışıdır, onun tərkibidir. Ona görə də siqnalları
qəbul edə bilir və ətrafla təmasda olmaq imkanına malik olur.
Kitab təbiət fəlsəfəsi ilə maraqlananlar üçün nəzərdə
tutulur.
ISBN 978-9952-8176-6-9
2014
-
N098
79
-
4702010000
N
qrifli nəşr
© Nəsibov E.M., 2014
3
MÜNDƏRİCAT:
Giriş .............................................................................................. 4
Müsbət və mənfi kriteriyaları-varlıq və yoxluq timsalında .... 41
Eynilik və fərqlilik haqqında ..................................................... 45
Məkan, zaman, məsafə anlayışlarının sürət kriteriyası ilə
vəhdətdə dərk olunması.. ............................................................ 47
Qaranlıq və işıq, “enerjisizlik” və enerji ................................... 53
Varlığın enerji və “enerjisizlik” (varlığın antonimliyi
ə
sasları ilə) baxımından izah olunması ..................................... 66
“Hə” və “Yox” anlayışlarının enerji kriteriyası (gecə və
gündüz) baxımından izah edilməsi ............................................ 71
Rənglərin mövcudluğunun enerji kriteriyası (gecə və
gündüz) baxımından izah edilməsi ............................................ 76
İ
yilərin və dadların enerji kriteriyası ilə izah olunması...... .... 80
Alovlar haqqında......................................................................... 83
Günəş haqqında........................................................................... 86
Günəş olmasa planetlər hansı formanı ala bilərlər .................. 100
Planetlər və Günəş ...................................................................... 103
Fəza-Günəş-Yer (planet-bərk materiya) vəhdəti və
elementlər.............................................................................. ....... 109
Su nədir ........................................................................................ 118
Günəşin daxili seli və planetlərin dövr etməsi .......................... 121
Yer kürəsində atmosferin əmələ gəlməsi .................................. 127
Yer kürəsinin öz oxu ətrafında fırlanması ................................ 141
Ay haqqında................................................................................. 145
Planetlər arasındakı əks olunmalar və əlaqələr ....................... 147
Yerin əmələ gəlməsinə dair ........................................................ 150
Məkan, qüvvə və planetlər haqqında ........................................ 152
Uçan naməlum obyektlər və Yer ətrafında gözlə görünə
bilməyən planetin olması
ehtimalı.................................................................................. ....... 154
Qrafiklər bölməsi ........................................................................ 156
NƏTİCƏ ....................................................................................... 164
4
GİRİŞ:
Mütləq hər məkanda var, məkan dəyişəndə əvvəlki məkan
yeni məkan üçün nisbiyə çevrilir. Həqiqət və qeyri-həqiqət
mütləq və nisbidir.
Həqiqəti insan axtarır. Həqiqət müəyyən qədər aşkar
olunan forma və mahiyyətdir. Aşkarlıq dərəcəsi həqiqətin
dərəcəsidir. Aşkarlıq bəravbərlik və fərqlilikdədir, eynilik və
müxtəliflilikdədir. Deməli, həqiqət həm düzgünlükdə, həm də
qeyri-düzgünlükdədir. Ədalət də həqiqətdə mövcud olur.
Həqiqət haqdır. Haqq pozitivdir, düzgünlükdür. Düzgünlük
subyektivdir, haqqı özündə cəmləşdirir. Haqq həm də
subyektiv ola bilər. Məsələn, bir qrup və ya da fərdi bir şəxs
üçün haqq həmin tərəf üçün düzgündür, aşkardır. Digər tərəf
onu haqq kimi qəbul etməyə bilər. Lakin obyektiv həqiqət,
gerçəklik (burada çoxlarına məlum olan həqiqət) hər kəs
üçün aydınlıqdır, düzgünlükdür. Həqiqət universaldır və
məxsusidir. Haqq həm bərabərlikdə, həm də müəyyən qədər
fərqlilikdə, bərabərsizlikdə mövcud olur.
Fikirlərdə həqiqət odur ki, ya üzdə olan hər bir şey hamı
üçün bu və digər dərəcədə eyni və oxşar kimi qəbul edilsin, ya
da bəziləri tərəfindən aşkar olunanlar inam əsasında
digərləri tərəfindən də həqiqət formasında qəbul olunsun.
Ümumən məntiqin axtardığı faktlar, hadisələr həqiqətə daha
yaxındır. Çoxlu sayda faktlara malik olan məntiq daha
konstruktiv mahiyyət kəsb edir. Həqiqət-üzərində fikir
yürüdülən şeyin, düşünülən proseslərin görünən və digər
duyğu orqanları vasitəsilə duyulan həcmindən-aşkarlanan
forma və məzmunun tərkibindən ibarətdir. Bir sözlə, obyektiv
həqiqət hamı tərəfindən bu və ya da digər dərəcədə qəbul
olunan universallıqdır. Həqiqət universaldır-məsələn, bu bir
həqiqətdir ki, biz hamımız canlı insanlarıq, daş- Yer üzərində
olan bir materiya parçasıdır, dünya okeanı sudan ibarətdir və
s. Burada universal həqiqət var. Lakin məxsusi (fərdi-
5
subyektiv) həqiqət də mövcuddur. Bu məxsusi həqiqət əslində
universallığın tərkibi olsa da, burada aşkarlılıq dərəcəsi hamı
üçün eyni deyildir. Bu baxımdan da həqiqət obyektivdir,
olandır, müəyyənlikdir, aşkar olunmayan qeyri-müəyyən-
likdir. Bu da özlüyündə o mənanı verir ki, təbiətdə nə varsa,
həqiqətdir. Biz insanlar isə onun müəyyən dərəcələrinə,
kəmiyyətinə malik oluruq. İnsan həm universal-müəyyən
olan, bu baxımdan duyğu orqanları tərəfindən siqnalları
qəbul edilən həqiqəti dərk etmək iqtidarındadır, həm də
duyğu orqanlarının fərqli inkişaf xüsusiyyətləri baxımından
siqnalları fərqli əsaslarla qəbul etmək iqtidarındadır. Burada
siqnalları qəbul etmək dərəcələri də fərqlənir. Siqnalların
qəbulu əsasən subyektivdir.
Kainat sonsuz və həcmi (kütləsi) bəlli olmayan bir
müstəvi
olduğundan,
tərkibində
çoxlu
sayda
qeyri-
müəyyənliklər mövcuddur. Qeyri-müəyyənliklər isə aşkar
olunmayan həqiqətin özləridir. Bu baxımdan da həqiqətin ən
dərinliklərinin sirlərinə bələd olmaq Allaha məxsusdur. Biz
insanlar həqiqətin müəyyən olunması üçün sadəcə olaraq az
miqdarda, bizə verilən imkanlar daxilində, nisbətən məhdud
qabiliyyət çərçivəsində həqiqəti görə, duya və dərk edə bilirik.
İ
nsanlar məkan və zaman kriteriyası ilə fərqli həqiqətləri
bilmək iqtidarında olurlar. Həqiqəti tam aşkarlamaq üçün
qeyri-müəyyənliklərin sirlərinə yaxından, yəni yüksək
mərhələdə, ali dərəcədə, yüksək kəmiyyətdə bələd olmaq
lazımdır. Qeyri-müəyyənliklər isə hərəkətdə olan kainat
adlanan sonsuzlu bütövdə daimi olaraq dəyişir. Dəyişəndə
həqiqət də zaman və məkana müvafiq olaraq dəyişir. Qeyri-
müəyyən olanların bəziləri aşkar olunur, aşkar olanlardan,
üzdə olanlardan bəziləri isə yenidən qeyri-müəyyənliyə qərq
olur. Bu baxımdan da biz insanlar sadəcə olaraq
gördüyümüz, rastlaşdığımız, hiss etdiyimiz hadisələr, faktlar,
ş
eylər barədə fikirlər bildiririk, həqiqəti müəyyən qədər
subyektivcəsinə aşkarlayırıq. Aşkar etdiklərimiz, eləcə də
6
qurub-yaratdıqlarımız müəyyən müddətddən sonra obyektiv
həqiqətin əsasına çevrilir. Allah və onun təbiəti bizə bu
imkanları, yəni həqiqəti aşkar edə bilmək imkanlarını ona
görə bəxş edib ki, təbiətin nemətlərindən istifadə edərək
maddi
dünyada
yaşamağımızı
təmin
edə
bilək.
Mənəviyyatımızı maddi aləmlə fəlsəfi kriteriyalara müvafiq
olaraq sintez edə bilək. Bu aspektdə sistemlilik prinsipləri
çərçivəsində harmonik və disharmonik vəziyyətləri müəyyən
edə bilək. Mən də Yer üzünün milyardlardan ibarət olan
sakinlərinin sadəcə bir üzvü kimi öz imkanlarım çərçivəsində,
dərk etdiyim qədər subyektivcəsinə kainat və təbiətin tərkibini
təşkil edən müəyyən şeylər haqqında fikirlər bildirməyə
çalışıram. Təbiət də, kainat da Ulu Tanrının yaratdığıdır.
Mən üzərində dayandığım, içərisində olduğum materiya
haqqında müəyyən qədər fikir yürütmək qabiliyyətindəyəm,
çünki digərlərindən biriyəm. Fikirlərimin bəzilərinin bir
qədər həqiqətə yaxın olması da mümkündür, eləcə də
səhvlərə də yol verə bilərəm. Hesab edirəm ki, insanların
daxillərində kainatın sirləri toplanıb. Hər bir şəxs ardıcıl
düşüncə prosesində həmin sirləri aşkarlaya bilər. Sirlərin
daha çox aşkarlanması zamana bağlıdır. Düşüncələr kütləsi
öz ardınca yeni düşüncələri meydana gətirir, daxili
aşkarlayır.
Hər bir şəxsdə yaşından, maraqlarının əhatə dairəsindən,
eləcə də fəaliyyətindən, həmçinin qəbul etdiyi siqnalların
kəmiyyətindən asılı olaraq (burada kəmiyyət dedikdə,
siqnalların üzərində həkk olunduğu şeylərin çoxluğu, yəni
siqnal verən müəyyən varlq olan kəmiyyətlərin artıqlığı,
məkanların genişliyi və proseslərin zənginliyi nəzərdə tutulur.
Siqnalların kəmiyyət artımına zaman da öz təsirlərini göstərir.
Siqnallar artımı zaman axarında daha da geniş, çoxhəcmli və
çoxtərkibli olduqda siqnallar da öz kəmiyyətini artırır)
müqayisələr
etmək
qabiliyyəti
vardır.
Məlumdur
ki,
7
müqayisələr aparmaq çoxtərkiblilikdə və dəyişən əlamətlər
fonunda mümkündür. Ətraf aləmin zənginliyi və fərqliliyi
siqnalların müxtəlifliyini meydana gətirir, tərkib və formalar
müəyyən olunur. Ətraf aləmin müxtəlifliyi təbii ki, kainatın
tərkib fərqliliyindən formalaşır. Bu tərkib fərqliliyi də
elementlər arasında olan əlaqələrdən üzə çıxan quruluş
formalarından meydana gəlir. Əslində elə fərqlilik də tərkib
zənginliyinin əsasını təşkil edir. Dəyişikliklər, fərqli forma və
məzmun siqnallarının qəbul olunması elə müqayisələrin
aparılmasını təmin edir. Dəyişikliklər həm siqnal verən
ə
lamətlərdə özünü göstərir, həm də siqnalları qəbul edən
beyində obrazlanır. Beyin hərdən qəbul olunan siqnallardan bir
qədər qabağa gedir. Müqayisələr siqnalların qəbul olunması,
onların yaddaşlarda həkk olunması prinsipləri ilə aparılır. Hər
bir siqnalın öz məkanı olur, siqnallar cəminin də (məsələn, bir
bötövün tərkib hissələrinin) öz məkanı olur, qəbul edilən
siqnallar yeni məkanlarda özlərinə yer tuturlar. Siqnallar
trayektoriyası mövcud olur və ardıcıl olaraq əlamətlər bir-birini
ə
vəz edir. Burada yaddaşlarda həkk olunma fantaziyaların
formalaşmasını təmin edir. (Siqnal qəbul etmək-siqnal verən
ş
eylərin əlamətlərini ardıcıl olaraq qəbul etmək prosesidir.
Siqnal əks olunmadır. Siqnal zərrəcik axınıdır. Bu baxımdan da
enerji axınıdır. Özündən çoxlu həcmdə siqnal buraxan
materiya (canlı və “cansız” materiya) tükənmək, formasını
dəyişmək təhlükəsi ilə üzbəüz qalır. Bu prinsip etibarilə güman
etmək olar ki, insanlar siqnallar qəbul etməklə qəbul etdikləri
şeylərdən enerji alırlar. Enerji buraxan şeylər isə demək olar
ki, tükənə bilir, o halda ki, onlar da başqa vasitələrdən siqnal
qəbul etməsin. Burada çox böyük ehtimal ki, insanlar göz
dikmələri sayəsində göz dikdikləri şeylərdən enerji qəbul
etdikcə özlərində enerjini çoxalda bilirlər və əks tərəflərdə
enerjini azaldırlar. Buradan da enerji mübadiləsi prinsipinin
düzgünlüyü haqqında subyektivcəsinə fikir yürütmək məsələsi
həqiqətə yaxın olur. İnsanlar yaşadıqları mənzillərdə, evlərdə
8
belə siqnalları qəbul etməklə həmin məkanlardan enerji alırlar.
Eyni zamanda həmin məkanlara enerji ötürürlər. Bu baxımdan
da bütün aləm enerji mübadiləsində olur. İnsanlar təbiətə və
kainata siqnallar ötürürlər, enerji verirlər, onlardan enerji
alırlar. İnsanlar canlı və “cansız” aləmlə, müəyyən və qeyri-
müəyyən aləmlə təmasdadırlar. Deməli, insanlar kainatla,
fövqəltəbiətlə, Ulu Tanrı ilə təmasdadırlar. Ondan siqnal alır
və siqnal ötürürlər. Bu nöqteyi-nəzərdən də nizama qarşı
kobudcasına hərəkət etmək düzgün deyil. Nizam özünü
tarazlayır və insanlar əməllərinə görə cəzalana bilirlər. Onu
da əlavə etmək olar ki, təbiətdə müəyyən bir məkanın
landşaftının dəyişməsi də həmin məkandakı sistemə-enerji
mübadiləsi altında olan sistemə öz təsirlərini göstərir. İqlim
şəraiti belə dəyişə bilir. Məsələn, dağlığın düzənliyə çevrilməsi,
yaxud da əksinə aparılan əks-təbii proseslər həmin yerlərdə
əvvəlki siqnallar mübadiləsi mühitini dəyişir).
Müqayisələr aparmaq dərəcəsi istedadın dərəcəsindən
asılıdır. Bu da özlüyündə qabiliyyətin dərəcəsini artırır. Dərəcə
artmaları da kəmiyyətlə (özündə müxtəlif təsnifat vasitələrini
birləşdirən siqnal kəmiyyəti) bağlıdır. Daha çox diqqət
yetirmək, geniş məkanı götürmək, üfiqi və şaquli istiqamətdə
daha geniş bağlılıq axtarmaq müqayisələrin dərinləşməsini
sübut edir. Nəticə etibarilə hesab etmək olar ki, siqnalların
(faktlar və hadisələr haqqında) kəmiyyət etibarilə çoxlu qəbulu
müqayisə
dərəcəsini
artırır,
müqayisə
tərəflərinin
(predmetlərinin) sayını çoxaldır. Müqayisələr əlamətlərin
tərkib kəmiyyətlərinə görə həyata keçirilir. Bu da əlamətləri
müəyyən edir. Müəyyən bir prosesin və faktın daxili və zahirini
təşkil edən elementlər arasında ardıcıl qaydada müqayisələrin
aparılması, müqayisəli kəşflərin həyata keçirilməsi məhz
müqayisə dərəcəsinin artmasını təmin edir. Müqayisələr də
uyğunluq və uyğunsuzluq, eynilik və fərqlilik, paralellik və
kəsişənlik prinsiplərinə müvafiq olaraq çoxtərkibli və çoxsahəli
olur. Məkanda müqayisə, zamanda müqayisə, tərkiblərin
9
müqayisəsi, formaların müqayisəsi, hərəkətlərin və s.
müqayisələri vardır. Müqayisə kriteriyaları rolunda məhz
əş
yalar və hərəkət tərzləri (burada kəmiyyətdən və tətbiq
olunan qüvvədən asılı olaraq, hərəkətin sürəti, hərəkətin əhatə
olunduğu məkan) çıxış edir. Dəyişən istənilən ardıcıl
trayektoriyada müqayisə əlamətləri öz əksini tapır. Əlamət,
kəmiyyət, tərkib dəyişəndə müqayisə üçün elementlər meydana
gəlir. Müqayisə dəyişik və dəyişən siqnallar fonunda mümkün
olan bir prosesdir.
Qeyd olunduğu kimi, əşyalar müqayisə olunur, hadisələr
müqayisə olunur. Hərəkət müqayisə olunur, sükunət müqayisə
olunur. Məkanlar, istiqamətlər, formalar, eləcə də düşüncələr,
fikirlər,
baxışlar
müqayisə
olunur.
Müqayisələrdə
dərəcələnmələr meydana gəlir, bu da özlüyündə fərqliliyi zəruri
edir. Fərqlilik də elementlərin qarşılıqlı əlaqələr strukturundan
asılıdır. Müqayisə məkan tutumu ilə həyata keçirilir, tutumla
müəyyən olunur. Müqayisədə təsnifat ortaya çıxır, seçim amili
formalaşır. Düşüncə prosesləri sistemli xarakterə malik olur və
sintezləri, eləcə də yeni sintezləri, yəni analizləri meydana
gətirir. Müstəqil düşüncə məhz sistemilik prinsipinə uyğun
olaraq qurulur və burada səbəb və nəticəni müxtəlif şərtləri
özündə cəmləşdirən bağlayıcı proseslər təmin olunur.
Siqnallardan formalaşan sadə və mürəkkəb məntiq bir çox
məlumatları (hadisələr, faktlar haqqında əlamətlər axınını) öz
obyektinə çevirir və sistemliliyə görə uyğunluq, uyğunsuzluq,
tarazlıq və qeyri-tarazlılıq, simmetriya və harmoniya axtarır.
Müqayisələr zamanı istiqamətlər dərəcələnir, qruplaşır, ümumi
cəhətlər müəyyən olunur, eləcə də uyğunluqlar və oxşarlıqlar
tapılır. Həmçinin proseslər arasında şərtləndirici əlaqələr,
aşkarlayıcı bağlılıq müəyyən olunur. Aşkarlayıcı bağlılıq da elə
bütövlüyün
tərkib
birləşdirici
vasitəsidir.
Bütöv
elə
bağlayıcılardan ibarətdir. (Qeyd: bağlılıq da keçiciliyin bir
formasıdır. Bağlılıq oxşarlıqları və fərqlilikləri birləşdirir,
həmçinin ayırd edir. Məsələn, bütün şeylər bir-birilə tam
10
tərkibdə birləşdiyindən bütöv məkanın bir bucağında, bir
nöqtəsində olan şey digər bucağında olan şeylərdən nisbi
əsaslarla ayrılmaq üçün müəyyən bağlılıq mövcud olur.
Bağlılıq burada fərqləri müəyyən etmək üçündür. Bağlılığın
məkanı vardır. Bağlılıq boş deyil. Məsələn, bir şəhərlə digər
şəhər arasında olan məkan boş deyil. Bu məkan həm yaxın ola
bilər, həm bitişik ola bilər, həm də uzaqda yerləşə bilər.
Burada bağlayıcılıq, əlaqələndiricilik artanda, daxili vəhdət
daha da birləşir. Məsələn, şəhərlər bitişik ola bilir.
Bağlayıcılıq burada dar məkanda böyük bütövü əmələ gətirir.
Bağlayıcılıq həm fərqləri birləşdirir, məsələn, uzaq və fərqli
məkanlarda yerləşən obyektlər arasında üzvü-real və xəyali
(fikir bağlılığı) bağlılıq yaradır. Həm də yaxınları birləşdirir
və vahidə çevirir. Bağlılıq həm vəhdəti yaradır, bütövü, sistemi,
strukturu meydana gətirir, məkanı genişləndirir, həm də
sistemi möhkəmlədir. Bağlayıcılıq həm də ayırıcılıqla əvəz
olunur, özündə ayırıcılığı birləşdirir. Məkanları real olaraq və
xəyali şəkildə aralayır. Bütün məkanlar vəhdət sistemində
bağlayıcılıqdan ibarətdir. Müqayisələr apararkən məkanlar
arasında olan bağlayıcılığın məsafəsini həm qısaltmaq, həm də
uzatmaq olar. Ancaq qısaltmaq daha məqsədəuyğundur; çünki
sintez daha yaxşı alınır. Məkanlar arasında “boş məsafə”
qalmır. Bütövü dərin məzmunda ən yaxşı halda aşkarlamaq
üçün yaxın bağlayıcılıqıdan istifadə etmək lazımdır. Qarşılıqlı
şərtləndirici vəziyyətlər də yaxın bağlayıcılıqdan meydana
gəlir. Bağlayıcı təfəkkürün zənginliyi bağlayıcı məkanlar
arasında bütövü yaxınlıq, yaxın məkan əlaqəliliyi (başlanğıc
şərtliliyi əsasında) prinsipləri ilə aşkar edir. Burada zaman
amili və zaman ardıcıllığında baş verən proseslərin mahiyyəti,
sistemin bitişik tərkib hissələri daha yaxşı formada aşkar
olunur. Məsələn, əyani bir fikir bildirək: - Ayrı-ayrı cəhətlərdə
və uzaq məsafələrdə yerləşən şəhərlər arasında uzun bir yol
vardır. Bu uzun yolu bütün tərkib etibarilə öyrənməklə şəhərlər
arasında bağlayıcı məkanı və məkan üzərindəki yaşayış
11
evlərini və digər obyektləri tapmaq olar. Bu halda yaxından
bələdçilik meydana gəlir. Bağlayıcı məkanlar üzərində tərkib
zəngin olanda məkan da mürəkkəbləşir. Məsələn, şəhərlər
arasındakı məkanda çoxlu sayda digər məskənlər, istehsalat və
s. obyektlər olduqda həmin məkan daha qarışıq və mürəkkəb
olur. Deməli, vasitələr mürəkkəbləşdirici və sadələşdirici
funksiya daşıyırlar. Azalma sadəliyə xidmət edir. Bağlayıcılıq
nəzərdə tutulan müəyyən məkan müstəvisində və onun üzərində
yerləşən vasitələr arasında birləşdiriciliyi, eyniliyi, fərqliliyi,
müxtəlifliliyi, harmoniyanı, disharmoniyanı, cəhətliliyi və bu
baxımdan tərkib məzmun və formalarını aşkar edir, eləcə də
yaradır. Aşkar edəndə tədqiqat meydana gəlir. Yaradanda da
quruculuq, yaradıcılıq formalaşır. Aşkarlama və aşkar
olunanlardan istifadə quruculuğu-təfəkkürdə və əl əməyində
olan quruculuğu -formalaşdırır, yeni ixtiralar ortaya çıxır.
İxtiralar aşkarlamanın tərkibi olmaqla yanaşı, ondan istifadə
olunaraq
yeni
istiqamətlərin,
tərkiblərin,
quruluşların
yaradılmasıdır).
Dostları ilə paylaş: |