Qeyd: 2012-ci ilin 21 dekabrında Günəş enerjisinin
qarşısının kəsilməsi ilə əlaqədar ehtimal olunmuş hadisə ilə
bağlı onu bildirmək olar ki, əslində Yer kürəsinin mövcudluğu
(indiki vəziyyətdə) sırf Günəşdən və Günəş sisteminə yaxın
olan ulduzlardan, həmçinin Süd Yolu qalaktikasının ümumi
cazibə qüvvəsindən asılıdır. Günəşin qabağı tutularsa-bir neçə
saat və ya da sutka hesabı ilə, Günəşdə ciddi problem baş
verərsə, Yer kürəsində həyat ola bilməz, Yer kürəsinin bəlkə də
özü ola bilməz. Səbəbləri (ehtimallar):
Günəş şüası, Günəş enerjisi olmadan,
-su ola bilməz;
-atmosfer ola bilməz;
-hava və külək ola bilməz;
-yağış ola bilməz, çünki su buxarlanmaz;
-buludlar ola bilməz;
-Yer kürəsi öz oxu ətrafında fırlana bilməz;
-Yer kürəsi olmayan Günəş ətrafında fırlana bilməz;
-Yer kürəsi dağılar və hissəciklərə parçalanar və ya da
həddən artıq bərkləşər, sonra isə soyuq qaz halına çevrilər-
başqa ulduzlardan əldə edilən enerji hesabına;
102
-Yer kürəsindəki su ümumiyyətlə tam bərkləşər və bərk
materiya olaraq hissələrə parçalanar, sonra isə qazlaşar, sonra
isə kosmik fəzanın özünə çevrilər;
-Yer kürəsini bərk formada saxlayan (yəni bütöv halda
saxlayan) elə Günəşdir, buna görə də bərklik dağılar;
-Yer kürəsi öz əvvəlki yaranış başlanğıcına gələr və s.
Bütün planetlər Günəşdən enerji alırlar. Sonra həmin
enerjini təkrar fəzaya qaytarırlar. Məsələn, planetlərin şüanı əks
etmələrini belə adlandırmaq olar. Əks olunan şüalar fəzadan
(materiyanın özündən qopan hissə) da Günəşə daxil olur,
Günəş tərəfindən sorulur. Bərk materiyalar (planetlər) Günəş
enerjisini sorurlar. Bu zaman onların kütləsində (“xalis
çəkilərində”) dəyişiklik yaranır. Bu sorma sayəsində planetlər
(məsələn, Yer kürəsi, onun peyki olan ay) öz çəkilərini
dəyişirlər (Günəş şüası düşən bir müstəvidə çəki artır, ola da
bilər ki, azalır, ancaq ehtimal ki, elementlərin daxil olması
hesabına artır) və nəticə etibarilə onların öz oxları ətraflarında
fırlanmaları baş verir. Bərk materiyanın Günəş enerjisini (buna
elementlərin axını da demək olar) sormaları onların daxili
qatları və nüvələri də təsir göstərir. Nüvə ilə Günəş enerjsi
arasında əlaqə yaranır. Sistemin vəhdətliyi meydana gəlir.
Qarşılıqlı sistem əlaqələrindən çıxış edərək hesab etmək
olar ki, planetlərin hərəkətləri kosmik fəzanı hərəkətə gətirir.
Planetlər və Günəş
Məlumdur ki, planetlər Günəş ətrafında dövr edirlər. Bu
dövretmə sayəsində planetlər öz formalarını qoruyub saxlaya
bilirlər. Məsələn, elmdən məlumdur ki, Yer kürəsi Günəş
ə
trafında sürətlə dövr edir. Bir ilə tam dövrəni başa vurur.
Bu fırlanma sayəsində, eləcə də Yerin öz oxu ətrafında
fırlanmasının nəticəsi olaraq Günəşin şüaları və Günəş enerjisi
Yer kürəsinin materiya formasını dağıda bilmir. Çünki Yerin
bütün hissələri, həm öz oxu ətrafında fırlanma zamanı, həm də
103
Günəş ətrafında fırlanarkən, özünü Günəşin bir nöqtəyə olan
ş
üa düşməsindən qoruyur. Fırlanma zamanı sanki “soyuma”
prosesləri də baş verir. Yer kürəsi öz formasını Günəşdən
qoruyur və hissələrini əvəzləyə-əvəzləyə ondan, onun
yandırmasından “qaçırır”. Belə güman etmək olar ki, Yer
kürəsinin hərəkəti zamanı planet Günəş enerjisindən hərlənə-
hərlənə “doyur” və artıq enerjini isə özündən uzaqlaşdırır.
Hərlənmə sayəsində birbaşa enerji bir hissəyə düşmür və qəbul
edilmir və həmin hissə dağılmır. Fırlanma zamanı planetlər öz
tərkibini Günəş şüasının axın seli ilə tarazlaşdırırlar. Planetlər
hərəkət etdikcə özlərini çox istiləşmədən qoruyurlar. Nəticədə
ə
rimə, qazlaşma və yoxolma prosesinin qarşısı alınır. Planetlər
onların tərkibinə düşən Günəş şüalarını sanki öz səthlərində
yayırlar. Buradan da birbaşa iti düşmənin və ardıcıl düşmənin
qarşısı qismən alınır və planetlər özlərini qoruya bilirlər.
Elm yazır ki, yerin maqnitosferi Günəşdən gələn şüaların
qarşısını alır. Günəşdə partlayış nəticəsində burulğan meydana
gəlir. Burulğan da Günəşdən qopur Yer kürəsinə tərəf gəlir.
Yerin atmosferində maqnitosferlə qarşılaşır. Bu maqnitosfer də
Yerin daxili nüvəsindən meydana gəlir. Yerin maqnitosferinin
yaranmasında onun daxili nüvəedil2 Tfınhadoq6 0 Td4(n)-10( )R8 12 T10(üm)-2(a)4(n )-370(e)4(t)-2Y
ə ələ
104
verir. Günəş məkanında fəza elementləri sorulur, Günəş əmələ
gəlir və sorulmadan sürətlə qarşılaşan hissəciklər (yüngül və
sıx hissəciklərin bərk birləşməsindən əmələ gələn hissəciklər-
bu hissəciklər fəza müstəvisinin boşluğuna düşürlər və yanan
materiyanı-Günəşi əmələ gətirirlər. Günəş hissəciklərin
qarşılaşmasından olan qığılcımdır. Bu da hissəciklərin
toqquşmasından meydana gələn yeni formalı hissəciklərdir,
yəni enerjidir, enerji ünsürüdür. Boşluğa sürətlə daxil olan,
sorulan hissəciklər sonra mərkəzdən (sorulma mərkəzindən)
kənara çıxır. Kənara çıxan hissəciklərin birləşməsi fəza
elmentlərinin köməkliyi ilə materiyalara yayılır. Enerji aparır.
Ə
slində elə Günəş fəza elementlərinin məzmun formasını
dəyişməsidir. Buradan da Günəşdən materiyaların-planetlərin
ə
mələ gəlməsi fikri ortaya çıxır. Ola bilər ki, Günəş
partlayışından planetlər yaranıb və kənara çıxıblar, itələniblər.
Günəş hissəsi partlayış sayəsində özündən enerjini qoparıb,
fəza elementləri müstəvisinə aparıb.
Günəşin planetləri öz ətrafına çəkə bilməməsi isə fəzadakı
yüngül elementlərin hesabına baş verir. Bu elementlər (fəza
müstəvisi) əslində planetlərin Günəşə doğru getməsinin
qarşısını alır. Günəş isə əslində planetləri elə özünə çəkməklə,
sormaqla məşğul olan bir enerji mənbəyidir.
Nəticələr: Fəza, Günəş, planetlərdən ibarət olan materiya
tərkibi eyni elementlərdən (hər birinin tərkibini eyni elementlər
və onların birləşmələri yaradır) ibarətdir. Burada eynilik həm
də əksliklər olan ziddiyyətlərdədir. Okisgen, hidrogen
adlandırdığımız (müqayisədə nisbətən ağır və nisbətən yüngül)
və bunların birləşməsindən yaranan digər elementlər əslində
eyni başlanğıc elementidir. Oksigen və hidrogen sadəcə olaraq
tərkiblərində hərəkətlərin fərqləndiyi və qüvvənin, enerjinin
fərqəndiyi-kəmiyyət
baxımından
fərqləndiyi
eyni
elementlərdir. Yəni, oksigen və hidrogen bir-birilərinə çevrilən
eyni elementlərdir. Bir elementin çevrilməsindən yeni element
meydana gəlib. Bu çevrilmələr də daxili qüvvələri –kainatın
105
daxili qüvvələrini, enerjisini, təsirini meydana gətirib. Belə
nəticə hasil olur ki, qalaktikalar bir-birinə təsirdədir və bu
təsirlər sayəsində nizam əldə edilir və kainatlar idarə olunur.
Bəs, kainatları idarə edən qüvvə hansıdır. Bu suala cavab
axtarmaqla belə hesab etmək olar ki, bu fövqəl kainat qüvvədir
ki, bir elementdən kainatı yarada bilir.
Nəticə: Günəş, fəza, su, od, torpaq, hava vahid elementdən
meydana gəlib. Onlarda vahid tərkib əlamətləri mövcuddur.
Ə
mələ gəlmə prosesləri (hərəkətin müəyyən koordinatlar üzrə
təzahürünü əks etdirən-vahid qüvvəni) qüvvələri yaradıb.
Günəş tükənməz mənbəyini kosmik fəzadan qəbul edir və
kosmik fəzaya və planetlərə ötürür. Planetlərdən də enerji
qəbul edir. Bu baxımdan da Günəş və planetlər eyni sistemin
tərkibidir.
Fəza
itələyici
elementlərdən
(hissəciklərdən-yüngül
hissəciklərdən) ibarətdir (yüngül hissəcikıələrin lap sıxlaşmış
forması isə suyu, atmosferi və planetləri meydana gətirir.
Günəşdə də kosmik fəza sıxlaşır, mayeyə və qaza çevrilir) və
bu hissəciklər birləşmələri itələmə qüvvəsini yaradırlar.
İ
tələmə qüvvəsi əslində digər koordinatda cəzbetmə qüvvəsinə
çevrilir. İtələmə qüvvəsi başqa koordinatda cəzbetmədir.
Deməli, əslində bütün kainatı vahid qüvvə idarə edir:-bu, bir
tərəfə itələmə, digər tərəfdə cəzbetmədir. Hər ikisi də hərəkəti
yaradır və hərəkətdən yaranır. Hərəkətə təsir edən qüvvə
vahiddir. Təbii ki, bu qüvvə öz tərkibi baxımından da təsnif
oluna bilir. Deməli, kainatda yalnız bir makro qüvvə var. Bu da
hərəkəti yaradan qüvvədir. Cəlbetmə, cəzbetmə, kənarlaşdırma,
itələmə yalnız koordinatlarla istiqamətlərlə xassələnən vahid
qüvvənin bölgü ünsürləridir.
Fəza itələyici elementlərdən ibarət olduğuna görə (hərəkət
xassəni yaradır, yəni fəzanın xassəsi genişləndirmədir,
itələmədir. Məsələn, insanın xarakteri də onun hərəkətindən
meydana gəlir. Sürətli hərəkətlər enerjinin bolluğundan
106
meydana gəlir) bərk materiyanın Günəşə doğru getməsinin
(Günəş tərəfindən udulmasının) qarşısını alır.
Fəzaya düşən hər bir cisim sürətlə hərəkət etməyə
məcburdur. Çünki fəza elementləri müstəvisi itələyicidir,
genişləndirəndir, dağıdandır. Fəzaya düşən cisim dağılmaq,
həm də sürətlə hərəkət edə bilmək imkanına malikdir.
Hər bir planetin Günəş sistemində öz yeri və payı vardır.
Planetlər olmasa indiki kimi nizam da ola bilməz. Planetlərin
birinin olmaması digər planetlərin məhvinə gətirib çıxara bilər.
Planetlərin sayı və cəm halda kütləsi Günəşin kütləsini meydan
gətirir. Planetlərin azalması Günəşin kütləsində fərqləri yarada
bilər; çünki enerji paylanmaları arasında tarazlıq pozula bilər.
Elementləri sorma və buraxma tarazlığı pozular, Günəşin
kütləsi fərqi yaranar, bu zaman indki nizam pozula bilər.
Planetlərin Günəş ətrafında fırlanmasında da ciddi problemlər
yarana bilər.
Günəş oddur (alovdur), materiyalar odu özlərinə
çəkirlər. Bu zaman materiya üzərində enerji seli yaranır.
Materiyalara
(planetlərə)
gələn
Günəş
enerjisi
elə
hissəciklərdən
ibarətdir.
Od
(alov)
da
hissəciklərin
birləşməsidir. Nə üçün yandırıcıdır, çünki dağıdıcıdır. Deməli,
odun tərkibi yandırıcı, dağıdıcı (digər materiyaya tətbiqdə)
hissəciklərdən ibarətdir. Odun buraxdığı enerji (hissəciklər
toplusu) sürətlə yayılır. Ətraf materiya onu özünə çəkir. Od bir
materiyadır. Tərkibi hissəciklərdən ibarətdir. Çox sürətli və
digər materiya tərəfindən cəzb edilən hissəciklərdir, onlar cəzb
edən materiyanı dağıda bilirlər. Deməli, odun (alovun)
hissəcikləri çox sürətlə udulur, digər materiyada olan mövcud
hissəcik quruluşlarını dəyişir və nəticədə dağıdıcılıq əmələ
gəlir. Odun içərisinə düşən hər bir cisimin tərkibində və
formasında mütləq dəyişikliklər meydana gəlir. Alov materiya
quruluşunu dağıtmağa cəhd göstərir. Su da hissəcikləri
(formanı məzmuna çevirən) dəyişən elementdir. Deməli, od və
su enerjiyə (qüvvəyə) malikdir. Od sovurma xassəsinə
107
malikdir. Külək odu yayır və odun mənbəyini (yanan şeyin,
materiyanın) tükəndirir. Alovlanmanın güclənməsi təbii ki,
materiyada hissəciklərin dağılmasına və yeni formalara
çevrilməsinə səbəb olur. Alovlanma sayəsində hissəciklər yeni
məzmun alırlar. Deməli, alov əslində məzmun dəyişən və
formanı dəyişən qüvvədir. Qüvvəni hissəciklərin hərəkəti
(sürətlə yerdəyişməsi) yaradır. Hissəciklərin bərkləşmiş
toplumunun hərəkəti daha çox enerji yaradır. Deməli, enerji
ə
slində kütlənin (hissəciklərin hərəkəti və hissəciklərin toplu
halda hərəkəti) hərəkətindən yaranır. Enerji qüvvənin
təzahürüdür. Alov həm enerji, həm də qüvvədir.
Külək (güclü hissəciklərin axını) sayəsində enerji artır,
alovlanan materiyanın hissəciklərinın məzmunu dəyişir və
materiyadan olan hissəciklər dağılır. Nə isə yanıb külə dönür.
Kül enerjisi çıxmış, hissəciklərinin çoxusunu itirmiş əvvəlki
mövcudluğun nisbi son vəziyyətidir. Külək enerjidir və
qüvvədir. Külək zamanı atmosferdə (havada) olan hissəciklərin
hərəkəti meydana gəlir. Külək hissəcikləri (havanı yaradan
hissəciklər-havanın tərkibi) digər materiyaya nisbətdə formanı
dəyişir. Yəni, qüvvə tətbiq edir və küləklə gələn hissəciklər
digər materiyaya nisbətdə (təsirdə) dağıdıcı olur. Külək tərkib
məzmununu çevirə bilmir. Yəni, hissəciklərə təsir edən qüvvə
həmin hissəciklərin məzmununu saxlayır. Külək alovdan daha
az təsirli enerjidir, qüvvədir. Yalnız forma dəyişəndir. Külək
ə
sasən, alov hissəciklərini sürətləndirən və qovandır.
Su da tərkib dəyişir və forma dəyişir. Məsələn, suyun
güclü axını (sel) sayəsində həm materiyalar öz quruluşlarını
dəyişirlər, həm də məhlullar yaranır. Alov və su dağıdıcı-tərkib
və məzmun dəyişən, hissəciklər axınıdırlar. Onların tərkibində
ya eyni, ya da bir-birini qovan, fəaliyyətini məkanda dəyişdirən
hissəciklər vardır. Alovu su söndürür, alov suyun tərkibini
dəyişir. Deməli, ən güclü qüvvələr su və alovdadır. Ən böyük
enerji də sudan və alovdan alına bilər. Maraqlıdır: nə üçün
bunlar əksdirlər: -belə də güman etmək olar ki, onlar ayrı-ayrı
108
mənbələrdən (lakin başlanğıcları, yəni ilk tərkibləri eyni olan
mənbələrdən) əmələ gəliblər. Hissəciklərin xassələri də
fərqlidir. Bundan çıxış edərək belə qəbul etmək olar ki, Yer
kürəsi Günəşdən (alovdan) və fəzadan (sıxılmış hava
hissəciklərindən) əmələ gəlib. Onda, belə güman da etmək olar
ki, bu ikisini bir-birindən həm qovan, həm də vahid materiya
üzərində saxlayan digər bir qüvvə var və onların tam
qarşılaşmasına imkan vermir. Belə qəbul etmək olar ki, bu,
fəzadakı az sıxlığı olan hissəciklərdir və atmosferdəki nisbətən
sıxılmış hissəciklərdir. Bu hissəciklər alovun və suyun
qarşılaşmasına imkan vermir. Bu elə Yer kürəsində olan
sıxılmış (bərkləşmiş) enerjidir-qurudur, qayalardır, qum və
torpaqlardır.
Su, od (alov), hava bir-birilə təsiretmə qüvvəsinə
malikdirlər. Hərəkət elə bunların qarşılıqlı təsirindən meydana
gəlir. Qüvvələr və enerji yaranır. Bu qüvvələr sayəsində tərkib
hissələrin forma və məzmunu dəyişir. Təbiət daxilən bu
qüvvələrin qarşılıqlı təsiri sayəsində tarazlaşır. Təbiətin daxili
qüvvəsi bu ünsürlərin qarşılıqlı təsirindən meydana gəlir.
Təbiətin rəngarəng tərkibi məhz rəngarəng hissələrdən ibarət
olur.
Fəza-Günəş-Yer (planet-bərk materiya) vəhdəti və
elementlər
Necə qədimdə yaranışın səbəblərini axtarıblar, düşünüblər
mən də bu istiqamətdə fikir bildirməyə cəhd edirəm. Mənim
fikirlərim ola bilər ki, dəfələrlə deyilsin, ola da bilər ki,
müəyyən fikirlər tamamilə yeni olsun və yeni subyektiv kəşf
kimi qəbul edilsin. Mənim məqsədim bəzi fikirlərin
orijinallığını subyektivcəsinə yaratmaqdan ibarətdir. Bu
orijinallıq içərisində nələrisə yeni fikir kimi hesab etmək olar.
Ancaq fikirlərin subyektiv və fərdi-məntiqi olması da qəbul
edilməlidir. Fikirlərimin elmə zidd olması da mümkün ola
109
bilər. Onu da nəzərə almaq lazımdır ki, elm də səhv edə bilər.
Çünki
araşdırma,
mülahizələr,
gəlinmiş
nəticələr
istiqamətlərdən, koordinatlardan və nəyin başlanğıc olmasını
hesab etməkdən çox asılıdır. Buna görə də elmi araşdırmalar
həm də subyektiv əsaslara malik olur. Eyni zamanda yolların
uzun və qısa gedilməsi məsələsi var. Elm var ki, yolları qısa,
elm də var ki, yolları uzun qət edir. Lakin elmin əsas funksiyası
yolları qısa şəkildə fəth etməkdən ibarətdir.
Fəza, Günəş, Yer (digər planetlərlə birlikdə) vəhdətini və
onun mahiyyətini Yerdəki elə od, torpaq, su (onların tərkib
elementlərinin, tərkib hissəciklərinin, kiçik elementlərinin)
vəhdətində görmək olar. Su, torpaq və od əslində bir-birindən
kəskin dərəcədə fərqlənməyən mövcudluqlardır. Əvvəlcə də bu
fikir bildirilib. Onların tərkib oxşarlıqları vardır və onların
zahirini elə vəziyyətlərə salan elə hansısa qüvvədir,
çevrilmələrdir.
Vahid
elementlərin
çevrilmələri
və
mərkəzləşmələri vardır. Alovda, torpaqda və suda sadəcə
olaraq eyni elementlər qüvvə sayəsində (təsirlə) müxtəlif forma
alırlar. Bunlar kəskin dərəcədə fərqli olsaydılar, onda, kainat,
Günəş sistemi yox, heçlik ola bilərdi. Buradan da belə bir
məntiqi nəticəyə gəlmək olar ki, vəhdətin tərkibi qüvvənin və
ə
ks-qüvvənin tətbiqi ilə enerjini yaradır. Burada Fəza-Günəş-
Planet (planet-bərkləşmiş materiya) bir-birilə təsir-əks təsir,
udma və çevrilmələr vəhdətindədir. Bu çevrilmələr sayəsində
elementlərin dövri prosesləri –keçmələr, çevrilmələr yaranır.
Belə düşünmək olar ki, torpaqla-Günəş arasındakı fəza
elementləri bu iki materiyanın tərkibində olanlardır. Günəş ilə
Materiya arasında keçicidir. Ola bilər ki, elə sadəcə olaraq bir
elementdir. Həmin element Günəş enerjisini (selin yayılmasını)
lazımi qədər materiyalara (planetlərə) buraxır. Fəza olmasa,
yəni Günəşlə planetlər arasında, fəza olmasa, Günəş Yer
Kürəsini məhv edər, ya da enerji heç yerə çatmaz. Fəza olmasa,
hər hansısa bir quruluşdan söhbət gedə bilməz. Kosmik fəza
həm də kainat məkanının əsasını təşkil edir. (Qeyd: belə qəbul
110
etmək olar ki, enerjinin, yəni bir formada olan enerjinin,
materiyaya olan təsirindən Günəş meydana gəlir. Yəni, Günəş
şüası fəzadan keçir, planetlər onu özlərinə çəkirlər və Günəşin
tərkibinə fəzadan yeni elementlər (“yanmaq üçün) daxil olur.
Qarşılıqlı proseslər baş verir. Planetlər özləri də Günəş üçün
mənbə rolunu oynayırlar). Çünki, bərk materiya enerji selini
özünə çəkir və mənbəyini, yəni Günəşin özünü “qıcıqlandırır”,
həm də boşaldır (mənbədən enerjini azaldır). Azalan enerjinin
yerinə fəzadan əlavələri daxil olur. Buradan da belə bir məntiqi
nəticə ortaya çıxır ki, Günəş və planetlər daimidir, sistem
ə
bədidir. Günəşin 5 milyard il bundan sonra yanacağı və
yox olacağı fikirlərinin həqiqiliyi də şübhə doğurur. Günəşi
saxlayan ona enerji verən, planetlər və fəzanın qarşılıqlı
ə
laqəsidir. Ola bilər ki, Günəş öz enerji mənbəyini məhz
Planetlərlə olan təsirli əlaqəsindən, eləcə də fəzadan götürür.
Fəzaya və planetlərə geri qaytarır. Beləcə qarşılıqlı proseslər
gedir. Buradan bir daha belə bir məntiqi nəticələrə gəlmək olur
ki, Günəş sistemində elə bir nizam var ki, o nizamdan biri
sistemdən çıxarsa, Günəşin tərkibi (Günəşin kütləsi) ya azala,
ya da arta bilər. Bu halda planetlərin qarşılıqlı münasibəti və
ə
laqəsi də korlanar və planetlərdə nizam pozular, həyat məhv
olar.
Fəza Günəş enerjisini sərbəst şəkildə, yəni nizamla və
zamanla planetlərə ötürür. Fəzada heç bir element olmazsa,
onda Günəş şüaları planetlərə ötürülə bilməz. Buna görə də tam
kosmik boşluq ola bilməz. Boşluq kəmiyyətdə azlıq üçün
işlədilən ifadədir. (Qeyd: təxmin etmək olar ki, torpağın
müəyyən qüvvə sayəsində bərkləşmiş forması qayalıqlar, lap
yüngül-Günün təsiri ilə yumşalmış forması qumsaqlıqlardır.
Belə hesab etmək olar ki, dənizkənar qumlar əsasən, Günəşin
su və torpaqla qarşılıqlı vəhdətindən yaranır. Günəşin və
suyun torpağa təsirindən –sahilə yaxın yerlərdə-torpaq quma
çevrilir. Bərk formasından yumşalır. Suyun dərinliklərində,
yəni Günəşin çox düşmədiyi yerlərdə qum formasını çox
111
axtarmaq düzgün deyil. Qum-səhra qumları maye ilə lap bərk
materiya arasında orta bir mövqe tutur. Qaya-torpaq-qum-su
keçiciliyi meydana gəlir. Bu baxımdan da Günəşin çox
düşdüyü yerlərdə-səhra qumları mövcud olur. Yarımsəhralar
da mövcuddur və burada tədricən çevrilmələr meydana gəlir.
Bütün bu proseslər Günəş-torpaq-su vəhdətindən, təsir və
ə
ks-təsirlərdən, təsirləri udmadan meydana gəlir. Buradan
belə bir məntiqi nəticə ortaya çıxır ki, başqa planetlərdə də
Yerdəki kimi oksigen vardır. Lakin, onlarda su daxildə
olduğundan (böyük ehtimalla) və Günəşlə olan məsafələri
fərqli olduğundan Yer kürəsindəki kimi vəziyyət alına bilmir.
Uzaq planetlərdə su buza, o da bərkiyib qayaya, sonra soyuq
qazlara, yaxın planetlərdə isə buxara və isti qazlara
çevriləcəkdir).
Fəza soyuqdursa, deməli, əsasən oksigendən ibarətdir.
Hidrogen bol olsaydı daha çox işıqlı və isti olardı. (Böyük
ehtimal). Oksigen hidrogenin materiyaya, onun tərklibində olan
elementlərə təsirindən də yaranır. Elementlər (materiya
elementləri) varsa, Günəş varsa oksigen də ola bilər. Fəzada
həm də oksigen (bərk materiyaya nisbətən çoxlu miqdarda)
olmaya bilər. Oksigen Günəşin materiyaya təsirində olur. Bu,
bir ehtimaldır. Digər ehtimal isə odur ki, kosmik fəza
oksigendir, əgər çox soyuqdursa və çox boşdursa.
Günəş nəyə görə kosmik fəzada atmosfer əmələ gətirmir.
Çünki, Günəş şüaları bərk materiyaya (planetlərə, onların
peyklərinə) dəyəndə daha çox enerjili olur, qızdırıcı olur.
Günəş enerjisi özündə qızdırıcıdır və əks olunan zamanda
qızdırıcıdır. Məsələn, dəmirin və başqa bir metalın qızması,
istənilən bir əşyanın və canlı aləmin Günəş qarşısında qızması
buna nümunədir. Günəş şüası materiyaya dəyəndə öz təsirini
göstərir. Günəş şüasını hidrogen molekulu özünə çəkir. Bu o
deməkdir ki, Günəş şüaları hər hansı bir materiyaya dəyir,
oradakı elementləri hərəkətə gətirir, materiya vahidinin
112
tərkibini aktivləşdirir. Nəticədə hidrogenlərin vəhdəti ortaya
çıxır. Həm də hidrogenin ayrılması prosesləri baş verir.
Kosmik fəza oksigendir, ona görə də genişlənəndir
(hidrogenlə və digər fəza elementləri ilə qarşılıqlı əlaqələrdə).
Onun genişlənməsini Günəşdən gələn hidrogen elementi təmin
edir. Kosmik fəza böyük (burada seyrək və yüngül)
məsaməlidir. Ona görə də Yerin atmosferindən kənarda sürət
çoxdur. Seyrəkliyə görə, hərəkət edən cihazın qarşısını almaq
üçün az maneə vardır. Çəkisizlik çoxdur. İstənilən aparat
kifayət qədər sürətlə hərəkət edir. (Yerin atmosfer məkanına
nisbətən sürətlə. Yerin cazibə qüvvəsi və atmosferin sürtünmə
qüvvəsi, eləcə də atmosfer sıxlığı sürətin qabağını alır, hərəkət
edən cismi yavaşıdır). Kosmik fəza oksigen olmasaydı,
tamamilə (heç bir elementsiz) boş olsaydı, onda kosmik uçuş
aparatları, eləcə də süni peyklər kosmosda dayana bilməzdilər.
Günəşin və planetlərin özləri, həmçinin ulduzlar dayana
bilməzdilər və sistem mümkün olmazdı. Günəşin və işığının,
digər ulduzların hərəkətləri, materiyanın hərəkətləri sonzuz
sürətlə ola bilərdi ki, bu da sistemsizliyə gətirib çıxarardı.
Müstəvinin mövcudluğu elə vaxtilə sistemin meydana
gəlməsinə səbəb ola bilmişdir. Belə güman etmək olar ki,
Günəş tətbiq edən qüvvədir, bu qüvvənin tətbiqindən sabit
kəmiyyət ortaya çıxır, eləcə də kosmik fəzanın oksigen
müstəvisi bu qüvvənin hədsizliyinin qarşısını alır. Təsir əks
təsirə bərabərdir. Günəş materiyalara qüvvə tətbiq edirsə,
kosmik fəza bu qüvvənin hədsizliyinin qarşısını alır. Onu
nizamlayır. Materiya aləminə və Günəşə, ulduzlara qarşılıqlı
fəaliyyət məkanını kosmik fəza təmin edir. Kosmik fəza bir
növ tor rolunu oynayır. Kosmoda çəkizislik, yumşaqlıq və şar
effektindən meydana gəlir ki, bu da oksigenin genişlənmə
xüsusiyyətindən, məsamələr yaratmaq xüsusiyyətindən ortaya
çıxır. Oksigenin genişlənməsini isə hidrogen daha çox təmin
edir. Oksigen tərkib atomlarını parçalayanda hidrogenə və
digər qazlara çevrilir. Digər qazların da təkrarən oksigenə
113
çevrilməsi mümkün ola bilər. Bu baxımdan da kainatda heç nə
itmir.
Kosmik məkan heç bir elementsiz olsaydı, kosmik məkana
çıxmaq qeyri-mümkün olardı. Günəş istənilən cismi yandırıb
məhv edərdi. Məsələn, peykləri tamamilə məhv edərdi. Bu
məhvin qarşısını alan, Günəş şüalarının qarşısını alan (sındıran)
kosmik fəzanın oksigenidir. Sürəti sabit və hərəkəti keçici
saxlayır. Çəkisizlik yüngüllükdür ki, bu da elə oksigenin
özüdür. Oksigenin sahələr üzrə yayılmasıdır. Bu baxımdan da
kosmik məkan yüngül məkandır ki, hərəkət sürəti çoxdur və
yaylıdır. Kosmik məkan sıx olsaydı hərəkət də zəif olardı və
sürət çox zəif olardı. Yer kürəsi və digər planetlər Günəş
ə
trafında indiki kimi hərəkət edə bilməzdilər. Ümumiyyətlə,
indiki forma və məzmun ola bilməzdi.
Kosmik məkanı əhatə edən element (oksigen) olmasaydı
Günəş özü də nizamlı şəkildə yana biməzdi. (Qeyd: istənilən
bir varlığın hərəkəti mütləq qaydada digər varlığa nisbətən
mümkün olur. Çünki hərəkətdə olarkən enerji ötürülmələri
prosesləri baş verir). Günəşi öz məkanında saxlayan və
nizamla hərəkət etdirən məhz kosmik fəzanın müstəvisidir.
Kosmik fəzada asteroidlər, kametalar, meteoritlər hərəkət
edirlər. Bunlar kosmik fəzada nəzarətsiz qalırlar və belə güman
etmək olar ki, onların tərkibində nüvə yoxdur. Nüvə olsayda
onlar planet, ya da peyk olardılar və konkret orbitlər üzrə dövr
edərdilər. Materiya aləmi fəzadakı quru parçalarını özünə cəlb
edə bilər. Günəş şüaları materiya aləminə təsir göstərir.
Materiya aləmi Günəş enerjisini özünə cəlb edir.
Kosmik məkanın özü soyuq olmalıdır. Çünki oksigendir.
Kosmik məkan daima işıqlı olmalıdır. Lakin bu işıqlar
materiya ətrafında çox, lap kənarlarda isə az olmalıdır.
Materiya aləmi Günəş işığını əks etdirir. (Qeyd: belə güman
etmək olar ki, Günəş şüaları Yerə düşür, Yerin fırlanması ilə
ə
laqədar bu şüalar paylanır. Günəş özü də hərəkətdə
olduğundan, eləcə də Yer Günəş ətrafında fırlandığından
114
Günəş şüaları üfüqi yerdəyişmə edir. Yəni səthi müstəvi üzrə
dəyişirlər. Günəş işığı paylanılır. Bu paylanma dəyişmələrə
məruz qalır. Günəşin Yerə təsirindən yaranan əks-təsir
sferası, təsirdən meydana gələn maqnit-enerji sahəsi Yerin
qızmasını, atmosferin qızmasını təmin edir. Atmosferin
qızması onun soyuması ilə əvəz olunur. Burada fırlanma
hərəkətləri də təsir göstərir. –gecə ilə gündüz yaranır).
Kosmik məkanın özü soyuq olmalıdır. Kosmik məkanda
materiya ətrafından uzaqlara doğru temperatur dəyişkən
olmalıdır. Yerin atmosfer sərhəddində olan fəza temperaturu
ondan uzaqda olan məkandan fərqli olmalıdır. Günəş şüalarının
Yerdən gələn əks-təsir enerjisi, fırlanmadan paylanan enerji
atmosfer sərhəddinin fəzasını kənarlara nisbətən isti etməldir.
Kosmik məkana çıxan cismin özü istilik çəkməlidir. Kosmik
cihazların Günəş enerjisi ilə işləməsinin mümkünlüyü də
buradan meydana gəlir.
Günəş ilə materiya (burada planetlər və peyklər) arasındakı
məsafədə (kosmik məsafədə) temperatur aşağı ola bilər.
Materiya Günəşdən uzaqlaşdıqca əlaqə də itir, zəifləyir. Yəni,
qızma yox, soyuma baş verir. Zaman uzanır, sürət azalır.
Günəşə yaxınlaşdıqca materiya tərkibində olan elementlər
(məsələn, hidrogen) hərəkətə gəlir, canlanma baş verir. Lap
yaxınlaşdıqca isə əriyir. Bu, o deməkdir ki, hidrogen birləşməsi
(zəncirliyi) partlayışa, əriməyə gətirib çıxarır. Günəşə tam
yaxınlaşmaq üçün böyük həcmdə oksigen lazımdır ki, ərimənin
qabağını nisbətən almaq imkanı olsun.
Ehtimal etmək olar ki, Günəş parçalanmış və planetlər
ondan ayrılmışdır. Fəzanın oksigeni ayrılmış hissəni Günəşdən
aralamışdır. Günəş əbədidir. Ona görə ki, bu yanan maye
oksigen ilə əhatə olunubdur. Günəşin özü də oksigenlə (fəza
oksigen müstəvisi ilə əhatə olunmazsa tez yanıb külə dönər)
qidalanır. Oksiegn hidrogen ətrafında “sədd çəkib” və buna
görə də Günəş daxildə yana-yana qalır.
115
Yer Kürəsinin fırlanmasında həm Günəş şüalarının axını
təsir göstərir, həm də nüvə rol oynayır. Günəş şüaları
(hidrogen) Yer kürəsinin bir tərəfinə ağırlıq salır, digər tərəfi
də fırlandırır. Günəşin özü də fırlanır. Bu fırlanma sayəsində
(daxili sel) planetlər fırlanır. Kosmik fəzada olan element
(oksigen qazı) Yerin sabit sürətlə fırlanmasını təmin də edir.
Bu oksigen kütləsi Yer Kürəsinin bir tərəfi basılanda, o biri
tərəfini qaldırır, üzə çıxarır, tədricən fırlanma baş verir.
Qeyd olunduğu kimi, planetlər arasındakı fəza boş deyil və
elementdən, element birləşməsindən, elementin yayılma
sahəsindən və kütləsindən (cəm halda toplu kütləsindən)
ibarətdir. Bu elementlər enerji keçiriciliyinə malikdir. Enerji
keçiriciliyinin elementə toxunması işığı əmələ gətirir. Burada
ola bilər ki, sürtünmədən qığılcım effketi yaranır və işıq
enerjisi formalaşır. Enerji elementlər arasında ötürmədən
meydana gəlir. Hissəcik hərəkət etməsə enerji ötürülməz,
sürtünmə yaranmaz və işıq da olmaz. Günəş enerjisi və
enerjinin yaratdığı işıq materiya aləminə dəyir. Materiya
aləminə dəyəndə enerji işığa çevrilir. Enerji axını güclü
olduqda və məkan kiçik olanda enerjinin artması meydana
gəlir. Dar məkana çoxlu enerji buraxmaq nəticədə, son həddə
həmin məkanı alovlandıra bilər. Bu məntiqdən irəli gələrək
hesab etmək olar ki, kosmik məkanın böyüklüyündən Günəş
materiya aləmini yandırıb külə döndərə bilmir. Enerjinin işığa
çevrilməsi üçün mütləq enerjini əks etdirən materiya və
element (elə elementlərin toplusu materiya və onun halını
meydana gətirir) mövcuddur. Element enerji keçiriciliyinə
malikdir. Enerji keçiriciliyi olan materiya Günəş tərəfindən
qızır. (Ümumiyyətlə isə hesab etmək olar ki, enerji
Dostları ilə paylaş: |