ş
ey hər şey üçündür” fikrindən (prinsipindən) irəli gələrək
hesab etmək olar ki, element (həm də onun tərkib hissəcikləri)
element üçündür. Element öz varlığını tərkib kimi (komponent
olaraq) sistemdə, qarşılıqlı vəhdət strukturunda görür. Kainatın
sonu olmadığından (kainat bu baxımdan “məkansızdır”)
sistemlərin də sərhədləri mütləq və nsibidir, bu nöqteyi-
nəzərdən də kainat özü elə sonsuzdur. Kainatın kənar sərhədləri
yoxdur. Element məkan və zaman ünsürüdürsə (elementin
hərəkəti zamanın əlamətidir, zamanı meydana gətirəndir, özü
isə məkanın əlamətidir), deməli, məkan-məkan üçün, zaman da
zaman üçündür. (Qeyd: element, yəni varlığın özü isə hər
ikisinin əsasıdır. Elementin sürəti qüvvənin əsasıdır. Birləşmiş
element qüvvənin çoxluğunu meydana gətirir. Məkan qüvvənin
və bu qüvvəni yaradan elementin hərəkətinin əsasıdır. Hərəkət
və sükunət nisbidirlər. Daxili məzmun və forma etibarilə hər
şey hərəkətdədir. Lakin hərəkətlərin tərzləri vardır və kəmiyyət
müxtəliflikləri mövcuddur. Bununla yanaşı, qeyd etmək olar ki,
kainat materiyalarının özləri də elementlərin bir-birilərinə
çevrilmələrindən meydana gəlir. Bu çevrilmə prosesləri də
elementlərin hərəkətləri ilə əlaqəlidir. Təbiətdə çevrilmə
halları vardır: bərkimə, ərimə, qazlara çevrilmə, çürümə.
25
Dadların və iyilərin dəyişməsi də bu proseslərin nəticələridir.
Enerji tətbiqi və azalması sayəsində elementlər bərkiyir,
yumşalır və qaz halına keçir. Bu proseslər sayəsində
elementlər bir-birilərinə çevrilirlər. Çevrilmələrdən təkrarların
əmələ gəlməsi ehtimalı mövcud olur. Bütün təbii keçmə, forma
dəyişmə, məzmun dəyişmə prosesinin başında Günəş (ulduz)
enerjisi (nisbətən aktiv) dayanır. Enerjinin tətbiq olunması həm
bərkidir, həm yumşaldır, maye halına çevirir, həm də qaz
halına çevirir. Enerjinin azalması da bərkidir, sonra dağıdır.
Çevrilmələrin əsasları Günəş enerjisinin artıb-azalması və
daimi tətbiq olunması sayəsində meydana gəlir. Məsələn,
Günəş enerjisi həm tətbiq olunduqca maddi-material aləmin
sonunu yaxınlaşdırır. Məsələn, elə Günəş tətbiqi sayəsində
canlı aləmin məhv olunmasını buna misal gətirmək olar.
Burada ardıcıl enerji qocalma və ölümlə nəticələnir. Torpağa
basdırılan canlılar da enerji tətbiqi sayəsində çürüyürlər.
Çürümə öz-özlüyündə çürüyən üçün zamanın dəyişməsi
prosesidir. Çürümə mövcud materiyanın enerjiyə çevrilməsi
prosesidir. Meyvələr Günəş enerjisində müəyyən müddətdən
sonra məhv olur, çürüyür. Bərkimə prosesi və maye halına
keçmə Günəşi enerjisi ilə də mümkündür. Günəş enerjisi ona
görə bərkidir ki, tərkibini dağıdır, ondan enerjini götürür.
Yaxud da enerji verir və əsasını tükəndirir. Belə hesab etmək
olar ki, çürümə -maye və nisbətən maye birləşməsindən ibarət
olan bərk-canlı aləmin qaz halına tədricən çevrilməsini əks
etdirən bir prosesdir. Bu baxımdan da çürüyən şeylərdən iyi
gəlir. İyi onu göstərir ki, materiya aləmi çürüyür, forma
dəyişilir və qaz halına çevrilir. Bu baxımdan da hesab etmək
olar ki, insanlar və digər canlılar çürüyürlər, qaz halına
keçirlər və torpağa və atmosferə qatılırlar. Deməli, heç nə
makro aləmdə itmir, sadəcə olaraq formalar dəyişir. Çürümə
sayəsində tərkib elementlər yüngülləşir, maddəni tərk edir. Bu
yüngül elementlər də ətrafa yayılır və qaza çevrilir. Elementlər
ətraf atmosferə yüngül olaraq yayılırlar. Çürümə həm Günəş
26
enerjisinin artmasında, həm də azalmasında meydana gəlir.
Belə hesab etmək olar ki, şirin tərkibli maddələr daha da tez öz
formasını dəyişirlər. Bu maddələrdə enerji çox olur. Enerji
artdıqca çürümə də artır. Şirin şeylər turşumağa başlayır.
Turşuma məhz enerjinin azalması, daha doğrusu enerjinin
itməsi və formanın dəyişilməsi prosesidir. Çürümə elə bir
prosesdir ki, bu zaman əsasən bərk-canlı aləm qaz halına
çevrilir, nəticə etibarilə əvvəlki formasını itirir, “yoxa çıxır”.
Çevrilmiş maddədən ətrafa iyi yayılır. İyi vermək tərkibini
itirmək deməkdir. Qazların alınması üçün çürüyən canlı
aləmdən, məsələn, ağaclardan və digər canlılardan istifadə
etmək olar. Çürümə bir prosesdir və bu zaman bərkləşmiş
materiyalar tədricən öz məkanlarında olan birləşmiş
quruluşlarını, formalarını itirirlər və çürümə başlayır. Şirin,
turş, acı kimi tamların meydana gəlməsi –burada bir maddənin
tamlarının dəyişməsi-şirinin turşuması, qıcqırması elə çürümə
prosesinin tərkibidir. Burada Günəş enerjisinin ardıcıl tətbiqi
şirin tamın formasını dağıdır. Onu çürüdür, turşuluğu artırır.
Bu çürümə prosesindən qaz alına bilir. Tamların (dadların)
bir-birini əvəzləməsi də enerjinin artması və azalması ilə
əlaqəlidir. Tamların, dadların dəyişməsi enerjinin artması və
itməsi ilə əlaqəlidir.
Maddənin qaz halı, məlumdur ki, bərk materiyanın və
mayenin çevrilmiş formasıdır. Tərkib isə baza olaraq eyni
elementlərdən-çevrilmiş elementlərdən ibarətdir. Bu prinsip və
qanunauyğunluğa müvafiq olaraq, böyük ehtimalla hesab
etmək olar ki, sudan, Günəş enerjisindən, canlı və “canısız”
aləmdən enerji tətbiqi sayəsində və enerji azaltmağı sayəsində
yanan qaz (məsələn, məişətdə istifadə olunan qaz) almaq olar.
Planetin özü- onun atmosferi, suyu və bək hissəsi çevrilmələrlə
məişət qazına keçə bilər. Burada enerjinin ardıcıl tətbiqi,
enerjinin azaldılması və s. rol oynayar. Məsələn, ehtimalla belə
qərara gəlmək olar ki, müəyyən qədər çəkisi olan bərk
materiyadan
enerjini
xüsusi
laborator
şəraitdə
27
uzaqlaşdırmaqla, soyutmaqla, çürütməklə onu qaz halına
çevirmək olar. Lakin böyük ehtimalla bu qazın temperaturu
aşağı olacaqdır. Enerji tətbiqinin artmasından alınan qaz isti,
enerjinin azaldılmasından olan qaz isə soyuq halda olmalıdır.
Bu baxımdan da Günəşə yaxın olan qazla, Günəşdən uzaq olan
qazın eyni xassəsləri ola bilməz. Planetlər və onların
atmosferləri də fərqlidir.
Eləcə də suyu iyiləndirməklə, qapalı şəraitdə saxlamaqla
uzun nəticə etibarilə qaz əldə etmək olar. Suyun da uzun
müddətdən sonra çürüməsi prosesi başlaya bilər. Su iki halda
qaz halına çevrilər. Birincisi, məlumdur ki, qaynadaraq buxara
çevirməklə, ikincisi isə soyutmaqla, bərk halına çevirməklə.
Böyük ehtimalla hesab edə bilərik ki, dünyada ən çox qaz
ehtiyatları meşəli ərazilərdədir, ekvatorial və subekvatorial
ərazilərdədir. Çünki burada Günəş enerjisi, rütubətlilik
çoxdur. Günəş enerjisinin planetlərin həmin hissəsinə olan
şaquli düşməsi ehtimal ki, planetlərin təkində qazın çoxalması
üçün şərait yarada bilər. Bununla yanaşı, belə qəbul etmək
olar ki, ən çox enerji ehtiyatları Yerin ekvatorial daxilindədir; -
şimal –qabarıq hissəsindədir. Yerin daxili nüvəsi mərkəzdə
toplandığından enerji də daha çox mərkəzdədir. Enerji daha
çox zəlzələ-vulkanik ərazilərdədir. Vulkanları və zəlzələləri də
elə enerji yaradır. Ekvatorial zonalarda okeanların təkində də
qaz çox ola bilər. Xüsusilə, dayaz yerlərdə qaz kütləsi daha çox
ola bilər. Yerin mərkəzində nüvə toplanıb. Nüvə hansı tərəfə
toplanıbsa, orada qaz daha da çox olmalıdır. Buzlaqların
altında olan qazla ekvatorial və digər ərazilərdə olan qazın da
forması və tərkibi müxtəlif ola bilər). Şərti qaydada bir
elementin zamanı digər elementin zamanını meydana gətirir.
Bu, hərəkət sayəsində qarşılıqlı təsirlərdə baş verir. Məsələn,
belə güman etmək olar ki, Günəşdə bir elementin zamanı başa
çatır,
digərininki
isə
başlayır.
Zamanlararası
zəncirli
trayektoriya formalaşır. Hərəkət zənciri (hərəkət müstəvisi),
məkan zənciri (məkan müstəvisi) ümumi sistemin məkanını
28
və zamanını meydana gətirir. Zamanın kəmiyyəti məkanın
kəmiyyətində (dəyişən məkanın kəmiyyətində) və ona tətbiq
olunan qüvvədə öz əksini tapır. Qüvvə zamanı artırır, elementi
isə yeni formaya və tərkibə çevirir. Məsələn, alov başqa
materiyaya təsirdə həmin materiyanın formasını dəyişir,
tərkibini dəyişir. Tərkib və forma dəyişmələri əslində elə
məzmun dəyişmələridir. Deməli, enerji əslində yeni tərkiblərin
və formanın meydana gəlməsi üçündür. Bu enerjinin əsası da
elə element və hərəkətdir. Deməli, hər şeyin başlanğıcı elə
element və hərəkətlə müəyyən olunur. (Qeyd: kainat sonsuz
məkan olduğundan və bitişik və sistem olduğundan nəyinsə
mütləq başlanğıc olması haqqında qəti fikir bildirmək mümkün
deyil. İnsanlar yalnız öz imkanları daxilində kainat
müstəvisinin siqnallarının dəyişməsi koordinatlarını başlanğıc
hesab edə bilərlər. Deməli, mütləq başlanğıc yoxdur. Bu haqda
fikir bildirmək çox çətindir, hər kəsə müyəssər ola bilməz.
Ancaq müqəddəs dinlərdə yaranışın başlanğıcı haqqında
fikirlər vardır). Hərəkətin özü də elementlərin meydana
gəlməsinin əsasında dayanır. Bu baxımdan da tam şəkildə
mütləq kainat başlanğıcının nədə (hansı elementlərdə) olmasını
demək çox çətindir. Hər halda bunu elementlərdə və
elementlər toplusu müstəvisinin nahamar səthində (bu səth
hərəkəti yaradır, nahamar səthdə – “boşluqdan” yaranan
axınların qarşılaşdığı məkanda elementlər tərkibini dəyişir.
Burada enerji mənbələri, yəni ulduzlar meydana gəlir)
axtarmaq düzgün olar.
Qeyd:
kainatın
enerji
daşıyıcı
obyektlərini
baza
elementlərin eyniliyini özündə əks etdirən üç əsas tipə ayrımaq
olar: ulduzlar; planetlər və planetlərə bənzər hissələr-
bərkləşmiş materiyalar və kosmik fəzanın özü. Ən böyük enerji
kütləsi ümumi olaraq kosmik fəzanın özündədir. Kosmik fəza
enerji müstəvisidir. Belə təxmin etmək olar ki, bu kosmik
fəzanın ulduzlarda qarşılaşan elementlərinin sürətindən enerji
mənbələrə (axın qarşılaşmalarına) cəlb olunur. Mənbələrə cəlb
29
olunmuş enerji ulduzları yaradır, ulduzlardan və kosmik
fəzadan olan enerji həm də planetlərə axır. Planetlər də hərəkət
etdikcə
öz
enerjilərini
kosmik
fəzaya
və
ulduzlara
istiqamətləndirir. Planetlər həm də kosmik fəzanı hərəkətdə
saxlayırlar. Bu qayda ilə vahid (ümumi) kosmik (kainat
enerjisi) enerji yaranır. Bu baxımdan da enerji kütləsi sonsuz
həddədir. Onun tərkibini formalaşdıran materiyalar var. Enerji
ümumilikdə elementlərin böyük kütləsinin sürətli axınının
nəticəsidir.
Kainatda və təbiətdə makro kəmiyyət itmir. Enerji daima
aşkar olunur, özünü göstərir. Deməli, əslində enerji var və bu,
ə
n böyük həcmdə kosmik fəzanın (ulduzlar və planetləri
çıxmaqla) özündədir. Ulduzlar və planetlər özlərində enerjini
cəmləşdirməklə, əslində kosmik fəzanın-müstəvinin -enerjisini
cəlb edirlər. Sonra da müstəviyə ötürürlər. Ulduzlar olan
məkanlarda elementlər qarşılaşır və ulduzların özləri yaranır.
Bu baxımdan da belə qərara gəlmək olar ki, Günəş enerjisi heç
də planetlərə çıxışda olduğu qədər gəlib çatmır. Günəşdən
çıxan enerji kosmik fəzada yayılır.
Kainat müstəvisində hər bir elementin zamanı eyni olmur,
bu baxımdan da hər bir elementin hərəkəti eyni deyildir. Əgər
eyni olsa, onda digər elementlərə təsirlər də olmaz və qarşılıqlı
ə
laqələr yarana bilməz, sistemlilik və fərqlilik ola bilməz. Eyni
olmadığına görə mütləq eyni insan (əkizlər də tam eyni ola
bilməz) və mütləq eyni xaraker də ola bilmir. Lakin oxşarlıqlar
mövcud olur. (Qeyd: Günəş şüası bütün planetlərə eyni sürətlə
paylana bilməz. Buna mütləq kütlə amili öz təsirini göstərir.
Bununla yanaşı, materiyanın tərkibi, planetlərin atmosferi,
həmçinin məsafə amili də sürət fərqini yaradan amillər
içərisindədir. Eləcə də planetlərə dəyən enerjinin, Günəşin əks
olunmuş hissəsinin Günəş şüası ilə qaşılanması məsafələri də
Günəş şüasının bütün planetlər üzrə eyni paylanmasının
qarşısını alır. Planetlərin Günəşdən məsafəcə yaxın və uzaqlığı
onu deməyə əsas verir ki, Günəş şüası uzaq planetlərə daha
30
gec çata bilir. Lakin kütlə və çəki amili də şüanın yayılma
sürətinə təsir edə bilər. Məsələn, Yer planetindən biri, məsələn,
onunla tam eyni olan planetlərədn biri, Marsla eyni məsafədə
olsa, onda hesab etmək olar ki, sürət tam fərqli olacaqdır,
çünki məsafə fərqlidir. Ola bilər ki, Marsın kütləsinin çoxluğu
və fərqli təbiəti Günəş şüasının düşmə sürətini artıra bilər.
Yəni, belə qənaətə gəlmək olar ki, Günəş şüası əks olunan
planetin cəlb etmə gücündən asılıdır. Qeyd olunan uzaqlıq
Günəş şüasının sürətini də uzadır. Yer kürəsi ilə Marsın
Günəşdən məsafəsi eyni olmadığına görə Günəş şüasının
sürəti, yəni planetlərə çatma sürəti də hər iki planetə nisbətdə
eyni ola bilməz. Sürətin müxtəlifliyini əks olunan materiyanın-
şüa düşən materiyanın ümumi kütləsi yaradır. Günəş şüasının
sürəti bu baxımdan da müxtəlifdir. Bu qeyri-müxtəliflik şüa
düşməsi əsasında məsafə ölçmələrində müəyyən səhvləri
yarada bilər. Bununla yanaşı, qeyd etmək olar ki, məsələn, Yer
kürəsinin atmosferinə qədər Günəş şüası ümumi olaraq
təqribən bir sürətlə hərəkət edir, atmosferə keçəndən sonra
başqa sürətlə. Hətta kosmik fəzanın özündə də bu sürət fərqi
olmalıdır. Hər bir element məkan nöqtələrindən eyni sürətlə
axa bilməz, çünki onun qarşısına çıxan maneə eyni deyil.
Deməli, hər bir məkanın özünün, hər bir elementin özünün öz
şərti və mütləq sürəti mövcuddur. Günəş şüası kosmik məkanın
hər bir nöqtəsində eyni ola bilməz. Bu baxımdan da
trayektoriyanın şərti başlanğıcı və sonu arasında şərti
ölçülərlə olan sürət mövcuddur). Elementlər cəmi (toplaşması)
məkanların böyüklüyüdür. Elementlərin çevrilmələri (yeni
elementlər əmələ gətirmələri) forma və məzmunlar, hərəkət və
qüvvələr üçündür. Eləcə də çevrilmələrdən və digər
hərəkətlərdən məhz enerji yaranır. Element enerjinin əsasıdır.
Bu baxımdan da elementlər olmadan kainat da ola bilməz.
Hər bir element dərəcələnmə üçündür (dərəcələnmə
tərəfidir, dərəcələnmə obyektidir) və təsirə məruz qalır. Əgər
insan və digər canlılar təsirdədirlərsə (istər öz aralarında,
31
istərsə də təbiət cisimləri və onların hərəkətləri ilə), deməli,
canlılar bu və ya da digər formada və axın tərkibində,
kəmiyyətində siqnallarla əlaqədədirlər. Əlaqələr (təmaslar),
təsirlər dərəcələnir, bu, fərqli qüvvələri və enerjini meydana
gətirir. Deməli, enerji kəmiyyəti də dərəcələnir. Enerjinin
dərəcələnməsi
həm
fərqli
ölçülərdən,
onun
yaratdığı
miqdardan, çəkidən, həm də ətraf təsirlərdən (təmaslardan)
asılıdır. Deməli, təsirlər zamanı hərəkətdə olan elementin
(elementlərin) çəkiləri də dəyişir. İnsan və digər canlılar
hərəkətdə olarkən hər bir hərəkət məkanında (hər bir addım
məkanında) müxtəlif çəkiyə, müxtəlif xassəyə, müxtəlif əlaqə
və münasibətlərə xas olur. Hər bir məkanda enerji, hərəkət və
ə
traf təsirlər eyni olmadığından insanların çəkiləri (kütlə
+cazibə qüvvəsi=çəki) də eyni ola bilməz. İnsanlar həm bir-
birilərindən fərqlənirlər, - hər bir şəxs fərdi olaraq hər bir
məkanda fərqli enerji qəbul etdiyindən, - həm də fərqli çəkiyə
malik olurlar. Bu, həm də xarakter fərqini meydana gətirir.
Deməli, kainatda hər şey dəyişikliyə məruz qalır. Bu dəyişiklik
statik və dinamik əsasları özündə cəmləşdirir.
Hər bir struktur hissəciklərdən ibarətdir. Strukturun mikro
forması hissəcik və vahidlik, makro forması isə vahidlik və
tərkib hissədir. Bu da nisbidir. Çünki hər bir hissəcik elə
tərkibdir, vahiddir, bütövdür. Elementi meydana gətirəndir.
Kainat elə vahidlərin cəmi olan bütöv bir vahiddir.
Qeyd: kainat sistemində son olaraq mütləq “mikro” və
mütləq “makro” yoxdur. Çünki sonsuzluqdur. Müqayisədə
mütləq “makro” və “mikro” anlayışları var. Hüdudları olmayan
sonsuz məkan daxilində məhz makro olan bir şey, həm də
mikro kimi mövcud olur. Məsələn, Günəş sistemi kainatda
mikrodur. Lakin özlüyündə, daxili ilə müqayisədə makrodur.
Makro
və
mikro
anlayışları
təfəkkürdə
obrazlanan
müqayisələrdədir. Beyinin siqnal qəbul etmək imkanları məhz
makro və mikronu dərk edə bilir. Tam böyüyən məkanda və
genişlənən sferada makro və mikro məsələləri də nisbi
32
xarakterə malikdir. Məkanın böyüklüyü onu deməyə əsas verir
ki, ümumiyyətlə, tam kənar anlayışı yoxdur. Yalnız müəyyən
məkanların sərhədləri və məkanları vardır. Deməli, məkan həm
də tərkibə aid olan məsələdir. Tərkib sərhədlənir, bütöv də
sərhədlənir. Lakin tam bütöv, sonsuz bütöv olmadığına görə
tam sərhəd də yoxdur. Yəni, kainat bütövündə tam sərhədlər,
qəti son sərhədlər yoxdur. Sərhədlər yalnız sistemlərin
daxilində olan tərkiblərdədir.
Məkanı müəyyən edən insanlardır. İnsanlar əlamət
müəyyən edə bilirlərsə, deməli, əslində müəyyən etdikləri
ə
lamətlərlə eyni tərkibə malikdirlər. İnsanlar müəyyən
ə
lamətlərə görə məkanı təsnif edirlər, xassələndirirlər. İnsanlar
tam bütöv məkan daxilində müəyyən tərkib məkanlarını dərk
edrilər. Buradan belə qənaətə gəlmək olar ki, qeyri-
müəyyənliklər daha çoxdur və sonsuzdur. İnsanlar onlara
verilən qabiliyyətlər və imkanlar çərçivəsində öz baxışlarına
uyğun şəkildə məkanları müəyyən edə bilirlər. Məkanların
müəyyən olunması sistemlər daxilində olan və sistemlər
arasında olan fərqlərlə həyata keçirilə bilir. Fərqlər arasında
olan müəyyən oxşarlıqların cəmi elə məkanın meydana
gəlməsinin (burada mövcud məkanın ayırd edilməsinin və
insan yaradıcılığına və quruculuğuna müvafiq olaraq yeni
məkanların yaradılmasının) əsasında dayanır. Deyilənlərdən
belə nəticələrə gəlmək olur ki, bütün tərkib və bütövlər elə
bütövlərin və tərkiblərin içərisindədir. Tərkib və bütövlərin
genişlənmə üzrə son sərhədləri yoxdur. Daralma (qısalma,
kiçilmə) üzrə də son bölünmələri yoxdur. Son bölünmənin
davamı yenidən böyümədir. Bu, o deməkdir ki, həyatda təbii
şə
kildə hər şey var, “mütləq yoxluq” isə yoxdur.
Materiya materiya üçündür. Həm də materiyanın ən kiçik
zərrəcikləri və ən yüngül hissəsi olan “qeyri-materiya”
üçündür. (Qeyd: biz daha çox gözlə görünəni və çox inikas
olunanı materiya aləmi kimi qeyd edirik. Digərlərini isə qeyri-
materiya aləminin tərkibi kimi görürük. Əslində isə hər şey
33
elementlərdən ibarət olduğundam mütləq qeyri-materiya aləmi
yoxdur. “Qeyri” sözünün özü də tam mənada yoxdur. “Qeyri”
sözü şərti yoxluğu bildirən bir ifadədir). Qeyri-materiya da elə
materiya
üçündür.
Onun
davamıdır.
Materiya
qeyri-
materiyanın, qeyri-materiya isə materiyanın davamıdır.
(Maddi aləmin davamı ruhi aləmdir. Ruhi aləm həm də
maddi aləmi tam şəkildə əhatə edəndir). Bu davam vəhdətdə
mövcuddur. Bütöv içərisində davamdır. Deməli, canlı aləm tək
insanlardan və heyvanlardan, həşəratlardan ibarət ola bilməz.
Canlı aləm anlayışı nisbidir, əslində hər şey canlıdır. Çünki
hər
ş
ey
hərəkətdədir.
Sadəcə
hərəkətlər
dərəcələnir.
Dərəcələnmə də məkan dəyişmələri ilə əlaqəlidir. Deməli,
insanlar əslində daxilən hərəkətdə olurlar. Cansız hesab
etdiyimiz materiya aləmi də hərəkətdədir. Bu baxımdan da
insanlar və digər canlılar, torpaq, digər bərk materiyalar əsasən
bir-biriləri ilə əlaqədə və təsirdə olurlar.
Bu prinsiplə hesab etmək olar ki, gözlə görünən, gözlə
görünməyən, makro və mikro canlılar var və bu canlılar elə
cəm halda bütövlükdür. Tam cansızlıq yoxdur, çünki Günəş və
ulduzlar var, onlar hər şeyi hərəkətdə saxlayır. Hərəkətin də
ə
sasını qeyri-bərabərliklər, qeyri-hamarlıqlar təşkil edir. (Qeyd:
baza hərəkəti kosmik fəzanın özündə, boş məkanda, yəni,
ulduzların və planetlərin olmadığı boş məkanda, axtarmaq
daha məqsədəuyğun olar. Kosmik fəzanın hərəkətindən, fəzanın
özünü təşkil edən elementlər axınının qarşılaşmasında ulduzlar
meydana gəlir. Ulduzlar da kosmik fəzaya-“boş məkana” əlavə
hərəkət verir. Deməli, qüvvənin kəmiyyət baxımından ümumi
çoxluğu kosmik fəzadadır, lakin qarşılaşma, bundan meydana
gələn güclü enerji mənbəyi isə ulduzlardadır, sonra isə
planetlərdədir. Bu baxımdan belə hesab etmək olar ki, kosmik
enerjinin əsas “mənşəyi” elə kosmik fəzadır. Şərti başlanğıc
elə fəzanın özüdür). Bərk materiyalardan fəzanın əmələ
gəlməsi bir qədər ağlabatan deyil. Əksinə, fəzadan obyektlər
yarana bilər.
34
Dərəcələnən canlılar var. Belə təxmin etmək olar ki,
torpaqdan, sudan, Günəş enerjisindən yeni-yeni canlıları
(nisbətən hərəkət edən varlıqları) meydana gətirmək olar. Eyni
zamanda onu da qəbul etmək olar ki, təbii olaraq yeni-yeni
canlılar meydana gələ bilər. Bu, hər şeydən öncə kainatda və
təbiətdə dəyişən qanunauyğunluqlardan asılıdır. Həmin
prinsipdən çıxış edərək hesab etmək olar ki, canlıların
təkamülü mövcuddur, bu gün də davam etməkdədir. Canlıların
insan qolu isə hələlik yetkin mərhələdədir. Dəyişmə ehtimalı
da ola bilər. (Qeyd: təkamül anlayışına da nisbi baxmaq
lazmıdır. Bir tərəfdən hesab etmək olar ki, Yer kürəsinin, eləcə
də Günəş sisteminin heç başlanğıcı olmayıb. Tarix yoxdur.
Kainat şaquli, üfiqi qaydada təkamülə məruz qalmayıb və
başlanğıc zamanı yoxdur. Zaman yalnız insanlar üçündür. Yer
kürəsində təkamül heç də Yer kürəsinin özünün inkişafı, forma
və məzmun dəyişmələri ilə bağlı deyil. Yəni, endogen proseslər
heç də kökündən getməyib. Sadəcə olaraq daşqınlar, buz
ərimələri sayəsində baş verən Yerüstü dəyişikliklər müəyyən
canlıların məhv olmasına gətirb çıxarıb. Yeniləri yaranıb.
Təkamülün olmaması ehtimalı onu da deməyə əsas verir ki, Yer
kürəsinin baza olaraq geoloji və coğrafi -burada kainatdan
asılı olaraq dəyişmələrdən irəli gələn- tarixi yoxdur. Yer kürəsi
necə var, eləcə də qalıb və qalmaqda davam edir. Yer kürəsinin
yaranma tarixi yoxdur. Digər tərəfdən, əksinə olaraq hesab
etmək olar ki, Kainatın tarixi var, kainat, Günəş sistemi
yaranıb. Yer kürəsi meydana gəlməyə başlayıb. Yer kürəsinin
özündə belə kəmiyyət dəyişikliyi, forma dəyişikliyi, Günəş
sistemindən məsafə dəyişikliyi olub. Kainatın, Günəşin şaquli
və üfiqi tarixi formalaşma tarixi mövcuddur. Köklü təbiət
dəyişiklikləri olub, bu dəyişikliklər endogen və eksogen
təsirlərin sayəsində meydana gəlib. Yer kürəsində atmosfer
meydana gəlib, kürə özü materiklərə bölünüb, zaman-zaman
canlılar yaranıb, bu canlılar təkamülə məruz qalıb. Yer
kürəsinin tarixi (eləcə də başqa planetlərin) mövcuddur və
35
dəyişikliklər yenə də davam etməkdədir və bu, gələcəkdə
hansısa bir köklü dəyişikliyə aparıb çıxaracaq).
Bu prizmadan irəli gələrək hesab etmək olar ki, bizim
hesab etdiyimiz canlı aləm “cansız” aləmdən meydana gəlib.
Sonda da “cansız” aləmə çevrilir. Dini baxımdan desək, ruhdan
meydana gəlib, ruha da çevrilir. Bu o deməkdir ki, canlılar
ə
slində tam ölmürlər, formalarını dəyişirlər. Nisbətən az cansız
aləmin tərkibinə qatılırlar. Bir çox hallarda formanın dəyişməsi
tərkibin dəyişməsinə səbəb olsa da, lakin tam da dəyişməsinə
gətirib çıxarmır. Bu baxımdan ruh aləminin canlı olması
(burada hərəkətdə olması, əbədi olması, kaintaın tərkibi
olması) qənətinə gəlmək olur. Bununla yanaşı, insanların canı
cismani olaraq torpağa qarışır. Tərkib tam itmir, torpaqla
birləşir, müəyyən çevrilmələr baş verir.
Dostları ilə paylaş: |