NƏTİCƏ:
Kainat sonsuzdur, bu baxımdan da sonsuz sayda, həcmdə,
miqdarda, ölçülərdə əlaqəli, bu səbəbdən də təsiredici
məlumatlardan, siqnallardan, müxtəlif qüvvə kəmiyyətini
yaradan birləşmələrdən ibarətdir. Siqnallar hərəkətlərdən
meydana gəlir. Hərəkətlərdən qüvvələr yaranır. Qüvvələr
sürətlərin dərəcələrini müəyyən edir. Dərəcələrdən də kəmiyyət
dərəcələri və kainatın tərkib təsnifatı yaranır.
Bu kitabda şərti sonluqlar olaraq aşağıdakı nəticələrə
gəlinir:
-kainat siqnallardan ibarətdir, siqnallar axınlardır, axınlar
qüvvələrdir,
kəmiyyətdir, miqdardır, həcmdir;
-müsbətliklər enerji artması, mənfiliklər isə enerji
azalmasıdır. Mənfiliklər yoxluq deyil, müəyyən xətlərdə olan
enerji azalmalarıdır. Müsbətliklər və mənfiliklər ədədlərdə
eynidir, lakin məkanlar başqadır. Varlıq var, yoxluq ancaq
məkan dəyişəndə və məzmun dəyişəndə mövcuddur. Dəyişmə
zamanı forma və məzmun əvvəlki məkandan yoxa çıxır, yeni
məkanda ya əvvəlki formanı müəyyən qədər saxlayır, ya da
formasını dəyişir. Mütləq yoxluq məkanın özündə olan
yoxluqdur. Bu da yerdəyişmədən asılıdır;
-eynilik
yalnız ədədlərdə,
elementlərdə ola bilər.
Birləşmələr zamanı isə fərqlilik yaranır. Eyni məkan yoxdur.
Hər bir zərrəcik və onun birləşməsinin öz məkanı var. Bir
zərrəcik bir məkandadır;
-sürət məkanı və zamanı (bir nöqtəyə gəlmə zamanı) yaxın
edir. Sürət həm də əks istiqamətdə zamanı və məkanı uzadır;
-qaranlıq
işığın
müəyyən
nisbətdə
olmamasıdır.
Qaranlıqlaşma
enerjinin
azalmasıdır.
Qaranlıqlaşma
sürtünmənin azalmasıdır. İşıq çoxalarsa, sürtünmə də artar,
qüvvə artar təsir olunan materiya üzərində dağılma prosesləri
də sürətlənər. Yer kürəsində işıq və qaranlıq bir-birilərini əvəz
etməsələr,
planet məhv olar;
164
-“hə” və “yox” anlayışlarının formalaşmasında enerji
siqnalları mühüm rol oynayır. “Hə” ilə “yox” arasında keçidlər
uzananda zaman da uzanır. Bu iki anlayış bir-birinin içərisində
qərarlaşır. Tərkib kəmiyyətcə eynidir. Hər bir “hə” eyni
kəmiyyətdə “yox”un əvəzlənməsini təmin edir;
-varlıq antonimində yenə də varlıqdır. Lakin məkanı
fərqlidir. Ənənəvi riyaziyyat yalnız bir məkanda mövcud olan
ə
dədlərə münasibətdə düzdür. Əməliyyatlar zamanı məkanlar
dəyişir, ənənəvi riyaziyyat pozulur. Çoxluq aza, azlıq da
çoxluğa bərabər olur. Tərkib vahidin özünə, vahid də tərkibə
bərabər olur;
-rənglər tərkiblərində olan elementlərin xassələri ilə bir-
birilərindən fərqlənir. İşıq (enerji) rəngləri müəyyən edir.
Günəş işığı və ya da elektrik işığı rəngin üzərinə düşür,
elementlərarası təsirlər meydana gəlir. Bu baxımdan enerji
olmayanda rənglər də ola bilməz. Rənglərin müddəti var bu,
enerjidən asılıdır;
-iyilər və dadların xassələri elementlərin tərkibində olan
enerji kəmiyyəti ilə müəyyən olunur. Aktiv maddələrdə iyilər
də aktiv olur. İyilərin yaxşı olması beyində siqnal mərkəzi ilə
iyi arasında mütənasibliyin olmasındadır. Dadlar arasında
keçidlər də enerji kəmiyyəti ilə bağlıdır;
-alovlar sürətlə hərəkət edən zərrəciklər arasında olan
sürtünmələrin qığılcımlarıdır. Atmosfer alov mənbəyini
dağıdır, alovu sürətləndirir və alov
mənbəyində tükənmə gedir;
-Günəş
sürtünmədən
meydana
gələn
qaz-mayedən
ibarətdir. Günəş kosmik fəza müstəvisinin qeyri-tarazlığından
tarazlığa keçidlər zamanı formalaşır;
-Günəş olmasa planetlər –bərk halında olanlar-dərhal
mayeyə, maye qaza çevrilər; qaz halında olanlar isə dağılar və
ehtimal edək ki, digər ulduzlar sisteminə daxil olarlar. Eyni
zamanda azmış planetlərə (dağılmış və ya da çox bərkləşmiş
formada) çevrilərlər;