163) Orqanizmdə su çatmamazlığı və toxumaların dehidratasiyası zamanı osmo - və volümoreseptorların qıcıqlanması nəyə səbəb olur?
A) hipofizin arxa payından antidiuretik hormonun sekresiyası azalır
B) hipofizin arxa payından antidiuretik hormonun sekresiyası artır
C) hipofizin aralıq payından (hissəsindən) adrenokortikotrop və somatotrop hormonların sekresiyası azalır
D) hipofizin ön payından adrenokortikotrop hormonun sekresiyası azalır
E) hipofizin ön payından somatotrop hormonun sekresiyası artır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
164) Antidiuretik hormonun təsiri ilə suyun böyrək kanalcıqlarının distal hissəsindən və yığıcı borulardan keçiriciliyi yüksəlir və, müvafiq olaraq, bu şöbələrdə suyun fakultativ reabsorbsiyası artır. Nəticədə ifraz olunan sidiyin tərkibi, xüsusi sıxlığı və miqdarı necə dəyişilir?
A) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik daha çox miqdarda sidik
B) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik daha çox miqdarda sidik
C) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik az miqdarda sidik
D) tərkibində aşağı sıxlıqlı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik az miqdarda sidik
E) tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik az miqdarda sidik
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
165) Orqanizmdə suyun həddindən artıq toplanması və toxumaların hiperhidratasiyası zamanı nə baş verir?
A) sirkulə edən qanın miqdarının azalması və osmotik təzyiqinin azalması
B) sirkulə edən qanın miqdarının artması və osmotik təzyiqinin artması
C) sirkulə edən qanın miqdarının artması və osmotik təzyiqinin azalması
D) sirkulə edən qanın miqdarının azalması və osmotik təzyiqinin artması
E) sirkulə edən qanın miqdarının azalması, lakin osmotik təzyiqinin dəyişməməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», крови 2007, стр. 70
166) Antidiuretik hormonun sekresiyasının kəskin azalması və ya tamam kəsilməsi nəticəsində suyun böyrək kanalcıqlarının distal hissəsindən və yığıcı borulardan keçiriciliyi zəifləyir, halbuki Na+ - un bu şöbələrdə reabsorbsiyası davam edir. Nəticədə ifraz olunan sidiyin tərkibi, xüsusi sıxlığı və miqdarı necə dəyişilir?
A) tərkibində aşağı konsentrasiyalı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik çox miqdarda sidik
B) tərkibində yüksək konsentrasiyalı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik az miqdarda sidik
C) tərkibində yüksək konsentrasiyalı osmotik aktiv maddələr və aşağı xüsusi sıxlığa malik çox miqdarda sidik
D) tərkibində aşağı konsentrasiyalı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik az miqdarda sidik
E) tərkibində yüksək konsentrasiyalı osmotik aktiv maddələr və yüksək xüsusi sıxlığa malik çox miqdarda sidik
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
167) Qulaqcıq natriumuretik peptid hansı maddələrin ifrazını zəiflədir ?
1. reninin
2. aldosteronun
3. A, D, E2 prostaqlandinləri
4. I2 prostasiklini
A) 1, 2
B) 1, 3
C) 2, 3
D) 2, 4
E) 3, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
168) Orqanizmin ilkin kompesator mexanizmlərdən biri olan qulaqcıq natriumuretik peptidin sekresiyası nələrə səbəb olur?
1. həddindən artıq vazokonstriksiyanın qarşısını alır
2. orqanizmdə Nа+ və suyun saxlanmasının qarşısını alır
3. ön və son yüklənmənin yüksəlməsinin qarşısını alır
4. həddindən artıq vazodilatasiyanın qarşısını alır
5. orqanizmdə Са2+ və suyun saxlanmasının qarşısını alır
A) 2, 4, 5
B) 3, 4, 5
C) 1, 3, 5
D) 1, 2, 4
E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
169) Endotelinin disfunksiyası hansı zədələyici faktorların təsirindən meydana çıxır?
1. hipoksiyada
2. katexolaminlərin həddindən yüksək qanda konsentrasiyasında
3. anqiotenzın–II - in aktivləşməsində
4. qanın qan damarında laminar xarakterli axını zamanı
5. arterial təzyiqin cuzi qalxmasında
A) 1, 3, 5
B) 1, 2, 4
C) 3, 4, 5
D) 1, 2, 3
E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр70
170) Endotelinin disfunksiyası hansı zədələyici faktorların təsirindən meydana çıxır?
1. plazmada serotoninin artmasında
2. yüksək arterial hipertenziyalarda
3. qan axınının sürətlənməsində
4. qanın qan damarında laminar xarakterli axını zamanı
5. ürəyin işi azacıq artdırıldıqda
A) 1, 2, 3
B) 3, 4, 5
C) 1, 3, 5
D) 1, 2, 4
E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр70
171) Məlumdur ki, endotelin - 1 vacib əlamətlərindən biri hüceyrədaxili mexanizmləri “işə salmaq” qabiliyyətidir. Bu mexanizmlərin “işə salınması “ nəyə qətirib çıxarır?
1. zülal sintezinin sürətlənməsinə
2. ürək əzələsinin hipertrofiyasının inkişafına
3. zülal sintezinin sürətinin azalmasına
4. ürəyin dilatasiyasına
5. lipid sintezinin sürətlənməsinə
A) 1, 5
B) 3, 4
C) 1, 2
D) 2, 4, 5
E) 1, 3, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 71
172) Hansı üç səbəb ağ ciyərlərdə qaz mübadiləsinin zəifləməsinə və tənəffüs mərkəzinin qıcıqlanmasına səbəb olur?
1. ağ ciyərlərdə ventilyasion - perfuzion munasibətin əsaslı pozuntuları (qan axınının normal ventilyasiya edən və ya, hətta hiperventilyasiyalı alveollardan keçərkən zəiflənməsi)
2. ağ ciyərlərdə interstisiyanın ödemi və rigidliyin yüksəlməsi onun genişlənməsinin azalmasına gətirib çıxarması
3. qalınlaşmış alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
4. ağ ciyərlərdə interstisiya ödeminin olmaması və rigidliyin zəifləməsi onun genişlənməsinin artmasına gətirib çıxarması
5. nazikləşmiş alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
A) 1, 3, 5
B) 2, 4, 5
C) 1, 2, 3
D) 1, 2, 4
E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
173) Xroniki ürək çatmamazlığı olan xəstələrdə məhsuldar olmayan quru öskürək hansı şəraitdə meydana çıxır və o, hansı simptomu, bəzi hallarda, müşayiət edir?
A) ya xəstənin vertikal vəziyyətində, ya da sakit halda meydana çıxır və çox vaxt ürəkdöyünməni müşayiət edir
B) ya xəstənin horizontal vəziyyətində, ya da sakit halda meydana çıxır və çox vaxt stenokardik agrıları müşayiət edir
C) ya xəstənin vertikal və horyzontal vəziyyətlərində, ya da fiziki yüklənmədən sonra meydana çıxır və çox vaxt baş ağrısını müşayiət edir
D) ya xəstənin vertikal vəziyyətində, ya da fiziki yüklənmədən sonra meydana çıxır və çox vaxt yuxululuğu müşayiət edir
E) ya xəstənin horizontal vəziyyətində, ya da fiziki yüklənmədən sonra meydana çıxır və çox vaxt təngnəfəsliyi müşayiət edir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
174) Nəzərə çarpacaq əzələ zəifliyi, tez yorulma və aşağı ətraflarda ağırlıq hissiyatı nə vaxt əmələ gəlir və xroniki ürək çatmamazlığının (XÜC) hansı əlamətlərinə aiddir?
A) yüksək olmayan məişət fiziki yük fonunda əmələ gəlir və XÜC - ın ilkin əlamətlərinə aiddir
B) yüksək fiziki yük fonunda əmələ gəlir və XÜC - ın gecikmiş əlamətlərinə aiddir
C) yüksək fiziki yük fonunda əmələ gəlir və XÜC - ın ilkin əlamətlərinə aiddir
D) yüksək olmayan fiziki yük fonunda əmələ gəlir və XÜC - ın gecikmiş əlamətlərinə aiddir
E) sakit halda əmələ gəlir və XÜC - ın gecikmiş əlamətlərinə aiddir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 76
175) Nəzərə çarpacaq əzələ zəifliyi, tez yorulma və aşağı ətraflarda ağırlıq hissiyatı xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı səbəbdən yaranır?
A) ürək atımı həcminin ölçüsünün azalması hesabına, və həmcinin, arteriolaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu
B) vurğu ölçüsünün artması hesabına, və həmcinin, arteriolaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu
C) ürək atımı həcminin azalması hesabına və venulaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu
D) ürək atımı həcminin artması hesabına və arteriolaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu
E) ürək atımı və vurğu həcminin ölçüsünün artması hesabına, və həmcinin, arteriolaların spastik yığılması nəticəsində skelet əzələlərinin perfuziya pozuntusu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 76
176) Nikturiya - xroniki ürək çatmamazlığı olan xəstələrdə xarakterik şikayətlərdən biridir. Nikturiya nə deməkdir?
A) diurezin olmaması
B) axşamlar diurezin azalması
C) səhər tezdən diurezin artması
D) Gündüz diurezin artması
E) Gecə vaxtı diurezin artması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.76
177) Qanda bərpaedici hemoqlobinin hansı həddi periferik sianoz - akrosianozla müşayiət olunur?
A) 50 – 60 q/l - dən yuxarı
B) 100 – 110 q/l - dən aşağı
C) 40 – 50 q/l - dən yuxarı
D) 90 – 100 q/l - dən yuxarı
E) 20 – 30 q/l - dən aşağı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 77
178) Sağ mədəcik və ya biventrikulyar ürək çatmamazlığı olan xəstələrdə odemlərin əmələ gəlməsində hansı dəyişiklik böyük məna daşıyır?
A) qanın hidrostatik təzyiqinin enməsi
B) qanın hidrostatik və onkotik təzyiqlərinin qalxması
C) qanın onkotik təzyiqinin qalxması
D) qanın hidrostatik təzyiqinin qalxması
E) qanın hidrostatik və onkotik təzyiqlərinin enməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 78
179) Periferik qan axınının venoz yatağında, normada qanın hidrostatik və onkotik təzyiqləri arasında münasibət necədir?
A) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən azacıq çoxdur
B) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən azacıq azdır
C) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən nəzərə çarpacaq dərəcədə çoxdur
D) qanın hidrostatik təzyiqi onkotik təzyiqdən nəzərə çarpacaq dərəcədə azdır
E) qanın hidrostatik və onkotik təzyiqləri bərabərdir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 78
180) Periferik qan axınının venoz yatağında, venoz durğunluq zamanı qanın hidrostatik və onkotik təzyiqləri arasındaki münasibət necədir və o, nə ilə müşayiət olunur ?
A) qanın venoz yatağında hidrostatik və onkotik təzyiqlər bərabərdir, bu da zülalın toxumadan damar yatağına keçməsi ilə müşayiət olunur
B) qanın venoz yatağında hidrostatik təzyiq onkotik təzyiqdən aşağıdır, bu da suyun damar yatağından toxumaya keçməsi ilə müşayiət olunur
C) qanın venoz yatağında hidrostatik təzyiq onkotik təzyiqdən azacıq aşağıdır, bu da zülalın toxumadan damar yatağına keçməsi ilə müşayiət olunur
D) qanın venoz yatağında hidrostatik təzyiq onkotik təzyiqdən azacıq yüksəkdir, bu da zülalın damar yatağından toxumaya keçməsi ilə müşayiət olunur
E) qanın venoz yatağında hidrostatik təzyiq onkotik təzyiqdən yüksəkdir, bu da suyun damar yatağından toxumaya keçməsi ilə müşayiət olunur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 78
181) Uzun müddət yataqda olan ağır xəstələrdə, ödemlər bədənin hansı nahiyyəsində üstünlük təşkil edir?
A) oma, qövdənin yan nahiyyələrində və budların arxa hissəsində
B) yan, pəncə və topuq nahiyyələrində
C) oma, yan və pəncə nahiyyələrində
D) oma, qövdənin yan nahiyyələrində və budların ön hissəsində
E) oma, pəncə və topuq nahiyyələrində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система) «Бином - пресс», 2007, стр. 80 [16:10:30]
182) Sakit halda nəfəs alarkən, qarın boşluğunun ön dıvarını əllə basdıqda və ürəyə qanın venoz axını artdıqda (sağ mədəciyin normal təmin edəcək yığılma qabiliyyəti vəziyyətində) nə baş verir? (MVT - mərkəzi venoz təzyiq).
A) boyun venalarının şişməsi və MVT - ın qalxması baş verir, həmcinin venoz təzyiqin cüzi (3 - 4 sm su st.çox olmamaqla) və qısamüddətli (təzyiqin birinci 5saniyəsində) qalxması mümkündür
B) MVT - ın qalxması mümkündür, lakin 25 - 30 sm su st. çox olmamaqla və qısa zaman müddətində (birinci 5 saniyəsində)
C) boyun venalarının şişməsi və MVT - ın qalxması baş vermir, lakin venoz təzyiqin böyük olmayan (8 - 10 sm su st. çox olmamaqla) və uzunmüddətli (təzyiqin birinci 3 dəq.) qalxması mümkündür
D) boyun venalarının nəzərə çarpacaq şişməsi və MVT - ın qalxması baş verir, venoz təzyiqin yüksək (25 - 30 sm su st. çox olmaqla) və uzunmüddətli ( birinci 10 dəq.) qalxması mümkündür
E) boyun venalarının şişməsi və MVT - ın qalxması baş vermir, lakin venoz təzyiqin cüzi (3 - 4 sm su st. çox olmamaqla) və qısamüddətli (təzyiqin birinci 5saniyəsində) qalxması mümkündür
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 82
183) Abdominal - yuqulyar sınaqın mənfi nəticəsi ödem sindromun əmələ gəlməsində bir səbəb kimi ürək çatmamazlığını inkar edir. Bu halda periferik ödemlərin hansı genezi (səbəbi) haqqında düşünmək lazımdır?
1. hipoonkotik ödemlər
2. baldırın dərin venalarının tromboflebiti zamanı yaranan ödemlər
3. kalsium antaqonistlərinin və başqalarının qəbulu zamanı yaranan ödemlər
4. β - blokatorların qəbulu zamanı yaranan ödemlər
5. böyrək çatmamazlıqları zamanı yaranan ödemlər
A) 1, 2, 4
B) 3, 4, 5
C) 1, 2, 3
D) 2, 4, 5
E) 1, 3, 5
Ədəbiyyat: Г.Е.. Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
184) «Ürək kaxeksiyasının» baş verməsində hansı sistemin aktivləşməsi həlledici məna daşıyır? (ŞNαA - şişlərinin nekrozlaşmasının alfa amili, ŞNβA - şişlərinin nekrozlaşmasının betta amili).
A) sitokinlər sisteminin, xüsusən ŞNβA - i, hansı ki, periferik toxumalara bilavasitə zədələyici təsir göstərmə qabiliyyətinə malikdirlər
B) sitokinlər sisteminin, xüsusən ŞNβA - i, hansı ki, qara ciyər toxumalarına bilavasitə zədələyici təsir göstərmə qabiliyyətinə malikdirlər
C) sitokinlər sisteminin, xüsusən ŞNαA - i, hansı ki, ürək toxumalarına bilavasitə zədələyici təsir göstərmə qabiliyyətinə malikdirlər
D) sitokinlər sisteminin, xüsusən ŞNαA - i, hansı ki, böyrək toxumalarına bilavasitə zədələyici təsir göstərmə qabiliyyətinə malikdirlər
E) sitokinlər sisteminin, xüsusən ŞNαA - i, hansı ki, periferik toxumalara bilavasitə zədələyici təsir göstərmə qabiliyyətinə malikdirlər
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83 П.Ф.Литвицкий. Патофизиология. Том 1, 2003, стр. 614
185) Tənəffüs hərəkətlərin tezliyinin hesablanması nəyi təxmini qiymətləndirməyə imkan verir?
A) kiçik qan dövranında qanın xroniki durğunluğu səbəbindən yaranan ventilyasiya pozuntusu dərəcəsini
B) böyük qan dövranında qanın xroniki durğunluğu səbəbindən yaranan ventilyasiya pozuntusu dərəcəsini
C) kiçik qan dövranında və aşağı boş venada qanın xroniki durğunluğu səbəbindən yaranan ventilyasiya pozuntusu dərəcəsini
D) kiçik və böyük qan dövranında qanın xroniki durğunluğu səbəbindən yaranan ventilyasiya pozuntusu dərəcəsini
E) kiçik qan dövranında və yuxarı boş venada qanın xroniki durğunluğu səbəbindən yaranan ventilyasiya pozuntusu dərəcəsini
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
186) Çeyn - Stoks aperiodik tənəffüsün əmələ gəlməsinin səbəbi nə hesab olunur?(СО2 - karbon qazı, О2 - oksigen).
A) tənəffüs mərkəzinin СО2 - yə həssaslığının artması
B) tənəffüs mərkəzinin СО2 - yə həssaslığının azalması
C) tənəffüs mərkəzinin О2 - yə həssaslığının azalması
D) tənəffüs mərkəzinin СО2 və О2 - yə həssaslığının artması
E) tənəffüs mərkəzinin О2 - yə həssaslığının artması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
187) Xroniki sol mədəcik çatmamazlığı olan xəstələrdə ağ ciyərlərin auskultasiyasında harada və hansı xırıltılar eşidilir (kiçik qan dövranında uzun müddətli durğunluq olduqda)?
A) ağ ciyərlərin aşağı paylarında zəifləmiş vezikulyar tənəffüs fonunda böyük qabarcıqlı yaş xırıltılar
B) ağ ciyərlərin yuxarı paylarında zəifləmiş vezikulyar və ya sərt tənəffüs fonunda kiçik qabarcıqlı zəif səslənən yaş xırıltılar və ya krepitasiyalar
C) ağ ciyərlərin yuxarı paylarında amforik tənəffüs fonunda böyük qabarcıqlı yaş xırıltılar
D) ağ ciyərlərin aşağı paylarında zəifləmiş vezikulyar və ya sərt tənəffüs fonunda kiçik qabarcıqlı zəif səslənən yaş xırıltılar
E) ağ ciyərlərin yuxarı paylarında zəifləmiş vezikulyar tənəffüs fonunda böyük qabarcıqlı yaş xırıltılar
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
188) Arterial nəbzin ölcüsünün və onun dolğunluğunun azalması hansı dəyişikliyi göstərir?(VH - vurğu həcmi, SolM - sol mədəcik, SağM - sağ mədəcik, ÜA - ürək atımı).
A) VH - ın və SağM - dən qanın qovulma sürətinin nəzərə çarpacaq azalması
B) ÜA - ın və SağM - dən qanın qovulma sürətinin nəzərə çarpacaq artması
C) VH - ın və SolM - dən qanın qovulma sürətinin nəzərə çarpacaq artması
D) VH - ın və SolM - dən qanın qovulma sürətinin nəzərə çarpacaq azalması
E) VH - ın və SağM - dən qanın qovulma sürətinin nəzərə çarpacaq artması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 88.А.Л.Гребнев. Пропедевтика внутренных болезней.2001, стр. 159
189) Alternə olunan nəbz (pulsus alternans) nə ilə xarakterizə olunur?
A) böyük və kiçik amplitudlu nəbz dalğalarının səyrici aritmiyada bir birini qeyri requlyar əvəz etmələrilə
B) böyük və kiçik amplitudlu nəbz dalğalarının Frederik sindromunda bir birini qeyri requlyar əvəz etmələrilə
C) böyük və kiçik amplitudlu nəbz dalğalarının düzgün ritmlə (çox vaxt sinus) bir birini requlyar əvəz etmələrilə
D) böyük və kiçik amplitudlu nəbz dalğalarının tezləşmiş ekstrasistoliyalarda bir birini qeyri requlyar əvəz etmələrilə
E) böyük və kiçik amplitudlu nəbz dalğalarının düzgün ritmlə (çox vaxt sinus) bir birini qeyri requlyar əvəz etmələrilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 89
190) Nyu - York ürək assosasiyasının təsnifatına əsaslanaraq xəstələrin fiziki yükə dözümlülüyündən asılı olaraq neçə funksional sinifə ayırırlar (FS)?
A) 5 FS
B) 3 FS
C) 2 FS
D) 4 FS
E) 6 FS
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
191) Trombositlərin dağılması zamanı ayrılmayan və laxtalanmada iştirak etməyən faktorlara hansılar aiddir?
A) IV antiheparin faktor, VIII Villebrand faktoru
B) Boyatma faktoru, fibrinoqen
C) Katexolaminlər, serotonin
D) III trombositar faktor (tromboplastin), α2 - antiplazmin
E) V faktor, β - tromboqlobulin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 379
192) Miokardın oksigenə tələbatının artmasına səbəb olmayan faktorlar hansılardır?
A) Son yüklənmənin və, müvafiq olaraq, sol mədəcik boşluğunda sistolik təzyiqin artması
B) Ürək vurğularının sayının və sol mədəcik kütləsinin artması (ürək əzələsinin hipertrofiyası)
C) Ürək əzələsinin inotropizminin (yığılma qücünün) artması
D) Son yüklənmənin və, müvafiq olaraq, sol mədəcik boşluğunda sistolik təzyiqin azalması
E) Sol mədəcikdə ön yüklənmənin və son - diastolik həcmin artması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 388
193) Sağlam adamlarda oksigenin maksimal istifadəsi (VO2 max) fiziki yüklənmə zamanı nəcə ml/dəq/m2 təşkil edir?
A) 22, 1
B) 19, 1
C) 20, 1
D) 21, 1
E) 18, 1
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 97
194) Normada ürəyin vurğu həcmi neçə ml-ə bərabərdir?
A) 50 - 70
B) 110 - 120
C) 120 - 140
D) 70 - 110
E) 30 - 50
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 563
195) Normada atım fraksiyası neçə faizə bərabərdir?
A) 45 - 50
B) 35 - 40
C) 55 - 65
D) 40 - 45
E) 70 - 75
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 563.
196) Klinik şəraitdə hansı göstərici sol mədəciyin yığılma funksiyası haqqında məlumat verir? (AF - atım fraksiyası, Vcf - sol mədəcik liflərinin dairəvi qısalmasının sürəti, SDHsm –sol mədəciyin son - diastolik həcmi, SDTsm –sol mədəciyin son - diastolik təzyiqi, SSHsm –sol mədəciyin son - sistolik həcmi, SSHsq - –sol qulaqcığın son - sistolik həcmi, ÜPDM - ümumi periferik damar müqaviməti, DH - dəqiqəlik həcm, VH - vurğu həcmi, AT - arterial təzyiq).
A) Orta AT və ÜPDM
B) SSHsm və SSHsq
C) SDTsm və DH
D) SDHsm və VH
E) AF və Vcf
Ədəbiyyat: Ədəbiyyat: Н. М. Шевченко. Кардиология. «Медицинское Информационное Агенство», 2006, стр. 19
Dostları ilə paylaş: |